16 Noyabr 2015
Aşura dərsləri
Sübuta yetdi ki, Aşura dərsləri istibdad rejimini aşıra bilər
Aşura dərsləri həmişə aktual, həyatverici, təşviqedici olub. Hadisə qısa bir zamanda baş versə də onun dərsləri zaman və məkanla məhdudlaşmır. Yaxın zamana qədər bəziləri elə düşünürdülər ki, Aşura ötəri bir hadisədir. Amma sonradan İmam Xomeyninin (r) Aşura təlimlərinə və bu təlimlər əsasında İslam Respublikasının qurulmasına baxdıqda ona yeni münasibət yarandı. Sübuta yetdi ki, Aşura dərsləri bir istibdad rejimini aşıra bilər. Böyük Aşura hadisəsi hicri 61-ci ildən 42-ci ilin xordadına qədər və ondan sonra İmamın (əc) zühurunadək inqilab yaradan bir hadisədir. Hicri 61-ci ildən sonra Aşura hadisəsi müxtəlif siyasi hərəkatlar üçün bir nümunə olub. Təvvabin hərəkatı, Mədinə xalqının qiyamı, Muxtarın qiyamı, Zeyd ibn Əlinin hərəkatı, Məhəmməd Nəfis Zəkiyyənin və Abdullah oğlu İbrahimin hərəkatı bu qəbildəndir. İmam Xomeyninin (r) başçılığı ilə İslam İnqilabı başdan-başa Aşuradan ilhamlanıb. İqbal Lahuri Pakistanın müstəqillik və qurtuluşunu Aşura qiyamı ilə şərtləndirib. Hindistan dövlət xadimi Qandi Aşura qiyamından ilhamlandığını bildirir.
Bu məqalədə məqsədimiz Aşuradan sonrakı inqilabları araşdırmaq deyil. Sonrakı qiyam və hərəkatların doğru və ya yanlış olması ilə işimiz yoxdur. Sadəcə demək istədik ki, Aşura hərəkatı təşviqedicidir, zalım hakimlərə qarşı xalqı ayağa qaldırır. Böyük Aşura hərəkatını bütün haqq-ədalət məqsədli inqilabların mənşəyisi saysaq yanılmarıq. Müsəb ibn Zübeyr özünü İmam Hüseynin (ə) rəqibi bilsə də deyir: “Ali-Haşimdən olan böyük insanlar zülm qabağında müqavimət göstərdilər, bu hərəkat tarix üçün bir nümunədir.” Bir çox yazıçılar, şairlər, tarixçilər Aşura hadisəsinin dərslərindən söz açır. Abbas Mahmud İqad adlı Misir yazıçısı İmam Hüseyn (ə) haqqında yazdığı kitabda bildirir: “Təkcə müsəlmanlar yox, həm də qeyri-müsəlmanlar bu hadisədən alicənablıq, isar, müqavimət dərsi alır. Yezidin məclisində ona məsihi səfirin etirazından başlamış orta əsrlərədək Aşuranın təsirlərini görürük.” Bəli, Aşura hadisəsi bu qədər dəyərli və dərindir. Tarixin sonuna qədər onun dərsləri həqiqətsevər insanlar üçün qurtuluş yolunu göstərəcək. Aşura bütün qadın və kişilərin, uşaq və böyüklərin, savadsızların və alimlərin, müsəlman və qeyri-müsəlmanların dərs aldığı bir universitetdir. Bu universitetin Hüseyn ibn Əli (ə), Qəməri Bəni-Haşim, Zeynəbi-Kübra kimi ustadları var. Təəssüf ki, biz bu vaxta qədər Aşuranı lazımınca dəyərləndirməmişik, dünyaya yetərincə çatdırmamışıq. BBC-nin anti-islam filmlərindən birində İmam Hüseynə (ə) əzadarlıq səhnələri təsvir olunur, və bu səhnələr tamaşaçıya xəbərdarlıqlarla müşayiət edilir. Şərhçi deyir: “Ehtiyatlı olmaq lazımdır ki, bu əzadarlar istiqamətli olmasın. Əgər bir gün onlar Qərbi hədəfə alsalar heç bir silah onları dayandıra bilməz.” Şərhçinin sözlərindən göründüyü kimi hətta Aşuraya əzadarlıq mərasimləri düşməni qorxuya salır.
Fədakarlıq və isar, səbr və istiqamət, şəhadət və şücaət, məsuliyyət və sədaqət, məqsədə doğru hərəkətdə qətiyyət, imamət və vilayətin müdafiəsi, din və dini dəyərlərin müdafiəsi, Allah dostları ilə dostluq, Allahın düşmənləri ilə düşmənçilik, zülm və zalımla mübarizə, yaxşılığa çağırış, pislikdən çəkinmək, Quranla ünsiyyət, namaz mədəniyyətinin yayılması, düşməndən qorxmamaq, süstlük və tənbəllikdən pəhriz, düşmən çöhrəsinin ifşası, hətta cəbhədə mənəviyyata diqqət, millətpərəstlikdən imtina, tövbə və dua, Allah qarşısında təslimçilik və Allah yolunda qiyam Aşura dərslərinin yalnız bir hissəsidir. Amma elə bu dərslər bəs edir ki, bir millət zillət boyunduruğunu çıxarıb azad olsun, izzətlə yaşasın. Bu dərslər küfr cəbhəsi üzərində qələbənin təminatçısıdır. İran xalqı bu dərslərdən ilhamlanaraq zalımı dizə çökürdü. 8 illik müharibədə də Aşura dərslərinin təsiri göz qarşısında idi. Bəli, Aşura hadisəsinin minlərlə dərsi var. Biz onlardan bir neçəsini nəzərdən keçiririk:
1. Ədalət istəyi və zülmə nifrət
Zülmə müqavimət, ədalətin bərpası siyasi rəftarlarda Aşura dərslərindəndir. Aşura bizə öyrədir ki, müsəlman şəxs zülm-sitəm qarşısında susa bilməz. Müsəlman zülm qarşısında sükut etsə elə zalım hökmündədir. İmam Hüseyn (ə) Hürrün döyüşçüləri qarşısında buyurdu: “Ey Peyğəmbər (s) ümməti! Əgər bir şəxs Allahın halalını haram edən, ilahi əhdi pozan, peyğəmbər sünnəsinə müxalif olan, Allahın bəndələrinə zülm edən zalım hakim qarşısında dayanmasa Allah bu şəxsi həmin zalım hakimlə məhşur edər.” Sonra həzrət Bəni-Üməyyə və onların ardıcıllarını nümunə olaraq göstərir və buyurur: “Ey Xalq, agah olun, Bəni-Üməyyə və onun ardıcılları şeytanın ardıcıllarıdır. Onlar Allaha bəndəlikdən boyun qaçırıblar, öz azğınlıqlarını aşkarlayırlar, Allahın qoyduğu hədləri pozurlar, xalqın malını qarət ediblər. Allahın haram buyurduğunu halal, halal buyurduğu haram ediblər. Mən bu vəziyyəti dəyişməyə hamıdan çox layiqəm... Mənim yolumla gəlin, mənim işim sizin üçün dəlil və əsasdır...” İmamın buyuruqlarından bir neçə nöqtə diqqəti cəlb edir:
1. Zalımların zülmü, dini hədləri pozanlarla mübarizə vacibdir. Bu proqram İslam ümmətinin həyatında sərlövhə olmalıdır. İstənilən zaman və məkanda bu qüvvədədir.
2. Zalım hakimin qarşısında susmaq böyük günahdır, bu günah zalım hakimin günahı qədərdir.
3. Yezid hökuməti zalım hökumət nümunəsidir, buna görə də onunla mübarizə aparmaq ilahi vəzifədir.
İmam Kufə əhlinə yazır: “And olsun öz canıma, imam və rəhbər yalnız o kəsdir ki, Allahın kitabı əsasında mühakimə aparsın. Həqiqi din ardıcılı olsun. Öz varlığını Allahın əmrlərinə fəda etsin.”
Kufə əhli yazmışdı ki, bizim imamımız yoxdur. İmam Kufə əhlinin bu sözünü təsdiqlədi. Çünki İmam Hüseyn (ə) Yezidi hakimiyyətə layiq bilmirdi. Haqq-ədalətin icrası, Allahın kitabına əməl etmək hakimlik şərtləridir. Yeziddə bu şərtlər yox idi.
2. Siyasi rəftarlar səhnəsində Aşura dərslərindən biri izzət dərsidir.
İmam Hüseyn (ə) və Aşurada olanlar öz əməl və sözləri ilə bizə öyrətdilər ki, müsəlmanlar bir-biriləri ilə istər ölkə daxilində, istər ölkədən xaricdə izzətlə davranmalıdır. İslam mədəniyyətində müsəlman əzizdir, hörmətlidir. Müsəlman heç vaxt zülmə baş əyməməli, alçalmamalıdır. Alçaqlıqla müsəlmançılıq bir araya sığmır. Zülmü qəbul edən müsəlman kamil deyil. Beləcə iki növ həyat tərzi var: Alçaqlıqla yaşamaq və izzətlə yaşamaq. İnsan ilahi vilayəti qəbul etdiyi zaman izzətə çatır. Küfr və zülm vilayətini qəbul etməklə insan alçalır. Allah düşmənləri ilə dostluq da zillət və alçaqlıq səbəbidir. Qurani-Kərimdə buyurulur ki, ey möminlər, Mənim düşmənim və öz düşməninizi başçı seçməyin.
Söz və əməldə izzət bütün Aşuradakılarda özünü göstərir. Amma imamın söz və əməlində daha çox təcəlla edir. Bu insanlar izzətlə ölümü zillətlə yaşamaqdan üstün tutdular. İmam Hüseynin (ə) şüarlarından biri bu idi ki, ölüm alçaqlığın qəbulundan üstündür... İmam Aşura günü buyurur: “Bu nakəs oğlu nakəs bizi iki seçim qarşısında qoyub. Ya qılınc çəkib ölmək, ya da alçaqlığı qəbul etmək. Alçaqlıq, boyunəymək bizim ailədən uzaqdır. Heç vaxt zillət və alçaqlığı seçmərəm. Mənim alçalmağıma nə Allah, nə Onun Rəsulu (s), nə möminlər, nə də bizi tərbiyə edənlər razıdır. Eləcə də qeyrətli və azad kişilər ölümü alçaq insanlara itaətdən üstün tutur.” Bəli, İmam Hüseyn (ə) elə ata-ananın qucağında böyümüşdü ki, onlar üçün izzətlə ölmək zillətlə yaşamaqdan üstün idi. İmam başqa bir məqamda buyurur: “And olsun Allaha, alçaq insanlar kimi sizə təslim olmaram, qullar kimi qaçmaram.” Hüseynin (ə) izzəti ona icazə vermir ki, bir neçə gün artıq yaşamaq üçün Yezid kimi birinə beyət etsin. Yezidə beyət onun hökumətini tanımaq, əməllərini qəbul etmək mənasına gəlirdi. Bu iş nəinki imama layiq deyildi, hətta onun ətrafındakılar üçün bəyənilmirdi. İmam bizə öyrədir ki, Allahdan qeyrilərinin qarşısında başıuca olun, yalnız Allaha boyun əyin. Bir məqamda buyurur: “Mən belə alçaq şəraitdə ölümü səadət, zalımlarla yaşamağı bədbəxtlik sayıram.” İmam Hüseyn (ə) və Aşura əhlinin sözləri və əməlləri bir dərsdir. Xüsusi ilə bu sözlərdə dövlət məsulları üçün mesaj var. Necə ola bilər ki, özünü şiə adlandıran insan böyük güclərin qarşısında təslim olsun?!
3. İslam və İslam dəyərlərinin qorunması
Aşura dərslərindən biri də İslam və İslam dəyərlərinin qorunmasıdır. İmam Hüseynin (ə) bu barədə sözlərini xatırlamazdan qabaq belə bir nöqtəni yada salmaq yaxşı olar ki, bu gün siyasi fəlsəfədə insan səadətinin təminində hakimiyyətin rolu aktual mövzulardandır. Bəzi liberal hakimiyyətlər bu fikirdədirlər ki, belə məsələlər fərdlərin şəxsi işidir. Güya hökumətin bu sahədə heç bir məsuliyyəti yoxdur. Amma İslam düşüncəsinə əsasən bir çox məsələlər hakimiyyətin məsuliyyətlərindəndir. Təkcə hakim yox, hakimiyyətdə olan bütün məmurlar İslam və İslam dəyərlərinə etiqadlı olmalı, bu dəyərlərin keşiyində dayanmalıdırlar. İslam dəyərləri əməvilər tərəfindən ayaq altına alınanda İmam Hüseyn (ə) bu dəyərlərin müdafiəsinə qalxdı. Əgər İmam Hüseyn (ə) qiyam etməsəydi çox çəkməzdi ki, İslamdan yalnız ad qalardı. Yezid hakimiyyəti İslamın kökünü qazmaq fikirində idi. Buna görə də Yezidə beyətə dəvət olunan imam buyurur: “Əgər ümmət Yezid kimi birinin hakimiyyəti altına düşsə bir dəfəlik İslamdan ümidi üzmək lazım gələcək.” İmam bir çox hallarda mühüm bir nöqtəni vurğulayır. O cümlədən Məkkədə Bəsrə əhlinə yazdığı məktubda ona yardım göstərilməsini istəyir. İmam Hüseynin (ə) dəstəsi Hürrün döyüşçüləri ilə qarşılaşanda da imam oxşar tələblə çıxış edir. Bəsrə əhlinə yazır: “Sizi Allahın kitabı, Peyğəmbər (s) sünnəsinə dəvət edirəm. Elə bir şəraitdəyik ki, Peyğəmbər (s) sünnəsi aradan gedib, onun yerini bidət tutub. Əgər mənim dəvətimi qəbul etsəniz sizə səadət yolunu göstərərəm.” İmam başqa bir məqamda buyurur: “Əgər cəddimin dini yalnız mənim ölümümlə yaşıyacaqsa, ey qılınclar məni ağuşunuza alın.” Bu sözlər bizə öyrədir ki, əgər İslam dəyərlərini qorumaq yolunda fədakarlıq və şəhadətdən başqa yol qalmayıbsa bu addımı atmaq lazımdır. İmamın ətrafındakıların da yeganə məqsədi İslamı qorumaq idi. Qəməri Bəni-Haşimin sağ qolu kəsiləndə buyurur: “And olsun Allaha, mənim sağ qolumu kəsdinizsə də mən sağam, öz dinimi müdafiə edəcəyəm.”
4. Allah yolunda şəhadət
Peşəkar siyasətçilər iki qrupun mübarizəsində zəifi güclüyə tabe olmağa çağırırlar. O dövrün öncülləri də İmam Hüseyni (ə) təpədən-dırnağadək silahlanmış Yezidlə vuruşdan çəkindirirdilər. Amma imamın məntiqi tamam başqa idi. İmam və digər Aşuraçılar Yezid hökumətinə qarşı çıxmaqda zərrəcə tərəddüd etmirdilər. Onlar qurumaqda olan İslam ağacını öz qanları ilə suvarmaqdan zövq alırdılar. Zahirpərəst insanlar üçün dünya və onun ötəri ləzzətləri önəmlidir. Amma təqvalı, imanlı insan şəhadətə əzabın sonu, Allahla görüşün başlanğıcı kimi baxır. Belə insanların ən böyük arzusu şəhadətdir. İslam öz ardıcıllarını əqidə yolunda candan keçməyə hazırlayır. Cihad meydanında şəhadət üçün ata və oğul bir-birindən qabağa keçir. İmam Hüseyn (ə) Məkkədən çıxanda Allah yolunda ölümün gözəlliyindən danışır. Ətrafındakılara bildirir ki, kim ölümə hazırsa gəlsin.
Başqa bir məqamda imam buyurur: “Əgər bu bədənlər ölüm üçün yaradılıbsa nə yaxşıdır ki, bu ölüm şəhadət yolu ilə olsun.” Əqidə və ideallar yolunda ölümün qəbulu başqa millətlərdə də dəyər sayılır. Azad insanlar belə bir ölümü təqdir edir. Təəssüf ki, bu gün bəziləri şəhadəti amansızlıq kimi qəbul edib məhkum edir. Onların sözündə heç bir dəlil yoxdur. Bütün azad insanlar əqidə yolunda ölümü fədakarlıq sayır. Aşura məktəbi də dərs olaraq öyrədir ki, insan əqidəsi yolunda malından və canından keçməlidir. Bu İmam Hüseyn (ə) məktəbinin dərslərindəndir.
5. Siyasət və mənəviyyat ayrılmazdır
Aşura dərslərindən biri də siyasət və mənəviyyatın yanaşı olmasıdır. Siyasi məsələlərə məşğul olan insanın mənəvi məsələlərə diqqətsizliyi təhlükəlidir. İmam Hüseyn (ə) düşmənin mühasirəsində olduğu zaman da mənəviyyat məsələlərinə diqqət yetirib. Nəql olunur ki, Aşura gecəsi İmam Hüseynin (ə) xeymələri arasında qəribə bir şadlıq vardı. Kimi dua oxuyurdu, kimi Allahla minacat edirdi. Quran səsi xeymələrin arasını bürümüşdü. Tasua günü günortadan sonra düşmən hücum edəndə İmam Hüseyn (ə) Qəməri Bəni-Haşimə buyurur ki, əgər bacarsan onlardan namaz, istiğfar və minacat üçün möhlət al. İmam namaz, Quran tilavəti, Allahla minacata bu qədər bağlı idi. Belə bir zamanda onun möhlət istəməsi də təəccüblü görülmür. Aşura bizə öyrədir ki, baş nə qədər qatışıq olsa da mənəvi məsələ diqqətdən yayınmamalıdır. İnsanın müvəffəqiyyətləri məhz bu məsələdən asılıdır. Bəziləri deyir ki, Allah yolunda iş görmək elə ibadətdir. Bunu nə mənadasa qəbul etmək olar. Amma insanın Allahla rabitəsini, minacatını heç nə əvəz edə bilməz.
6. Yaxşıya dəvət və pisə qadağa
Aşuranın ən mühüm dərslərindən biri də əmr be məruf və nəhy əz münkər, yəni insanları yaxşıya dəvət edib, pisdən çəkindirməkdir. Hakimlərə münasibətdə də bu vəzifə gücündə qalır. Əgər müsəlmanlara zalım bir şəxs hakim olarsa onu pisdən çəkindirmək, yaxşıya dəvət etmək vacibdir. İmam Hüseyn (ə) öz vəsiyyətnaməsində öz qiyamının məqsədini belə izah edir: “Mən qürur, özümü göstərmək üçün qiyam etmədim. Mənim qiyamım ümmətin işinin islahı üçündür. Vəsiyyətnamədən aydın olur ki, siyasi hərəkətlərin müxtəlif növləri var. Bəzən insan özünü göstərmək, məqam əldə etmək üçün siyasət meydanına atılır. Aşura bizə öyrədir ki, insanın siyasət meydanında fəaliyyətləri xalqın səadəti, ədalətin bərpası üçün olmalıdır.
Vilayet.nur-az.com