Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Ərdəbilin cümə namazı – 10 yanvar (20 dey)

 Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

 

Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqvanın ən böyük xüsusiyyəti və faydası budur ki, insanı axirətin dəhşətli hadisəsi olan fəzi-əkbərdən qoruyur.

ثُمَّ یُنَجِّی اللَّهُ الَّذینَ اتَّقَوْا بِمَفازَتِهِمْ لا یَمَسُّهُمُ السُّوءُ وَ لا هُمْ یَحْزَنُونَ

"Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər." (Zumər, 61).

Bəli, təqva əhli üçün zərrəcə qəm-qüssə yoxdur. Allah-Taalanın qiyamət günü əzəmətli nidaları var. Əgər həmin günü təsəvvür etmək və təqvanın bərəkətini bilmək istəsək, axirətin Qurandakı təsvirinə baxmalıyıq. Allahın nidaları başdan-başa hikmətdir. Vay halına o insanların ki, dünyaya gələlər, amma Allahın bu sözlərini eşitməyələr. Toy məclisində Quranı təbərrük olaraq mehriyə ilə yanaşı qoyalar, amma Quranın həqiqətlərindən və Allah kəlamından bir şey anlamayalar.
Allah-Taala nida edəcək:

هَذَا یَوْمُ الْفَصْلِ

"Bu (gün), (haqqı batildən) ayırd etmə günüdür." (Mursəlat, 38).

Bəli! Bəziləri çöhrəsi dəyişmiş halda, heyvan sifətində məhşər səhnəsinə daxil olar. Yasin surəsinin 59-cu ayəsində buyurulur:

وَامْتَازُوا الْیَوْمَ أَیُّهَا الْمُجْرِمُونَ
Saffat surəsinin 21-ci ayəsində oxuyuruq:

هَذَا یَوْمُ الْفَصْلِ الَّذِی کُنتُمْ بِهِ تُکَذِّبُونَ

Yəni bu gün sizin təkzib etdiyiniz həmin gündür. Sizin evdə və evdən kənarda məşğulluğunuz əbədiyyətə etiqadınızı göstərmirdi. Saffat, 22:

احْشُرُوا الَّذِینَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا کَانُوا یَعْبُدُونَ مِن دُونِ اللَّهِ

Allah əmr edəcək ki, dünyada zülmə yol verənlərin özlərini və pərəstiş etdiklərini bir yerə toplayın.
Saffat, 23:

فَاهْدُوهُمْ إِلَى صِرَاطِ الْجَحِیمِ

Sonra bu insanlar cəhənnəm yoluna yönəldilər.
İnsanın ara yollarda, cığırlarda azması mümkündür. Amma böyük yolda azmaq qeyri-mümkün işdir. Belə yola sirat deyilir. "Sərət" sözündə "udmaq" mənası var. Sanki bu yol insanı udur, yolu itirməyə qoymur.
Allah-Taala buyurur ki, dünyada zülm edənləri cəhənnəmin baş yoluna çəkin. Nə üçün? Çünki bu dünyada həmin işi görüblər, xalqı cəhənnəm yoluna sürükləyiblər.
Bəziləri məsələn əxlaqsız SD-lər yaymaqla haram pul qazanır, evə haram tikə aparır. Yeni nəsli bu yolla tərbiyə edirlər?! Onlar insanları cəhənnəm yoluna çəkirlər və axirətdə həmin yolu gedərlər. Saffat, 24:

وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ

Allah buyurur ki, onları saxlayın, onlara sualımız var.
Həzrət Peyğəmbərin (s) mübarək mövlud gününü tədbirlə vəhdət həftəsi təyin etdilər. Belə də olmalı idi. Çünki bizim Peyğəmbərimiz (s) vəhdət qaynağıdır, bütün ümməti bu mərkəzə toplayıb.
Vəhdət mövzusunu bir neçə prizmadan araşdıra bilərik. Əvvəla, Peyğəmbəri bütün ümmət qəbul edir. Digər tərəfdən, Allah-Taala Quranda buyurur ki, əgər aranızda ixtilaf yaransa Peyğəmbəri "həkəm" seçin, ixtilafı həll etsin. Allah özünə and içir. Nisa, 65:

فَلا وَ رَبِّکَ لا یُؤْمِنُونَ حَتَّى یُحَکِّمُوکَ فیما شَجَرَ بَیْنَهُمْ ثُمَّ لا یَجِدُوا فی‏ أَنْفُسِهِمْ حَرَجاً مِمَّا قَضَیْتَ وَ یُسَلِّمُوا تَسْلیماً

"Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar."

İndi də ixtilaf yarananda vəzifəmiz Peyğəmbərə müraciət etməkdir. Bütün firqələr onun hökmünə tabe olmalıdır. Digər tərəfdən, Peyğəmbərin həyat yolu bizim vəzifəmizi aydınlaşdırıb. Bütün ixtilaflı mövzularla bağlı Peyğəmbərin həyatında meyarlar var. Həmin meyarları nümunə götürə bilərik. Tövbə surəsinin 61-ci ayəsində oxuyuruq:

قُلْ أُذُنُ خَیْرٍ لَکُمْ

Yəni, dinləyirsiniz, deyilənləri eşidirsiniz. Doğru yol budur ki, insan zərərinə olanı da eşitsin. Mənbələrdə var ki, həzrət Peyğəmbər (s) Qeysərin məmuruna "qardaş" deyə müraciət etdi. Vəzifəmiz aydın olur. Peyğəmbər dünyasını dəyişəndən sonra həmin şəxsin görüşünə gedib Peyğəmbərlə görüşünün təfərrüatı barədə soruşdular. Dedi ki, sizin peyğəmbəriniz mənə iki dəfə "qardaş" deyə müraciət edib. Əzizlər, Peyğəmbər bir məsihiyə qardaş deyir. Bu nöqtə çox işıqlandırılmalıdır. Aydın olur ki, peyğəmbərlər bütün bəşəriyyəti vahid ailəyə çevirmək üçün gəliblər.
Həzrət Peyğəmbər vəhdətlə bağlı çox tövsiyə verir. Həccətül-vidada buyurur:

لاترجعوا بعدى کفاراً یضرب بعضکم رقاب بعض

"Mənim ölümümdən sonra bir-birinizi inkar etməyin, bir-birinizin boynunu vurmayın..." (Səhihi-Buxari). Necə də gözəl sözdür! Peyğəmbərin həyatında kimisə rədd etdiyi məqam tapmaq çətindir. Peyğəmbər ümmətin birliyini istəyib.

المؤمنون إخوة تتکافی دماؤهم و هم یدعلی من سواهم

"Möminlər bir-birləri ilə qardaşdırlar..." (Kafi). Belə deyil ki, kiminsə qanı dəyərsiz olsun. Peyğəmbər ümmətini düşmən qarşısında birliyə çağırır. Həzrət təkidlə tapşırır ki, ixtilaf yaratmayın. (Səhihi-Buxari). Mədəniyyətləri süquta uğradan ixtilaf olub.
Həzrət (s) buyurur:

مَن فارق الجماعة شبرًا فقد خلع رِبْقَةَ الإسلام من عنقه

"Hər kəs xalqdan bir qarış uzaqlaşsa islamiyyətdən çıxmış kimidir." (Sunəni-Əbu Davud). Həzrət Peyğəmbərdən soruşdular ki, camaat nədir? Həzrət buyurdu: "Camaat, yəni haqq – amma haqq əhli azdır." Harada haqq görsən təəssüb göstərmə, ona tabe ol. Demə ki, şiələrə qarşı şeytanla birləşməyə hazıram. Vəhabi müftilərindən biri belə deyib. Həzrətin bir buyruğunu bütün beynəlxalq təşkilatların şüarına çevirmək lazımdır:


الخلق کله عیال الله

"Bütün xalq Allahın ailəsidir." (Mustədrəkul-vəsail). İnsanlara Allahın ailəsi nəzəri ilə baxsaq onlara qarşı çıxmarıq. Onları möhtərəm sayın, qətlə yetirməyin, onlara işgəncə verməyin. Bu dünyada insanlara işgəncə verənlərə Allah axirətdə işgəncə verər. (Səhihi-Müslim).
Peyğəmbərin prinsipləri arasında xalqın Allahın ailəsi kimi qəbul olunması əsas prinsiplərdəndir. Peyğəmbər böyük ailə yaratmaq üçün gəlib. Bəzən ata bir övladı o birilərindən çox sevir. Allah xalq üçün faydalı olan bəndəsini başqalarından üstün tutur.
İnsanlar Allah bağının ağacları kimidir. Bu ağacları qırmaq, kökündən qoparmaq olmaz. (Biharul-ənvar). Dünyada vahid ailə ideyasını ilk dəfə irəli sürən həzrət Peyğəmbər (s) olub. Şas ibn Qeys adlı münafiq Peyğəmbərlə qəddar düşmən idi. Bir yəhudi oğlanı öyrədib ona tapşırdı ki, cahiliyyət dövründən aralarında ixtilaf olan Os və Xəzrəc qəbilələri arasında qarşıdurma yaratsın. Oğlan bu işi gördü. Peyğəmbərə xəbər çatdı ki, bu iki qəbilə əlinə silah alıb vuruşmağa hazırlaşır. Peyğəmbər (s) mühacirlər və ənsarla birlikdə həmin yerə getdi. Həzrət buyurdu:

یا معشر المسلمین ، الله الله ابدعوى الجاهلیة و انا بین اظهرکم بعد ان هداکم الله تعالى الى الاسلام و اکرمکم به وقطع عنکم امر الجاهلیة و استنقذکم به من الکفر و الف بینکم ترجعون الى ما کنتم علیه کفارا

Bu sözlər sanki bizə ünvanlanıb, ümməti parçalayanlara deyilib. Həzrət buyurur ki, Allahdan qorxun, mən sizin aranızda ikən vuruşmaq istəyirsiniz; bir halda ki, Allah sizi İslama dəvət edib. (Əsədul-ğabə).
İslamda müharibə, qarşıdurma yoxdur. İslam həqiqətin təbliği yolunda maneəni aradan qaldırmaq üçün savaşa icazə verir. Əgər Məkkə müşrikləri Peyğəmbərə danışmaq imkanı versəydilər Peyğəmbər savaş üçün meydana çıxmazdı. Peyğəmbər yaxşı bilirdi ki, sözü qılıncdan kəsərlidir. Peyğəmbərin sözü qoyub qılınca əl aparması eyb olardı.
Həzrət buyurur ki, Allah İslama dəvət etməklə sizi yüksəldib, İslama çağırışla sizi cahiliyyət və küfürdən qurtarıb. Yoxsa yenidən küfrə qayıdırsınız?! Peyğəmbər onlara xatırlatdı ki, Allah sizin qəlbinizdə ülfət yaradıb. Savaşa hazırlaşan iki qəbilə silahı yerə qoyub barışığa gəldi. Onlar həzrətin buyuruqlarının təsiri altında göz yaşı içində evə döndülər.
Əzizlər! Hər şeydən öncə Allah vəhdətə çağırıb. İxtilaf şirkdəndir. Rum surəsinin 31, 32-ci ayələrində oxuyuruq:

وَلَا تَکُونُوا مِنَ الْمُشْرِکِینَ، مِنَ الَّذِینَ فَرَّقُوا دِینَهُمْ وَکَانُوا شِیَعًا کُلُّ حِزْبٍ بِمَا لَدَیْهِمْ فَرِحُونَ

"(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın; O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər."

Ənbiya, 92:

إِنَّ هَذِهِ أُمَّتُکُمْ أُمَّةً وَاحِدَةً

"(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!"

Ali-İmran, 64:

قُل یا أَهلَ الکِتابِ تَعالَوا إِلىٰ کَلِمَةٍ سَواءٍ بَینَنا وَبَینَکُم أَلّا نَعبُدَ إِلَّا اللَّهَ وَلا نُشرِکَ بِهِ شَیئًا وَلا یَتَّخِذَ بَعضُنا بَعضًا أَربابًا مِن دونِ اللَّهِ ۚ فَإِن تَوَلَّوا فَقولُوا اشهَدوا بِأَنّا مُسلِمونَ

"(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” "

Bir vəhabiyə dedim ki, Peyğəmbər yəhudi və məsihilərlə müştərək nöqtə tapırdı, amma sən "əşhədu əlla ilahə illəllah, əşhədu ənnə Muhəmmədər-Rəsulullah" deyən mənlə ortaq söz tapmırsan. Dinc-yanaşı yaşamaq prinsipi elə Quranın Ali-İmran surəsinin 64-cü ayəsində buyurulanlardır.
Digər tərəfdən Allah tövhid əhli arasında qardaşlıq əqdi oxuyub. Qardaşlığımızı Allah özü imzalayıb.

Hucurat, 10:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَیْنَ أَخَوَیْکُمْ

"Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!"
Növbəti nöqtə budur ki, Allah bütün peyğəmbərlərinə eyni bir çağrışla müraciət edib: Dinin bərpası din sayəsində ixtilafların aradan qaldırılması!

Şura, 13:

شرَعَ لَکُم مِّنَ الدِّینِ مَا وَصی بِهِ نُوحاً وَ الَّذِی أَوْحَیْنَا إِلَیْک وَ مَا وَصیْنَا بِهِ إِبْرَهِیمَ وَ مُوسی وَ عِیسی أَنْ أَقِیمُوا الدِّینَ وَ لا تَتَفَرَّقُوا فِیهِ کَبرَ عَلی الْمُشرِکِینَ مَا تَدْعُوهُمْ إِلَیْهِ اللَّهُ یجْتَبی إِلَیْهِ مَن یَشاءُ وَ یهْدِی إِلَیْهِ مَن یُنِیب

"(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" Allahın buyuruqlarından biri budur ki, göndərdiyim dinlə insanları parçalamayın, insanların qanını axıtmayın. Bu işi görənlər Allaha cavab verəcək.
Növbəti nöqtə ülfət barəsindədir.

Ali-İmran, 103:

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِیعًا وَلاَ تَفَرَّقُواْ وَاذْکُرُواْ نِعْمَةَ اللّهِ عَلَیْکُمْ إِذْ کُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَیْنَ قُلُوبِکُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا

"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"

Allah-Taala buyurur ki, əgər ixtilafa yol versəniz böyük bəla ilə üzləşəcəksiniz. Bu barədə Ali-İmran surəsinin 105-ci ayəsində danışılır. Növbəti nöqtə ixtilafa yol verən insanın şərəf və ləyaqətinin alçalmasıdır. Ənfal surəsinin 46-cı ayəsində buna işarə olunur. Allah-Taala buyurur ki, peyğəmbərin göndərilməsində məqsəd ixtilafların aradan qaldırılmasıdır. Əgər bir cəmiyyətdə ixtilaf varsa bu toplumun böyüyünə, peyğəmbərə müraciət edilməlidir. (bax: Nəhl, 64).
Allah ixtilafı qadağan edir. Buyurur ki, qiyamət günü ixtilafların həlli üçün özüm hökm verəcəyəm. Yəni əlinizə qılınc alıb boyun vurmayın. (bax: Ğaşiyə, 21, 22). Müşriklər iddia edirdilər ki, müsəlmanlar cinayətkardır və onların qətli vacibdir. Allah-Taala cavab verir:



قُل لّا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا

"De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!" (Səba, 25).
Bəli, Allah-Taala bir gün hamını bir yerə toplayacaq. (bax: Səba, 26). Özü hökm verəcək. Peyğəmbərlər onları dinləməyən, höcətləşənlərə deyər:

قُلْ أَ تُحَاجُّونَنَا فی اللَّهِ وَ هُوَ رَبُّنَا وَ رَبُّکمْ وَ لَنَا أَعْمَلُنَا وَ لَکُمْ أَعْمَلُکُمْ

"(Ya Rəsulum! Kitab əhlinə de: ) “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”"

Şura, 15:

فَلِذَٰلِكَ فَادْعُ ۖ وَاسْتَقِمْ كَمَا أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ ۖ وَقُلْ آمَنْتُ بِمَا أَنْزَلَ اللَّهُ مِنْ كِتَابٍ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ اللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ اللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ

"(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”"

Növbəti nöqtə budur ki, peyğəmbərə ikrah, məcburiyyət, sərtlikdən uzaq olmaq tapşırılır. Allah buyurur ki, sənin işin xəbərdarlıq etməkdir, ikraha qalsa, bu işi Özüm görərdim.
Əzizlər! İxtilaf yaransa ümmətin zərərinə olar, düşmən fürsət tapıb zərbə endirər, müsəlmanların gücü puça sərf olunar.
Mühüm nöqtələrdən biri budur ki, ümmət arasında ixtilaf salanlar tanınsın. Ali-İmran surəsinin 103-cü ayəsində Allah ixtilafda olan iki tayfanı cəhənnəmlə qorxudur. Hazırda kimdir böyük ixtilafçı? Bəli, bu həmin tayfadır ki, hamını inkar edir, özündən başqasını qəbul etmir. Vəhabiləri nəzərdə tuturam. Bu tayfa İslam düşmənlərinin əlində alətə çevrilib. Fəth surəsinin 29-cu ayəsində buyurulur ki, bir-birinizə qarşı mərhəmətli olun, düşmənə aman verməyin. Vəhabilərinsə şüarı tövhid şüarlı şiələrin qətlidir. Bu günlərdə fitva veriblər ki, şiələr cizyə ödəməlidir. İslamda dində olmayanlar cizyə ödəyir. Demək vəhabilərin nəzərincə şiələr dindən xaric olub.
Biz şiələr müsəlmanların vəhdəti naminə öz haqqına göz yuman Mövlanın ardıcıllarıyıq. Heç vaxt ixtilafa getməmişik. Həzrət Əli (ə) buyurur ki, əgər müsəlman arasında təfriqə yaranmasından və küfrün geri qayıdışından qorxmasaydım onlarla başqa cür rəftar edərdim, vəziyyəti dəyişmək yolunu tutardım. (Biharul-ənvar). Həzrət Əli (ə) öz haqqından keçdi, amma ixtilafa yol vermədi. Vəhabilər heç vaxt vəhdət yolunu tuta bilməyəcək. Çünki Allahın göstərdiyi vəhdət yolu onların gücündə deyil. Allah-Taala buyurur ki, vəhdət yolu tağutun inkarıdır. Vəhabilərsə bunun əksinə rəftar edir. Ümməti özləri üçün tağuta çeviriblər.


İkinci xütbə
بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Həzrət Əli (ə) buyurur ki, əgər bir şəxs hər növ asılılıq və fəlakətdən qurtulmaq istəyirsə, yolu təqvadır. (Nəhcül-bəlağə).
Bu gün mövlamız həzrət Sahibul-əsr, İmam Zamanın (əc) qeyb dövrünün başlanğıcının il dönümüdür. Hamımız bir ağızdan deyirik:

أین جامع الکلمه علی التقوی

Haradadır o kəs ki, bütün işləri təqva mehvərində toplayar və o zaman yer üzündə təqvasız şəxs qalmaz. (Nüdbə duası).
Allah dərgahına üz tutub nalə çəkirik, intizarda olduğumuzu deyirik. Allahdan mövlamızın zühurunu tezlətməsini istəyirik. Allah bizə sızlayan qəlb, ali mərifət lüft etsin.
Əzizlər! Yaşadığımız günləri "Əyyamullah" adlandırmağımız yerinə düşər. Allah bəzi günləri belə adlandırır. Həmin günlərdə Allahın ad və sifətləri xüsusi bir şəkildə zühur edir. Necə ki, 22 Bəhmən Əyyamullah adlandırılır. Təpədən dırnağa silahlanmış dünya çiynində bir əbası olan seyyidin qarşısında dayana bilmədi. Amma həmin seyyid milləti ac canavarların ağzından çıxardı. Bu tövhid nişanəsidir. Allah xüsusi şəkildə öz qüdrətini göstərir.
Allah həmin günlərdə öz qəhrini ortaya qoydu. Bir neçə ay öncə Ərəbistan kralı deyib ki, ilanın başı İrandadır, onun başını əzməliyik. Allahın işinə baxın! Hamıya aydın oldu ki, ilanın başı Ərəbistandır. Bunu dünya görür. Regionda sabitlik pozulursa, bu hadisədə Ərəbistanın əli var. Diplomatik baxımdan region və dünyada ictimai fikir Ərəbistandan asılıdır. Kim inanardı ki, belə rüsvay olacaq!
Qəza-qədərin beş barmağı var. Hadisə baş verəndə iki barmağını gözlərə, iki barmağını qulaqlara, bir barmağını ağıza qoyur və deyir ki, səsin çıxmasın! Bu təbirlər Şeyx Səfiəddin İshaq Ərdəbilinin şagirdi Şah Qasim Ənvarın şeirində yer alıb.
Bundan böyük səhv nə ola bilər ki, Ərəbistanın cinayətkar şahzadəsi Bəndər ibn Sultan Rusiyada səfərdə olarkən bu ölkəni Suriyaya yardımdan çəkinməyə çağırır. Moskvanı hədələyir ki, Suriyanı himayə etsəniz vəziyyətiniz gərginləşəcək. Bunun ardınca Volqoqradda partlayış baş verir. Rusiya onların adını terrorçular siyahısına salmaqla yanaşı belə cavab verir ki, Ərəbistandan alacağı intiqam yaxın şərqdə vəziyyəti dəyişəcək. Diplomatiya dünyasında Ərəbistan şahzadəsinin səhvi kimi bir səhv gözə dəymir. Bu hadisələri əhəmiyyətsiz saymayın. Məzlumların qanı yerdə qalmayacaq, bu ilahi qanundur.
Harada terror, qan, partlayış görsəniz, orada Ərəbistanın əli var. Peyğəmbərlər bu sülalədən fəsad yaranacağı barədə xəbərdarlıq ediblər. Vəhabilik şeytanın buynuzu şəklində ortaya çıxıb. Əl-Qaidənin Suriyada törətdikləri onları himayə edən Ərəbistana sarsıdıcı zərbə oldu. Onların Suriyada bir müftisi var. Deyirlər həzrət Mehdi ilə vuruşmaq üçün onun zühurunu səbirsizliklə gözləyir. O deyir: "Biz süfyani ordusuyuq, komandanımız Yezid ibn Müaviyə ibn Əbusüfyandır."
Sünnə əhlini vəhabi saymaq düzgün deyil. Onların da qəlbində Əhli-beyt sevgisi var. Sünnə əhlindən olan alimlər dəfələrlə mənə deyiblər ki, İmam Əli (ə), İmam Rizanı (ə) təkcə şiələrin imamı adlandırmayın. Deyirlər ki, sizin imamları özünüzə aid etməyiniz bizi narahat edir. Onlardan biri yaxın günlərdə mənə belə dedi: "İmam Əli, İmam Hüseyn, həzrət Əbülfəzli bizdən almısınız, təkcə Peyğəmbər qalıb. Deyirdi ki, həmin şəxslər hər biri bizim üçün nümunədir."
Ərəbistanın strateji səhvlərindən biri bu oldu ki, İraqın əl-Ənbar ustanına əl apardı, bu məntəqəni ayırıb Fəllucəni paytaxt etmək istədi. Bu əl-Qaidənin istəyidir. Əl-Qaidəyə hamı nifrət edir. Buna görə adlarını dəyişib fərqli adlarla meydana çıxırlar. Terrorçular bir yerə toplandılar və öz iddialarının qurbanı oldular. Bu Allahın işi idi. Nuri Maliki dövlətinin buna gücü çatmazdı. Əl-Ənbarda əl-Qaidənin mövqe tutması İraqda bütün siyasi firqələrin birləşməsinə səbəb oldu. Beləcə, Ərəbistanın şiə-sünni qarşıdurmasına xərclədiyi böyük pullar havaya sovruldu. Hətta xəbərləri elə tənzimləyirlər ki, sünnə əhlini şiələrə qarşı qıcıqlandırsınlar. Sünni-şiə münasibətini pozmaq üçün Ərəbistan Suriya və İraqda 200 milyard dollar pul xərcləyib. Əl-Ənbar səhvi şiə və sünniləri əl-Qaidəyə qarşı birləşdirdi. Bütün bunlar Allahın lütfüdür.
Onların səhvləri səbəb oldu ki, Nuri Malikinin müxalifləri ona yaxınlaşdılar. Hətta ABŞ Nuri Malikini himayə edib, əl-Qaidənin məhvinə qərar verdi. Bu addım Ərəbistanın tabutuna çalınan mıx oldu. Britaniya elan etdi ki, Suriyaya gedən şəxsə pasport verilməyəcək. Avropa və ABŞ qərar çıxardı ki, Suriyadakı radikal qüvvələr məhv edilsin.
Sualımız var: Amerika! Bir həftə öncə Nuri Malikiyə əl-Qaidə haqqında informasiya vermirdiniz. Necə oldu ki, mövqeyiniz 180 dərəcə dəyişdi? Sizin radikallara qarşı çıxmağınız sonradan gəldiyiniz qərardır.
Əslində gördülər ki, əl-Ənbardakı qüvvələrin sonu çatıb. ABŞ nümayəndə heyətinin Ərəbistana son səfərindən məqsəd bu ağır sonluq barədə xəbərdarlıq idi. Amerikaya digər sualımız budur ki, Suriyada əl-Qaidəni hakimiyyətə gətirmək istəyən ABŞ nə üçün 2001-ci ildə Əfqanıstanda mahiyyətcə fərqlənməyən Talibanı hakimiyyətdən endirdi? Əgər yaxşı idilərsə, nə üçün hakimiyyətdə saxlamadınız? Əgər pisdilərsə, nə üçün Suriyada meydan verdiniz? Bütün bu ziddiyyətlər İran İslam İnqilabının hər gün artan nüfuzu ilə bağlıdır.
Ərəbistan artıq Türkiyəni də himayə etmir. Ərdoğan düşünürdü ki, Misir və Ərəbistanı ələ alsa İslam dünyasına rəhbərlik edəcək. Sonradan anladı ki, onunla oynayırlar. Bu həftə cənab Davudoğlu elan etdi ki, radikallara qarşı Nuri Malikini himayə edirlər. Ziddiyyətlər ərşə çıxır. Türkiyə bir tərəfdən radikalları himayə edir, digər tərəfdən onlara qarşı mövqe tutur. Ərəbistan Pakistanı da itirdi. Bizim ağlımıza gəlməzdi ki, Pakistanda sünni-şiə şurası yaradılsın. Şura elan etdi ki, onun yaranmasında məqsəd ABŞ və Ərəbistanın müdaxilələrinə son qoymaqdır. Bütün bunlar Ərəbistanın səhvləridir.
Ərəbistan Yəməndə də mövqelərini itirdi. Yəmən diktatorunu himayə etdilər. Yəmən torpaqlarının bir hissəsini ələ keçirdilər. Sonda məğlub oldular. Xalqın qəlbinə yol axtaran əl-Husi qruplaşması hazırda üç ustana nəzarət edir. Bu qrup elan edib ki, Yəmən torpaqlarını Ərəbistandan alacaq. Bu Yəmən xalqının tarixi arzusudur. Bütün bu hadisələr Ərəbistana ağır zərbə olub. Misirdə Müsəlman Qardaşlarına qarşı addımları, qiyamçıları himayə etmələri mövqelərini sarsıdıb. Artıq Misirdə hamı Ərəbistanı lənətləyir. Livanda aydınlaşdı ki, İran səfirliyi qarşısında partlayış Ərəbistanın işi imiş. Bu hadisədə Bəndər ibn Soltanın oğlu həbs edilib. Əl-Macidin Livanda şübhəli ölümü Ərəbistana nifrəti artırdı. Əl-Macidi kim öldürdü? Nə üçün onu danışmağa qoymadılar? Bütün bunların arxasında Ərəbistan dayanır. İran səfirliyi qarşısında partlayış sübut etdi ki, Livandakı terror hadisələr Ərəbistanın işidir.
Baş vermiş hadisələr İranın beynəlxalq nüfuzunu artırdı. Ağlımıza gəlməzdi ki, daim İrana qarşı qətnamələr qəbul edən Kanada Tehranla həmkarlıq yaratmaq üçün nümayəndə heyəti göndərəcək. Elan olundu ki, Cenevrə 2 konfransı İranın iştirakı olmadan nəticə verməyəcək. Bu çox mühümdür. Almaniyanın Xarici işlər naziri öz bəyanatı ilə İranın Cenevrə konfransına qatılmasını zəruri saydı.
ABŞ və Avropa bu qənaətə gəldi ki, İranda güclü daxili sabitlik var. İranın beynəlxalq aləmdə artan nüfuzu təsirsiz ötüşmədi. Suriyaya hücumun bir addımlığında olan Ağ Ev bu fikirdən daşındı. Peyk şəbəkəsinə bağlı kəşfiyyat qurğularından məlumat aldılar ki, İran və Hizbullah ABŞ və İsrailin bütün bazalarını hədəfə alıb və əli tətikdədir. Rusiyaya elçi düşdülər. Moskvadan xahiş etdilər ki, böhranın aradan qaldırılmasında vasitəçilik etsin. Bu uğur şəhidlərin müqəddəs qanının bəhrəsidir.
Əzizlər! Son sözüm budur ki, dünya böyük təbəddülatlar astanasındadır. Ərəbistan islamı dünyanın ehtiyaclarına cavab vermək gücündədirmi?! Həm cinayətkar Mübarək, həm də cinayətkar Sisini himayə edən əl-Əzhərin təmsil etdiyi islam ehtiyaclara cavab verirmi?! Taliban islamı, laik islam hansı ehtiyacları aradan qaldıra bilər?! Bu günlərdə Roma Papası elan etdi ki, cəhənnəm yalandır və Allahın mərhəməti ilə uyuşmur. Guya Allah qiyamət günü kimsəni mühakimə etməyəcək. Hansı yolu seçirsiniz seçin, lap homoseksual olun, fərqi yoxdur, cəza olmayacaq! Papa hamını kilsəyə dəvət etdi. Çünki artıq kilsəyə gələn yoxdur. Yuxarıdakı sözləri də diqqəti cəlb etmək üçündür. Bazar günləri kilsə mərasimində yalnız ölülərə dua oxunur. Bəli, bəşəriyyət bir boşluqla üzləşib. Bu boşluğu yalnız həqiqi Məhəmməd İslamı doldura bilər. Bu İslamı Peyğəmbər Əhli-beyti təmsil edir. İran İslam Respublikası onun daşıyıcısıdır. Yalnız Əhli-beyt düşüncəsi bəşəriyyətin problemlərini həll edə bilər. Allah bizə vəzifəmizin icrasında yardımçı olsun, Əhli-beyt düşüncəsinin gözəlliklərini dünyaya göstərə bilək.


Nur-az.com


7444 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP