Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Ramazan bayramı

Mübarək ramazan ayının bərəkəti ilə nəfsani meyllərlə mübarizə gücü əldə edən insan böyük uğur qazanır və o bunu qorumalıdır
İbadət və bağışlanma bayramı

Fitr bayramı ibadət bayramı, bağışlanma bayramıdır. Bu, mömin müsəlman üçün qısa bir riyazət mövsümünün sonudur. Hansı ki, bu riyazətlə özündə yaxşı xüsusiyyətləri gücləndirmək, özünü islah etmək və il boyu, ömür boyu ondan faydalanmaq istəyir. Ramazan ayında bu ilahi və şəri riyazət, bu nəfsini saxlamaq, aclığa, susuzluqa dözmək, nəfsani meyllərlə, ehtiraslarla mübarizə insanda yaxşı xüsusiyyətlərin güclənməsinə səbəb olur. Bəşər əslində həmin xislətlər, xüsusiyyətlər toplusundan ibarətdir. Sifətləri, nəfsani və ruhi xüsusiyyətləri yaxşı sifətlərdirsə, bu dünyadan əli dolu gedirlər. İbadət, ilahi təqva və insanın öhdəsində olan digər vəzifələr nəticə etibarı ilə insanın özünü yaxşı xüsusiyyətlər toplusu ilə nurlandıra bilməsidir. Özünü həqiqi insan kimi formalaşdıra, Uca Yaradana bənzərlik tapa bilməsidir. Mübarək ramazan ayının bərəkəti ilə nəfsani meyllərlə mübarizə gücü əldə edən insan böyük uğur qazanır və o bunu qorumalıdır. Şəhvətpərəstliyə adət edən, nəfsani ehtiraslara müsbət cavab verməyə adət edən insan bu ayda sözügedən adətlərə qələbə çala bilir. Bunu özü üçün qorumalıdır. Bəşəriyyətin bütün bədbəxtlikləri nəfsani istəklərdən törəyir. Bütün zülmlər, bütün hiylələr, bütün namərdliklər, ədalətsizliklər, bütün zülmkarcasına aparılan döyüşlər, bütün fasid hökumətlər, xalqlar arasında təslimçilik və zülmü qəbul etmək hamısı nəfsani meyllərə, ehtiraslara müti olmaqdan doğur. Əgər insan özündə nəfs istəklərinə qələbə çalmaq gücü tapa bilirsə, xilas olmuşdur. Ramazan ayı sizdə bunu formalaşdırır. Fitr bayramı hesablaşmaq üçündür. Allahın ziyafət zamanı sizə verdiyi mükafatı özünüz üçün saxlamaq üçündür. Özünüz üçün saxlayın, Allahla öz əlaqənizi möhkəmlədin. Əmirəlmöminindən nəql olunmuşdur: "Bu gün Allah oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah olunmursa), o gün bayramdır". ("Müstədrək əl-vəsail", c. 6, səh. 149) Mənim əzizlərim! Bu günü, sabahı, ilin bütün günlərini günah işlətməməklə, haramlardan çəkinməklə bayram edin.

Ayətullah Seyid Əli Xamenei


6524 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP