12 Noyabr 2015
Biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik
Bizim xalqımız da Hüseyn ibn Əlidən (ə) öyrəndi; anladı ki, öldürülmək məğlub olmaq demək deyil
Allah yolunun dünya qarşısında elə məzlumcasına dayanan, qanı tökülən, ailəsi əsir alınan mübarizi və mücahid şəxsi öz düşməninə qələbə çaldı. Bu, xalqlar üçün bir dərsdir. Buna görə müasir dünyanın hətta bəziləri müsəlman olmayan böyük rəhbərlərindən nəql edirlər ki, biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik. Bizim öz inqilabımız həmin nümunələrdən biridir. Bizim xalqımız da Hüseyn ibn Əlidən (ə) öyrəndi; anladı ki, öldürülmək məğlub olmaq demək deyil; anladı ki, zahirən qüdrətli düşmən qarşısında geri çəkilmək fəlakətə və bədbəxtliyə bais olur. Düşmən nə qədər əzəmətli olsa da, mömin cinah və mömin tərəf Allaha təvəkkül edib onun qarşısında cihada qalxsa, nəhayət düşmən məğlub olacaq və möminlər qalib. Bunu bizim xalqımız da anladı.
Ayətullah Seyid Əli Xamenei