03 Yanvar 2014
Ərdəbilin cümə namazı – 27 dekabr (6 dey)
Birinci xütbə
Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İlahi təqva yəvmi fəzəə əkbər adlanan həssas məqamda insana rahatlıq gətirir. Necə ki Allah-Taala buyurur:
"Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər." (Zumər, 61).
Fəvz və təqva həmişə yanaşı olub və insanı müvəffəqiyyətə çatdırar. "Fəvz" işlərdə müvəffəqiyyət deməkdir. Müvəffəqiyyət və təqva həm axirət, həm də dünya işlərində yanaşıdır. Üstün mövqelərdən biri qiyamət günüdür, həmin gün Allah-Taalanın qəhri təcəlla etmişdir.
Əzizlər! Qiyamət səhnəsini bir tablo kimi təsəvvür etsək bu tablonun bir hissəsi Allahın bəndələrinə nidalarından ibarət olar. Həmin ayələri qeyd edib arabir yada salsanız yaxşı olar. Şeyx Cəfər Şuştəri buyurur: "Nəfsimi uşaq kimi qarşıma qoyub ona moizə edirəm."
Allahın müraciət etdiyi qruplardan biri də kafirlərdir. Allah bu qrupa buyurur:
"Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!" (Casiyə, 31).
Siz öz işinizi kiçik saysanız da bu belə deyil. Onlara xitabən deyiləcək:
"...Allah yanında çox böyük günahdır!" (Nur, 15).
Sizə kiçik gəlir ki, bir sözlə insanların şəxsiyyətini alçaldırsınız?! Valideyn övladın ilahi ayələr, məscid, camaat namazı, cümə namazı ilə tanışlığı üçün öz dini vəzifəsinə hansı həddə əməl edir?!
Allah-Taala sözünün davamında "fəstəkbərtum" (Casiyə, 31) buyurur. Yəni siz bu ayələr qarşısında təkəbbür göstərdiniz. İlahi ayələr qarşısında günahkar oldunuz. (Casiyə, 32). Sizə deyiləndə ki, ilahi ayələr, vədlər haqdır qiyamət gününü məsxərəyə qoydunuz:
"(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz." (Casiyə, 32).
Başqa bir ayədə buyurulur:
"(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!" (Casiyə, 33).
Bəli, onların əməlləri qarşılarında cilvələnər. Bu çirkinlik onların canındadır. Namaz qılanın zatı namaz qılmayanın zatından fərqlənir. "Yəvmə tubləs sərair" adlanan qiyamət günündə həmin zat aşkar olur.
Allah-Taala növbəti ayədə bu insanların əzabına işarə edir:
Yəni onlara deyilər ki, biz də sizi belə bir gündə unuduruq. Çünki onlar belə bir günü unutmuşdular. Onların yeri cəhənnəmdir və heç bir yardımçıları olmaz. Bu əzab ilahi ayələri kiçik saymağın cəzasıdır.
Ölüm onların sorağına gələndə hələ anlamazlar ki, necə dəyərli fürsətləri əldən çıxarıblar.
Casiyə surəsinin 35-ci ayəsində buyurulur:
"Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!"
36-cı ayədə buyurulur ki, bundan böyük müsibət olmayacaq, Allah-Taala bu əzaba görə özünə həmd deyəcək. Əgər bu mövzulardan vaxtında agah olsaq qəflətdən oyanmaq üçün bəs edər.
Əzizlər! Bu uzun gecələri onun bərəkətinə əhəmiyyət vermədən əldən çıxarırıq. Bu barədə, gecə namazı haqqında bir neçə xütbədə danışdıq. Allahın buyuruğundan aydın olur ki, kamala çatmaqda gecələrin böyük təsiri var.
Allah-Taala behişt əhlinin sifətlərindən danışanda buyurur:
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. (Zariyat, 17, 18).
Aydın olur ki, zamanın zatında istedadlar yatır. İnsanın taleyində zamanla bağlı münasibətlər əhəmiyyət kəsb edir. Başqa bir məqamda Allah öz peyğəmbərinə buyurur ki, gələcəkdə ağır yükündən dolayı gecə namazını sənə vacib etdik. Bəli, Allah öz peyğəmbərinə gecə namazını tapşırır. Muzzəmmil surəsinin 5-ci ayəsində buyurulur ki, Peyğəmbərə böüyk məsuliyyət tapşırıldı və onun müvəffəqiyyəti gecə yarı Allahla rabitəsindən asılıdır.
İsrar surəsinin 79-cu ayəsində oxuyuruq:
"(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!"
Bəli, böyük bir məqama ümid var. Allah bu məqamı mədh edir. Bu ayə barədə düşünməyə dəyər.
Əgər bu torpaq dünyadan qalxmaq, Allahın təbirincə həmd olmuş məqama çatmaq istəyirsənsə bil ki bu yol gecədən ötüb keçir. Şairin təbirincə, səni gecə karvanının feyzindən məhrum edəcək yuxuya hə demə. Yuxuya de ki, bu gün evimizdə yerini su basıb, yaxın gəlmə. Bu su ilahi mərifətdən süzülən göz yaşlarından yaranıb. Hamı yuxuda məstdir, bir mənəm, bir sənin xəyalın, bir də qan dolu göz yaşları!
Əgər Muzzəmmil surəsinə diqqət yetirsək aydın olar ki, Allah peyğəmbərinin gecə yatmasını istəmir.
"Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.
Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!
Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur)." (Muzzəmmil, 1-7).
Diqqət edin ki, Allah Peyğəmbərinin gecə yatmasına razı deyil. İnsan gün uzunu müxtəlif şəxslərlə ünsiyyətdə olur və bu ona təsir göstərir. Əgər gündüzün pasını gecə xəlvətdə yumasan əriyib gedəcəksən.
Məsnəviye-mənəvidə buyurulur ki, insan gün uzunu təxəyyüllərin ayağı altında əzilir və qurtuluş ərşə səfərdir.
Kimsə gecə namazını peyğəmbər kimi qıla bilməz. Həzrət namazı bir neçə mərhələdə yerinə yetirərdi. Gecə namaz üçün bir neçə dəfə qalxardı. Ravi nəql edir ki, Peyğəmbər həssas Bədr savaşında belə gecə namazını yerinə yetirdi, sübhədək Allahla raz-niyaz etdi.
Əmirəlmöminin (ə) buyurur: "Peyğəmbərdən gecə namazının nur olduğunu eşitdiyim gündən onu tərk etmədim." Bu zaman İbn Kəvvab ədəbsizlik edərək deyir: "Leylətül hərirdə də sübhədək savaş içində gecə namazını qıldın?" Həzrət buyurur: "Leylətül hərirdə də hər rəkət üçün təkbir deyib gecə namazını qıldım."
Həzrət adi günlərdə də xurma bağında gecəni sübhədək Allahla raz-niyaz edərdi. Hər ağacın kənarında iki rəkət namaz qılardı ki, qiyamət günü torpaq onun minacatına şahid olsun.
Biz bu gecələrin mahiyyətindən xəbərsizik. Həzrət Əli (ə) hər gecə min rəkət namaz qılırdı. (Biharul-ənvar, c.4, səh. 17). Pərvədigara, namaz, xüsusilə gecə namazının ləzzətini hər birimizə daddır. İnaşaallah.
İkinci xütbə
Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İnsanın təqvalı olmasına təsirli əsas amil Allah-Taalanın Qurandakı buyuruqlarıdır. Quran başdan-başa nurdur və insana nuraniyyət verir. Quran ayələrini nəzərdən keçirək. Həzrət Ayətullah Mişkinidən göstəriş istəyəndə buyurardı: "Bildiyinizə əməl edin." (Biharul-ənvar, c. 68, səh. 363). Allah-Taala elə bir qayda qoyub ki, bir şəxs bildiklərinə əməl etsə, onu bilmədiklərindən xəbərdar edər. Amma bu biliklər öyrənilmir, onu Allah əta edir. Ənfal surəsinin 29-cu ayəsində buyurulur:
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!"
Kəhf surəsinrin 48-ci ayəsində buyurulur ki, Allah qiyamət günü insanları bir yerə toplayacağı zaman onların dünyada olan şan-şöhrət, sərvət, məqamları elə dünyada qalar. Yəni insanlar xəlq olunduqları şəkildə səhnəyə gətirilər. Allah buyurur ki, güman edirdiniz sizin üçün sorğu günü təyin etməmişəm?! Bəli, Allahın vəd etdiyi gün çatar. Allah bizi həmin gün öz rəhmətindən məhrum etməsin.
Əzizlər! Ötən həftə bəşər tarixinin misilsiz izdihamlarından biri Ərbəin günü Kərbəlada toplandı. Elan edildi ki, bu izdiham 21 milyon nəfərdir. Onları bir araya gətirən İmam Hüseynə (ə) eşq idi. Bu eşqin nüfuzu bütün dünyanı təsirləndirib.
Ərəbdilli bir şair deyir ki, məni Əliyə münasibətdə həddi aşmaqda ittiham edirlər; and olsun Allaha ki, mən həddi aşmamışam; bu Əlidir ki, gözəlliyi həddi aşıb. Dünya heyrətdədir ki, İmam Hüseynə (ə) şiələrin eşqi nə işlər görür!
Belə bir iradın oxşarı Züleyxaya ünvanlanıb. Ona dedilər ki, sən bu məqamla qul Yusifə könül vermisən?! Züleyxa deyir ki, qonaqlığa gəlin, sizin cavabınızı verim. Qonaqlığa gələnlər Yusifin gözəlliyini görəndə həyəcandan əllərini kəsirlər. Yusuf surəsində buyurulur:
"(Züleyxa qadınların) Gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) Gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” - dedilər.
(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) Belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) Əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!” (ayə, 31, 32).
Peyğəmbər övladının gözəlliyini dünyaya göstərmək bizim vəzifəmizdir. Çalışmalıyıq ki bütün dünya bizim kimi Hüseynin müridi olsun.
Bəli, əgər dünya Hüseynin gözəlliyini görsə bu eşq dastanı Züleyxanın dastanını kölgədə qoyar. İnsanlar əllərini yox, canlarını bu yolda verər.
Elə buna görə vəhabilər bütün imkanlarını səfərbər ediblər ki, İmam Hüseynin (ə) nurani çöhrəsinə kölgə salsınlar. Amma Peyğəməbr (s) uzaqgörənliklə buyurub: "Həqiqətən, Hüseynin qətli möminlərin qəlbində heç zaman soyumayacaq bir hərarət yaradar."
Ərbəindəki böyük izdiham göstərdi ki, vəhabilər nə qədər şiə qətliam etsələr Əhli-beyt eşqini qəlblərdən çıxara bilməzlər. Vəhabilər İraqda bir il ərzində 8 min insan qətlə yetirib. Amma Əhli-beytə eşq hər an güclənir.
Əzizlər! Ötən həftə parlament mühüm bir addım atdı. Mən bunu alqışlayıram. 100 nümayəndənin imzaladığı layihəyə əsasən qərb təziqləri dayandırmasa uranın 60 faiz zənginləşdirilməsinə qərar veriləcək. Bu çox böyük iş idi. Qərb qarşısında təslimçilik mövqeyindən çıxmalı idik. Bu addım böyük addımdır.
Parlament öz işi ilə qərbin ən zəif nöqtəsini hədəfə aldı. Əgər sanksiyalar artırılsa və ya İranın qanuni hüquqları tanınmasa, yeni layihə reallaşdırılacaq. Diplomatik korpusumuz bu nöqtəyə diqqətli olmalıdır ki, qərb qarşısında iqtidarla danışılsa onlar müzakirələri idarə edə bilməz. Xalqın hüququnu yalnız iqtidar dilində müdafiə etmək mümkündür. Allaha şükr edirik ki, ölkəmizdə iqtidar nidası ucaldı.
Siyasətçilərimiz düşmənin leksikonu ilə yaxşı tanış olmalıdır. Xarici işlər nazirimiz deyəndə ki, mən Ərəbistana sülh üçün gedirəm, çox keçməmiş Səud əl-Feysəl elan edir ki, İran Suriya məsələsində mövqeyini dəyişsə bu səfər baş tuta bilər. Diplomatlar nəzərə almalıdır ki, Səudiyyə Ərəbistanı bizim problemlərin həllində nə kimi rol oynaya bilər? Hansı əsasla onlarla dostluğa cəhd etməliyik?! Bundan əlavə Ali-Səudun əli milyonlarla günahsız insanın qanına batıb. Onlar saysız Əhli-beyt aşiqlərini şəhadətə yetiriblər.
Xarici işlər nazirliyinin dünyaya dostluq əli uzatması öz-özlüyündə yaxşı sözdür. Amma biz kiminləsə dava etməmişik ki, barışığa da gedək. Kərbəlanı sözdə alçaldanlarla həmkarlıq edə bilərikmi?! Bütün Ərəbistan hakimiyyət sistemindən qan qoxusu gəlir. Ötən həftə Ərəbistan kralı ilə Con Kerri arasında gizli görüş oldu. İstəməsələr də söhbətin mahiyyəti üzə çıxdı. Bu tarixi sənəd vəhabiliyi xar etdi. Əgər bu müzakirənin mətnini nəzərdən keçirsəniz, od tutarsınız ki, vəhabilər İslama arxadan necə zərbə vurur! Bu xəyanətə necə cavab verəcəklər?!
Əzizlər! Bu günlərdə ABŞ rəsmilərinin bəyanatlarına nəzər salsanız şahid olarsınız ki, həmin bəyanatlar başdan-başa İran xalqının aşağılanmasına həsr olunub. Biri budur ki, daim "hərbi variant stolun üstündədir" deyirlər.
Biz diplomatlarımızdan istəyirik ki, qərb qarşısında təkcə diplomatik yox, həm də inqilabi mövqe tutsunlar. ABŞ təsəvvür edir ki, sanksiyaları gücləndirsə İranı dizə çökürə biləcək. Diplomatlarımız öz mövqeləri ilə bu təxəyyülü aradan qaldırmalıdır.
İrana qarşı iki əsas sanksiya var. Biri bank sanksiyası, digəri neft sanksiyası. Yəni bacardıqları işi görüblər. Ayrı-ayrı şirkətlərə qarşı sanksiya mövcud vəziyyətə təsir göstərə bilməz. Əgər əsas sanksiyalar həyata keçibsə dipolmatlarımız göstərməlidir ki, sanksiyalarla İranın əli bağlanmayıb.
Siyasətçilərimiz səhnədən çıxarılmaqda olan bir mövzunu gündəmdə saxlamalıdır: Qərbin həddi aşan tələbləri qarşısında geri çəkilmək olmaz. Əks-təqdirdə onların tələbləri artacaq. Ötən həftə bunun nümunəsini gördük. Bu hadisə dövlət və xalqımıza bir xəbərdarlıqdır.
Avropa parlamenti İrana səfər hazırlığını bildirdi. Bəzi siyasilərimiz bunu yaxşılığa yozdu. Dedilər ki, bu addım rabitələrin yaxşılaşdırılmasında müsbət rol oynaya bilər. Hansıki bu heyətin İrana səfərdə xoş niyyəti yox idi. Onlar gəldilər və özləri ilə Saxarov mükafatı gətirdilər. Bu mükafatı istintaq altında olan məhkumlara təqdim etdilər. Bununla həmin şəxsləri İslam hökumətinə qarşı çıxmağa təşviq etdilər. Bu heyətin başqa mənfi addımları da oldu. Müsahibələrində milləti aşağılamağa cəhd vardı.
Belə tədbirlər ev içində müharibə sayıla bilər. Əmirəlmöminin (ə) buyurur: "Öz evində vuruşan xalq zəlil və xar olacaq." (Nəhcül-bəlağə, xütbə 27).
Əgər ümid ediriksə ki, düşmənə fürsət verməklə güzəşt alacağıq, səhv edirik. İntizarımız budur ki, dövlət belə hadisələrə lazımi reaksiya verməlidir. Biz ETTELAAT nazirliyinin mövqeyinə etiraz edirik. Parlament nazirlikdən soruşmalıdır ki, terrorçu Rigini səmada tutan bir güc Avropa heyətinin niyyətindən necə xəbərsiz qalıb?!
Əzizlər! Ustanda iki şəhid qonağımız var. Cümə axşamı onları əzəmətlə dəfn edəcəyik.
9 dey bəsirət və vilayətlə beyət günüdür. 1388-ci il seçkilərində böhran baş verdi. Böhranın bir səbəbi təsəvvürdə aldanış, başqa bir səbəbi qanundan yayınmaq, o biri səbəbi qərb mətbuatının təxribatçılığı idi. Bu xalq dörd milyon cəmiyyətlə Tehranın küçələrinə axışdı, fitnəkarlığa son qoydu. Əslində bu bir referendum idi.
Buna görə düşmən qərara gəldi ki, xalqdan intiqam alsın. Cənab Rəhbər həmin vaxt buyurdu: "Millətimizin bəsirət və oyaqlığına görə yüz dəfələrlə səcdə qılıb Allaha şükr etsək yenə bu nemətin haqqını əda edə bilmərik. Belə bir böhran başqa bir ölkədə baş versəydi nəzarətdən çıxardı, həmin ölkədə fövqəladə vəziyyət neçə illər uzanardı. Bu hadisədə xalqın misilsiz rolu özünü göstərdi. Aydın oldu ki, dövlət və problemlərin həlli xalqın əlindədir.
Əzizlər! Düşmənin informasiya müharibəsində istifadə etdiyi taktikalar zirvə nöqtəyə çatıb. Bunun qarşısında dayanmaq çox çətindir. Düşmən xalqı çaşdırmaq üçün hansı üsullara əl atacağını yaxşı bilir. Fəza bulaşanda, yaxşı pisə qarışanda özümüzünkü də öz qərargahımıza hücum edə bilər. İmam Hüseynin (ə) Kərbəladakı düşərgəsi Peyğəmbərin düşərgəsi idi. Amma fəzanı elə bulaşdırdılar ki, yalnız bəsirətli adamlar bunu görə bildi.
Diqqət edin! Son illər Livanda iki prezidentə qarşı terror baş verib. Rəfiq Həririnin terroru ilə BMT və Təhlükəsizlik Şurası səhnəyə çıxdı. Onların fəaliyyətləri çox dolaşıqdır. Çünki ixtiyarlarında beynəlxalq təşkilatlar var. Millətin ləyaqəti bundadır ki, fitnəkarlıqlar qarşısında bəsirətli olsun, düşmənin zahirdə xeyirxah hiylələrinə aldanmasın. Onların fəaliyyətləri xeyrixahlıqdan qaynaqlanmır. Məhz belə məqamda yeri vardı ki, biz Rəhbərlə olaq, onun göstərişlərinə itaət edək.
Qərb rəsmilərindən biri deyir: "Biz İslam baharından qorxmuruq, çünki məntəqədə xeyli barıt anbarımız var. Bu anbarlardan biri partlasa bütün məqsədlərimizə çatırıq." Şahidik ki, Misirdə xalqı qarşı-qarşıya qoymaqla zəiflətdilər, artıq İsrail Misirdən təhlükə hiss etmir. Şükr edirik ki, cənab Rəhbərin varlığı məmləkətin işlərini tənzimləyir, düşmən tamah dişini çəkməli olur.
Həzrət Əmirəlmömininin (ə) cihad adlı xütbəsi var. Bütün dünya əl-ələ versə belə bir xütbə yaza bilməz. Həzrət (ə) həmin xütbəni bir neçə dəqiqəyə yazıb. Minbərdə ağlayıb və buyurub: "And olsun Allaha, arzu edirəm ki, sizi nə görəydim, nə də tanıyaydım. Sizi tanımaq qəlbimi qan etdi." (Nəhcül-bəlağə, xütbə 27).
Bəli, əgər millətimizin bəsirəti olmasa Rəhbər tək qalar. Bəsirət üçün şərtlər var və bu barədə gələcəkdə danışacağıq.
Son söz budur ki, bir millətin dünyada mədh olunan bəsirətini düşmən meydana girib azğınlığa çevirə bilər. Azərbaycan xalqı belə bir hadisə yaşadı. 19 yanvarda Sovetlər Birliyinin dağılması ilə bir vaxtda Azərbaycan xalqı sel tək İrana axışdı. Onlar tikanlı məftilləri qırıb əllərinə Quran və bayrağ aldılar, İran torpağını sevincdən coşan göz yaşları ilə islatdılar. Biz Azərbaycana qayıtmayacağıq deyirdilər.
Diqqət edin! Onları 70 il əsarətdə saxladılar, 70 il kommunistlər dinlə vuruşdu. Bu 70 ildə İran əleyhinə təbliğat apardılar. Amma Azərbaycan xalqı dünyaya bəsirətini göstərdi. Bu bəsirət çox dəyərli idi və davam etsəydi düşmən üçün böyük problemlər yaradardı. Bu bəsirəti Azərbaycan xalqından almağa qərar verdilər. 31 dekabr yaratdılar. Məqsədləri xalqı yuxuya vermək idi. Gələcəkdə bu barədə ətraflı danışacağıq.
اعوذ بالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

وَ یُنجی اللَّهُ الَّذینَ اتَّقَوْا بِمَفازَتِهِمْ
"Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər." (Zumər, 61).
Fəvz və təqva həmişə yanaşı olub və insanı müvəffəqiyyətə çatdırar. "Fəvz" işlərdə müvəffəqiyyət deməkdir. Müvəffəqiyyət və təqva həm axirət, həm də dünya işlərində yanaşıdır. Üstün mövqelərdən biri qiyamət günüdür, həmin gün Allah-Taalanın qəhri təcəlla etmişdir.
Əzizlər! Qiyamət səhnəsini bir tablo kimi təsəvvür etsək bu tablonun bir hissəsi Allahın bəndələrinə nidalarından ibarət olar. Həmin ayələri qeyd edib arabir yada salsanız yaxşı olar. Şeyx Cəfər Şuştəri buyurur: "Nəfsimi uşaq kimi qarşıma qoyub ona moizə edirəm."
Allahın müraciət etdiyi qruplardan biri də kafirlərdir. Allah bu qrupa buyurur:
أَفَلَمْ تَکُنْ آیَاتِی تُتْلَىٰ عَلَیْکُمْ
"Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!" (Casiyə, 31).
Siz öz işinizi kiçik saysanız da bu belə deyil. Onlara xitabən deyiləcək:
... وَهُوَ عِنْدَ اللَّهِ عَظِيمٌ
"...Allah yanında çox böyük günahdır!" (Nur, 15).
Sizə kiçik gəlir ki, bir sözlə insanların şəxsiyyətini alçaldırsınız?! Valideyn övladın ilahi ayələr, məscid, camaat namazı, cümə namazı ilə tanışlığı üçün öz dini vəzifəsinə hansı həddə əməl edir?!
Allah-Taala sözünün davamında "fəstəkbərtum" (Casiyə, 31) buyurur. Yəni siz bu ayələr qarşısında təkəbbür göstərdiniz. İlahi ayələr qarşısında günahkar oldunuz. (Casiyə, 32). Sizə deyiləndə ki, ilahi ayələr, vədlər haqdır qiyamət gününü məsxərəyə qoydunuz:
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُمْ مَا نَدْرِي مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
"(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz." (Casiyə, 32).
Başqa bir ayədə buyurulur:
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
"(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!" (Casiyə, 33).
Bəli, onların əməlləri qarşılarında cilvələnər. Bu çirkinlik onların canındadır. Namaz qılanın zatı namaz qılmayanın zatından fərqlənir. "Yəvmə tubləs sərair" adlanan qiyamət günündə həmin zat aşkar olur.
Allah-Taala növbəti ayədə bu insanların əzabına işarə edir:
وَقِیلَ الْیَوْمَ نَنسَاکُمْ کَمَا نَسِیتُمْ لِقَاء یَوْمِکُمْ هَذَا
Yəni onlara deyilər ki, biz də sizi belə bir gündə unuduruq. Çünki onlar belə bir günü unutmuşdular. Onların yeri cəhənnəmdir və heç bir yardımçıları olmaz. Bu əzab ilahi ayələri kiçik saymağın cəzasıdır.
Ölüm onların sorağına gələndə hələ anlamazlar ki, necə dəyərli fürsətləri əldən çıxarıblar.
Casiyə surəsinin 35-ci ayəsində buyurulur:
ذَٰلِكُمْ بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ
"Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!"
36-cı ayədə buyurulur ki, bundan böyük müsibət olmayacaq, Allah-Taala bu əzaba görə özünə həmd deyəcək. Əgər bu mövzulardan vaxtında agah olsaq qəflətdən oyanmaq üçün bəs edər.
Əzizlər! Bu uzun gecələri onun bərəkətinə əhəmiyyət vermədən əldən çıxarırıq. Bu barədə, gecə namazı haqqında bir neçə xütbədə danışdıq. Allahın buyuruğundan aydın olur ki, kamala çatmaqda gecələrin böyük təsiri var.
Allah-Taala behişt əhlinin sifətlərindən danışanda buyurur:
كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. (Zariyat, 17, 18).
Aydın olur ki, zamanın zatında istedadlar yatır. İnsanın taleyində zamanla bağlı münasibətlər əhəmiyyət kəsb edir. Başqa bir məqamda Allah öz peyğəmbərinə buyurur ki, gələcəkdə ağır yükündən dolayı gecə namazını sənə vacib etdik. Bəli, Allah öz peyğəmbərinə gecə namazını tapşırır. Muzzəmmil surəsinin 5-ci ayəsində buyurulur ki, Peyğəmbərə böüyk məsuliyyət tapşırıldı və onun müvəffəqiyyəti gecə yarı Allahla rabitəsindən asılıdır.
İsrar surəsinin 79-cu ayəsində oxuyuruq:
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا
"(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!"
Bəli, böyük bir məqama ümid var. Allah bu məqamı mədh edir. Bu ayə barədə düşünməyə dəyər.
Əgər bu torpaq dünyadan qalxmaq, Allahın təbirincə həmd olmuş məqama çatmaq istəyirsənsə bil ki bu yol gecədən ötüb keçir. Şairin təbirincə, səni gecə karvanının feyzindən məhrum edəcək yuxuya hə demə. Yuxuya de ki, bu gün evimizdə yerini su basıb, yaxın gəlmə. Bu su ilahi mərifətdən süzülən göz yaşlarından yaranıb. Hamı yuxuda məstdir, bir mənəm, bir sənin xəyalın, bir də qan dolu göz yaşları!
Əgər Muzzəmmil surəsinə diqqət yetirsək aydın olar ki, Allah peyğəmbərinin gecə yatmasını istəmir.
"Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.
Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!
Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur)." (Muzzəmmil, 1-7).
Diqqət edin ki, Allah Peyğəmbərinin gecə yatmasına razı deyil. İnsan gün uzunu müxtəlif şəxslərlə ünsiyyətdə olur və bu ona təsir göstərir. Əgər gündüzün pasını gecə xəlvətdə yumasan əriyib gedəcəksən.
Məsnəviye-mənəvidə buyurulur ki, insan gün uzunu təxəyyüllərin ayağı altında əzilir və qurtuluş ərşə səfərdir.
Kimsə gecə namazını peyğəmbər kimi qıla bilməz. Həzrət namazı bir neçə mərhələdə yerinə yetirərdi. Gecə namaz üçün bir neçə dəfə qalxardı. Ravi nəql edir ki, Peyğəmbər həssas Bədr savaşında belə gecə namazını yerinə yetirdi, sübhədək Allahla raz-niyaz etdi.
Əmirəlmöminin (ə) buyurur: "Peyğəmbərdən gecə namazının nur olduğunu eşitdiyim gündən onu tərk etmədim." Bu zaman İbn Kəvvab ədəbsizlik edərək deyir: "Leylətül hərirdə də sübhədək savaş içində gecə namazını qıldın?" Həzrət buyurur: "Leylətül hərirdə də hər rəkət üçün təkbir deyib gecə namazını qıldım."
Həzrət adi günlərdə də xurma bağında gecəni sübhədək Allahla raz-niyaz edərdi. Hər ağacın kənarında iki rəkət namaz qılardı ki, qiyamət günü torpaq onun minacatına şahid olsun.
Biz bu gecələrin mahiyyətindən xəbərsizik. Həzrət Əli (ə) hər gecə min rəkət namaz qılırdı. (Biharul-ənvar, c.4, səh. 17). Pərvədigara, namaz, xüsusilə gecə namazının ləzzətini hər birimizə daddır. İnaşaallah.
İkinci xütbə
اعوذ بالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم
بسم الله الرحمن الرحیم
Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İnsanın təqvalı olmasına təsirli əsas amil Allah-Taalanın Qurandakı buyuruqlarıdır. Quran başdan-başa nurdur və insana nuraniyyət verir. Quran ayələrini nəzərdən keçirək. Həzrət Ayətullah Mişkinidən göstəriş istəyəndə buyurardı: "Bildiyinizə əməl edin." (Biharul-ənvar, c. 68, səh. 363). Allah-Taala elə bir qayda qoyub ki, bir şəxs bildiklərinə əməl etsə, onu bilmədiklərindən xəbərdar edər. Amma bu biliklər öyrənilmir, onu Allah əta edir. Ənfal surəsinin 29-cu ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

Nur-az.com