10 Sentyabr 2015
Gəldiyimiz yol və gedəcəyimiz yol
Hövzə və tələbə həyatı haqqında İmam Xomeyninin (r) düşüncələrindən
“İnqilabın əvvəllərində şahın xain olduğunu demək istəsəydim dərhal cavab gələrdi ki, şah şiədir.”
İmam Xomeyni (r) 20-ci əsrin sonlarında İslam İnqilabının qələbəsini nail olmaqla əsrin əfsanəsinə çevirildi. İmam Xomeyni (r) Qum Elm Hövzəsinin yetirmələrindən idi. İmam Xomeyni (r) Qum Elm Hövzəsinin mərkəz kimi formalaşmasında mühüm rol oynayıb. Qüds informasiya agentliyi Mehr informasiya agentliyinə istinadən yazır: Əsrin böyük hadisəsinə imza atmış şəxs şahlıq rejimini devirməmişdən öncə Qum Elm Hövzəsində Əhli-Beyt (ə) məktəbinin çeşməsindən qidalanmışdı. 1300-cü ildə Qum Elm Hövzəsinə daxil olan İmam Xomeyni (r) təhsildə ciddi təlaşlardan sonra Ayətullah Hairinin hüzurunda ictihad dərəcəsinə çatmışdı. Bundan sonra hövzədə fiqh, üsul, fəlsəfə, irfan və əxlaq üzrə xaric kursu dərslərini tədris etmişdir.
İmam Xomeyni (r) kompleks biliklərə malik olmaqla yanaşı əxlaq müəllimi kimi tanınırdı. 1328-ci ildə Ayətullah Hairinin həmkarlığı ilə elmi hövzədə struktur dəyişikliklərin layihəsini hazırladı. Bu layihə Ayətullah Brücerdiyə təqdim edildi. İmamın şagirdləri, hövzə tələbələri layihəni sevinclə qarşıladılar.
İmam Xomeyni (r) bir neçə il sonra elm hövzəsində inqilab alovunu şölələndirdi. Alim və tələbələrin fikrini bu istiqamətdə yönəltməklə bu inqilab məşəlini sürgündə olduğu illərdə sönməyə qoymadı. Belə ki, inqilabi hərəkatın ilk şəhidləri elə din tələbələri oldular.
İmam Xomeyninin (r) həyatda olmadığı bir dövrdə onun düşüncələrinin gündəmdə saxlanması hövzə və tələbələr üçün bir çıraq ola bilər.
İmam Xomeyni (r) öz missiyasını peyğəmbərlər və məsum imamların risalətinin davamı kimi dəyərləndirirdi. Dövrünün müctehidləri arasında sevilən sima olan imam ruhanilərin missiyası haqqında buyurur: “Ruhanilər İslamın məzhəridir, Quranı aydınladanlardır, Girami Peyğəmbərin (s) məzhəridirlər.”
Başqa bir məqamda buyurur: “Dini hövzələr tədris, təlim, təbliğ və müsəlmanlara rəhbərlik ocağıdır. Peyğəmbərin əmanətçisi, canişini din alimləridir. Hövzə əmanət saxlanılan yerdir. Təbii ki, Allahın əmanətini hər adamın əlinə vermək olmaz.”
Elm hövzələri və ruhaniləri cəmiyyəti doğru yola istiqamətləndirməsi barədə İmam Xomeyni (r) buyurur: “Ruhanilər insan tərbiyəçisidirlər. Onlar peyğəmbərlərin yerində oturublar, peyğəmbərlər tərəfindən təyin ediliblər.” İmam buyurur ki, din alimlərinin məsuliyyəti böyükdür, işləri ən şərafətli işdir, peşələri peyğəmbər peşəsidir, məsuliyyətləri peyğəmbər məsuliyyətidir.
Peyğəmbər sünnəsinin qorunması, həqiqi Əhli-Beyt (ə) şagirdlərinin tərbiyəsi din alimlərini həmişə düşündürüb. Elm hövzələri əsrlər boyu müstəqil olub, din alimləri kiməsə bağlı olmayıb, bu mərkəzlər xalq tərəfindən idarə edilib.
İmam Xomeyni (r) bu məsələyə böyük önəm verərək yazır: “Qum Elm Hövzəsi böyükləri və alimlərinin diqqət mərkəzində olan məsələlərdən biri budur ki, hövzədə nizam-intizam olsun. Bu bütün hövzədəkilərin, əsasən alim və müdərrislərin vəzifəsidir. Ümumi həmkarlıq və böyük təqlid mərcələrinin himayəsi ilə bu məqsədə çatmaq olar.”
İmam Xomeyninin (r) düşüncələri tələbələrin təhsil üsulunda, ümumi təhsil proqramlarında faydalı olub. İmam Xomeyni (r) hətta öz siyasi-ilahi vəsiyyətnaməsində buyurur: “Alimlər və müdərrislər yol verməməlidir ki, İslam fiqhini qorumağın yeganə yolu olan fiqh dərsləri əsas xətdən çıxsın. Təlaş lazımdır ki, hər gün daha artıq diqqət və səylə araşdırmalar güclənsin. Həqiqi Peyğəmbər (s) sünnəsindən çıxmamaq üçün fiqhə diqqətli olmaq lazımdır. Əlbəttə ki, İslam və ölkənin ehtiyac duyduğu elmlər də öyrənilməlidir.”
İmam başqa bir məqamda yazır: “Hövzə təhsilində mən ənənəvi (sünnəti) fiqh, cəvahiri ictihad tərəfdarıyam. Bu xətdən çıxmağı düzgün saymıram. İctihad elə bu üsulda düzgündür. Amma bu o demək deyil ki, İslam fiqhi təravətli deyil. Zaman və məkan ictihadda təyin edici faktorlardır.”
İmam Xomeyninin (r) hövzədə özünütərbiyə proqramları ilə bağlı nigarançılıqları çox idi. İmam açıqca buyururdu: “Peyğəmbərlərin besətində əsas məqsəd olan özünütərbiyə, nəfsin paklanması, hövzədə rəsmi status almalıdır. Təəssüf ki, elmi mərkəzlərdə bu məsələyə lazımi diqqət ayrılmır. Mənəvi və ruhani elmlər aktuallığını itirir. Belə bir qorxu var ki, hövzə gələcəkdə əxlaq ustadları, böyük tərbiyəçilər yetirə bilməsin. Qorxu var ki, Quranın böyük diqqət ayırdığı, peyğəmbər və məsumların gündəmdə saxladığı əxlaq mövzusu haşiyə məsələsinə çevrilsin. Yaxşı olar ki, hövzənin tanınmış ustadları öz dərslərində haşiyə olsa belə nəfsin paklanması mövzusuna yer ayırsınlar, mənəviyyat və əxlaq barədə danışsınlar. Tələbələr də nəfsin paklanması istiqamətində çalışmalıdır. Onların çiynində ağır məsuliyyət var və bu məsuliyyətin yerinə yetirilməsində nəfsin tərbiyəsi mühüm rola malikdir.”
İmam Xomeyni (r) tələbələrə müraciətlə buyurur: “Siz bu gün hövzədə təhsil alırsınız, sabah cəmiyyətdə yol göstərən rəhbər olacaqsınız. Düşünməyin ki, sizin vəzifəniz bir kitab termin əzbərləməkdir. Hövzədə özünüzü elə tərbiyə etməlisiniz ki, bir məntəqəyə getdikdə həmin yerin əhalisini istiqamətləndirə biləsiniz. Sizdən gözlənilən budur ki, hövzədən nəfsinizi paklamış halda çıxasınız. Yalnız bu halda xalqın tərbiyəsi istiqamətində iş görə bilərsiniz. Amma Allah eləməmiş, hövzədə özünüzü tərbiyə edə bilməsəniz, hara getsəniz xalqı azdıracaqsınız, onlarda İslam və ruhaniyyətə mənfi münasibət yaradacaqsınız.”
İmam buyurur: “Əgər xalq sizdə gözlənilməyən bir rəftar müşahidə etsə din yolundan çıxar. Ruhaniyyətdən üz çevirərlər. Bu fərdi məsələ deyil. Düşünməyin ki, bir fərddən üz çevirələr. Ey kaş bir nəfərə bədbin olaydılar. Amma bir ruhani gözlənilməyən şəkildə rəftar edəndə hamıdan üz çevirirlər.”
Başqa bir məqamda buyurur: “Nəfsinizi saflaşdırmaq, özünütərbiyə üçün proqramınız olsun. Özünüzə əxlaq ustadı seçin. Möizə, xütbə, öyüd-nəsihət məclisləri qurun. İnsan öz başına təmizlənə bilməz. Əgər bir gün hövzələrdə dəyərli əxlaq ustadları olmasa hövzə məhvə məhkumdur.”
İslam İnqilabının qələbəsindən zaman ötdükcə imamın tövsiyələrinin əhəmiyyəti daha da artır. İmam Xomeyni (r) öz çıxışlarında və yazılarında hövzənin zəiflədilməsinə yönəldilmiş düşmən planlarını ifşa edir.
İslam Respublikasının banisi hövzənin əhəmiyyətini azaltmağa çalışanlarla bağlı deyir: “Çirkin əllər zəhərli təbliğatla əxlaq və özünü tərbiyəni əhəmiyyətsiz göstərməyə çalışır. Onlar təlqin edirlər ki, minbərdən öyüd-nəsihət vermək elmi məqama uyğun deyil, böyük alimlərə “minbər alimi” adını verməklə onları gözdən salmağa çalışırlar. Hətta bu gün bəzi yerlərdə kimlərsə minbərdən danışmağı münasib saymır. Unudurlar ki, Həzrət Əli (ə) minbərdən danışıb, minbərdən xalqa nəsihət edib. Başqa imamlar da belə edib.”
Təhlükələrdən biri də hövzə əhli arasında təfriqə yaradılmasıdır. İmam buyurur: “Şübhəli ünsürlər mənəviyyat və əxlaqın hövzədən uzaqlaşmasına çalışırlar. Bunun nəticəsi hövzənin məhvidir. Hövzədə qruplaşma, ixtilaf, qarşıdurma, təhqir əxlaq və mənəviyyatın olmadığı zaman ortaya çıxır. Bu zaman düşmən hövzəni nəzarətə götürə bilər. Düşmənlər yaxşı bilir ki, hövzə xalqa arxalanır. Nə qədər ki, xalq hövzənin arxasında dayanıb hövzəni məhv etmək mümkün deyil.”
Başqa bir məqamda buyurur: “Ruhanilər bir-birinə qarşı çıxsa, bir-birini qəbul etməsə, İslam əxlaq qaydalarını gözləməsə, xalq onlardan üz çevirəcək. Xalqın istəyi budur ki, siz ruhanilər İslam əxlaqının güzgüsü olasınız, hizbullah olasınız, İslam ideallarının gerçəkləşməsinə xidmət edəsiniz. Siz bu yolda heç bir fədakarlıqdan çəkinməməlisiniz. Allahın yolunda, Onun razılığı istiqamətində addım atın. Bir olan Allahdan başqasının razılığını gözləməyin. Amma xalq görsə ki, sizin maraqınız axirət yox dünyadadır, öz dünya mənafeləriniz üçün çalışırsınız, dünya məsələlərinə görə bir-birinizlə vuruşursunuz, İslam və Quranı əlinizdə bir vasitəyə çevirmisiniz, öz dünyəvi məqsədlərinizə çatmaq üçün dini vasitəyə çevirmisiniz, sizdən üç çevirərlər və siz məsul olarsınız.”
İmam buyurur: “Əgər ruhani libası geyinmiş şəxslər dünyəvi məqsədlərdən dolayi təfriqəyə getsələr, aranı qarışdırsalar, məqam üstündə bir-biriləri ilə rəqabət aparsalar İslam və Qurana xəyanət ediblər. Onlar Allahın əmanətinə xəyanət ediblər.”
İmamın 67-ci ilin isfənd ayında ruhanilərə, təqlid mərcələrinə, müdərrislərə, tələbələrə, imam-cümələrə, dindarlara ünvanlanmış bəyanatı onun bəyanatları arasında daha çox diqqəti çəkir. Bu bəyanat imamın həyatının son günlərində 18 səhifədə çap olunub. Burada zərif bir analiz var, ciddi xəbərdarlıqlar yer alıb. İmam keçmiş, bu gün və gələcəyi nəzərə almaqla xəbərdarlıqlar edir. İmamın bu müraciəti məşhurdur, həmin müraciətdə imam inqilabı müdafiə etməklə yanaşı inqilab üçün təhlükələrdən də söz açır.
Müraciətdə oxuyuruq: “İnqilabın əvvəllərində şahın xain olduğunu demək istəsəydim dərhal cavab gələrdi ki, şah şiədir. Bəzi müqəddəsnümalar hər şeyi haram etmişdilər və kimsə onlara qarşı çıxmağa cürət etmirdi. Onlardan böyük zərbə aldıq. Dinin siyasətdən ayrı olması şüarı verilən zaman ucqar məntəqələrdə alimlər fərdi hökmlərə məşğul olub ibadət çərçivəsində özlərini məhdudlaşdırdılar. Hətta xarici dil öyrənmək küfr, fəlsəfə və irfan günah, şirk sayılırdı.”
İmam Xomeyni (r) fəlsəfə tədrisində qarşılaşdığı çətinlikləri yada salaraq buyurur: “Feyziyyə mədrəsəsində kiçik oğlum Mustafa kuzədən su içmişdi. Həmin kuzəni suya çəkdilər ki, mən fəlsəfə tədris edirəm. Əminəm ki, bu vəziyyət davam etsəydi hövzələr də orta əsrlərin kilisəsi vəziyyətinə düşəcəkdi. Allah müsəlmanlara və ruhanilərə minnət qoydu, hövzələr qorundu.”
İmam buyurur: “İslam müqəddəsnüma ruhanilərdən aldığı zərbəni kimsədən almayıb. Tələbələr yaddan çıxarmasın ki, həmin zümrə hələ də səhnədədir. Dünənin məğlubları bu günün siyasətbazlarına çevirilib. Bir vaxt siyasəti haram sayırdılar, bu gün çevirilişə gedənləri dəstəkləyirlər. Dini siyasətdən uzaq sayan bəzi ruhanilər bu gün saraylara üz tutub. Onlar İslam yolunda həbs və sürgün əzabı yaşayan əziz ruhaniləri vəhabi adlandırmaqdan da çəkinməyiblər.”
Ötən gün şüursuz müqəddəsnümalar deyirdilər ki, din siyasətdən ayrıdır. Şaha qarşı çıxmağı haram sayırdılar. İndi deyirlər ki, kommunistlər hökumət başçısı olub. Dünənə qədər açıq şərab satılmasını, əxlaqsızlığı imamın zühuru üçün yol açan səbəb sayırdılar. Bu gün haradasa bir məsul səhvə yol verirsə haray çəkirlər ki, İslam əldən getdi. Dünən mübarizəni haram edirdilər, bu gün isə bir vaxt şaha qarşı çıxanlardan da inqilabçı olublar.”
İmam Xomeyni (r) məşhur müraciətinin sonunda buyurur: “Ruhanilər, alimlər və tələbələr məhkəmə və icraat işlərini özlərinə müqəddəs vəzifə saymalıdırlar. Onlar Allahın hökmünü icra etmək səlahiyyəti ilə fəxr etməlidirlər. Əgər bir tələbə imam-cümə, məsul ruhani yerini boş görsə və onda bu məharət olsa dərs oxumaq bəhanəsi ilə özünü kənara çəkməməlidir. Şübhəsiz belə bir adam Allah qarşısında cəzalanacaq.”
Bəli, İmam Xomeyni (r) hövzənin ənənəvi, sünnəti qaydada fəaliyyətlərinə tərəfdar idi. Eyni zamanda hövzənin müstəqilliyi, bu ocaqda əxlaqa önəm verilməsini mühüm sayırdı. Tələbələri Quran və Əhli-Beyt (ə) yoluna dəvət edir, nəfsini paklamağa çağırırdı ki, cəmiyyətin ehtiyaclarına cavab verə bilsinlər. Hövzə əhlini ixtilaf və bədbinlikdən çəkinməyə dəvət edirdi.
Vilayet.nur-az.com