Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

Obamanın Suriyadakı seçimləri azdır

Amerikalı rəsmilər artıq Bəşər Əsədin təcili istefa verməsini istəmirlər
Amerikanın Wall Street Journal nəşri ölkəsinin Suriya qarşısında məğlub olduğunu etiraf etməklə, Suriya prezidenti Bəşər Əsədin iqtidarda "məhdud qalması" seçimini Barak Obama dövləti tərəfindən dəyərləndirilən seçimlərdən biri olduğunu bildirib.

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Rusiyanın Suriyadakı addımları Amerikanın Suriyadakı seçimlərini azaldıb. Bunu respublikaçılara yaxınlığı ilə bilinən qəzet yazıb.
"Obamanın Suriyada seçimləri azalır" başlığı ilə dərc edilən hesabatda deyilir: "Rusiyanın Suriyadakı əməliyyatlara başlamasından keçən cəmi 10 gündə Amerikanın Suriya siyasəti bir-birinə dəydi və sıradan çıxdı. İndi ABŞ prezidenti iki pis seçimin arasında qalıb.
Hesabat müəllifləri bu "iki pis seçim"in izahı barədə yazırlar: Amerika Suriyadakı daxili qanlı və naməlum müharibəyə daha artıq müdaxilə etməkdə tərəddüd edir. Çünki belə olan halda, Rusiya ilə tərəfdaşlar müharibəsi başlaya bilər. Prezidentin hədəfi Amerika ilə daha çox hərbi müqavilə bağlamaq qarşısında müqavimətdir. Bu da Obamaya cəmi bir seçim qoyur: Suriya prezidenti Bəşər Əsədin iqtidarda qalması. Bu ümidlə ki, Suriyada müharibə sakitləşəndən sonra onun iqtidardan getməsi barədə müzakirələr başlasın. Əlbəttə, Amerikanın siyasəti və tutduğu yol onun hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Bu yazıda bildirilir: Amerikalı rəsmilər artıq Bəşər Əsədin təcili istefa verməsini istəmirlər. Onun yerinə "idarə edilən" keçid dövrünü dəstəkləyir və istəyirlər. Keçid dövründə Bəşər Əsəd bir müddət iqtidarda qala bilər.
Yazının davamında oxuyuruq: Amerika dövləti habelə daha az hərbi müdaxilə variantları olan ideyaları araşdırır. Bu araşdırılan cəhdlərdən biri Əsəd rejimi ilə müzakirələr yolu ilə yerli atəşkəslərdir. Obamanın yaxın müşavirlərindən olan Ben Roderz deyib: "Bu cəhdlər bundan öncə BMT tərəfindən həyata keçirilib." Amma o ehtiyatla bildirdi ki; "Amerika belə bir cəhdin Bəşər Əsədin xeyrinə və müxaliflərin zərərinə qurtarmayacağına dair arxayın olmaq istəyir."
Müəlliflər "Rusiyanın hücumlarına görə, Suriyada döyüş meydanlarının vəziyyətinin dəyişdiyinə görə" narahatlıqlarını bildirərək yazırlar: Amerikalı rəsmilər əvvəlcə Moskvanın İŞİD-lə müharibədə yardımçı olacağını düşünərək, müsbət fikirdə idilər. Lakin Rusiya aviasiyasının hücumundan sonra, amerikalı rəsmilər xəbərdarlıq etdilər ki; Bu hücumlar Əsəd rejiminin müxaliflərini, hətta Amerikanın himayə etdiyi qrupları hədəfə almaqla, Bəşər Əsədi gücləndirmək üçün bir kompaniyadır.
Wall Street Journal ABŞ və Rusiyanın Suriya barədə hərbi müzakirələrinə işarə edərək yazır: "Rusiyanın hava hücumuna başlaması, hava təhlükəsizliyi barədə narahatlıqları artırmışdır."
Obamanın Suriyaya yanaşması İŞİD üçün koalisiya yaratmaq və eyni zamanda məsələnin hərtərəfli siyasi həlli olmuşdur. Lakin bu məsələlər son zaman dəyişmişdir. Çünki Rusiya öz müttəfiqini qorumaq üçün öz dəstəyini nəzərə çarpacaq şəkildə artırmışdır. Pentaqonun təlim və təchiz etmə proqramının məğlubiyyətlə üzləşməsi Obamanın strategiyasının tənqidlərini yenidən gündəmə gətirmişdir.
Wall Street Journal Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinin, habelə Amerika Konqresinin bəzi üzvlərinin "Rusiya hücumlarına qarşı Obama dövlətinin daha çox addım atması" istəyi və təzyiqlərini təkidlə bildirib.
Demokratlara məxsus olan bu qəzet Pentaqonun Suriya dövlətinə müxaliflərin təlim və təchiz proqramının məğlub olduğunu bildirərək yazır: Obama dövləti yeni proqramlar üçün yollar və üslublar axtarmağa cəhd göstərir. Bu məsələ Rusiyanın hərbi müdaxiləsindən sonra daha çox zəruri və təxirəsalınmaz olub.
Wall Street Journal adını çəkmədiyi yüksək səlahiyyətli amerikalı rəsmiyə istinadla bildirib: Pentaqonun yeni yanaşması "az təlim verib daha çox silah və sursat göndərmək" yönündə dəyişib.


7776 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP