Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

İlahi təqva ilə ictimai ədalətin əlaqəsi

Öz şəxsi əməllərində, daxilində təqvası olmayan, nəfsinin və şeytanın köləsinə çevrilən biri cəmiyyətdə ədaləti icra edə biləcəyini iddia edə bilməz
Ədalət ictimai və fərdi həyatda özünü göstərir. İnsanın fərdi həyatındakı ədalətə fərdi ədalət, onun hakimiyyəti, komandirliyi zəminindəki ədalətinə ictimai ədalət deyirik. Bunların hər ikisi Əmirəlmöminin İmam Əlinin (ə) həyatında yük şəkildədir. Biz bunları yerinə yetirmək üçün bilməliyik . Bu məsələyə cəmiyyətdə bu və ya digər məsuliyyəti öhdəsinə götürən, dövlət vəzifəsinə təyin olunmuş insanlar daha çox diqqət etməlidirlər.
Əmirəlmöminin öz həyatında fərdi ədalət olduqca yüksək həddə idi. Bu bizim təqva dediyimiz məsələdır. Bu təqva onun siyasi addımlarında, hərbi əməliyyatlarında, beytülmalı bölməsində, həyatın bəhrələrindən istifadəsində, müsəlmanların beytülmalının xərclənməsində, qəzavətində və s. bütün sahələrdə özünü göstərir. Həqiqətdə hər insanda onun fərdi ədaləti ictimai ədalətinin təmin edir. Fərdi ədalət ictimai ədalətin təsir nöqtəsidir. Öz şəxsi əməllərində, daxilində təqvası olmayan, nəfsinin və şeytanın köləsinə çevrilən biri cəmiyyətdə ədaləti icra edə biləcəyini iddia edə bilməz. Bu mümkün deyil. Xalqın həyatında ədalətin mənşəyi olmaq istəyən biri, hər şeydən öncə öz həyatında ilahi təqvaya riayət etməlidir. "Təqva" səhv etməmək üçün diqqətli olmaqdır. Əlbəttə, bu sözün mənası o demək deyil ki, insan səhv etməyəcək, xeyir. Məsumlardan başqa hər bir insan səhvə yol verir. Ancaq bu ehtiyatlı olmaq (təqva) bir doğru (müstəqim) yoldur. Nicat yoludur. İnsanı boğulmaqdan xilas edir və ona güc verir. Cəmiyyətdə rəhbərlik etmək istəyən hər kəs (bütün sahələrdə) birinci özünü tərbiyə etməlidir. Bundan sonra xalqın tərbiyəsi ilə məşğul olmağa başlamalıdır. Yəni birinci özünü islah etməli, sonra digərlərinin sorağına getməlidir.


5776 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP