11 Aprel 2015
Amerikada qadının fərqli siması
Xanım Mərziyyə Haşimi ilə söhbət
Qərbdə, başda Amerika olmaqla böyük dövlətlərdə mütərəqqi sistem əxlaqının süqutu nümunələrindən biri qadınlara münasibətdə zorakılıq və ayrıseçkilikdir. Cənab Rəhbər bu barədə buyurub: “Biz qadın mövzusunda Qərbə qarşı iddialıyıq. Qadına zülm edən, onu alçaldan, onun məqamını aşağı endirən Qərbdir. Azadlıq, məşğulluq, vəzifə vermək adı altında qadınlar psixoloji təzyiqlərə məruz qalır, onların şəxsiyyəti və hörməti alçaldılır. Qərb buna görə cavab verməlidir.” Bu gün Mərziyyə Haşimi adını götürmüş xanım Melani Franklin PressTV şəbəkəsinin müxbiridir və sənədli filmlər hazırlayır. Xanım Mərziyyə Haşiminin Amerikada yaşamaq təcrübəsi genişdir. Onunla Qərbin yaratdığı uydurma “azad qadın” obrazı haqqında söhbətləşirik.
Sual: Siz əslən amerikalısınız yaxın keçmişə qədər Amerikada yaşamısınız. Qərb həyat tərzi ilə yaxından tanışsınız. Necə oldu İslamı qəbul edib İrana gəldiniz?
Cavab: Mənim İranla tanışlığım İslam inqilabına təsadüf edir. Həmin vaxt tələbə idim, siyasi fəaliyyətlərlə məşğul idim. İslam inqilabı qələbə çalandan sonra diqqətimi cəlb etdi. Təhsil aldığım mərkəzdəki iranlı gənclərlə ünsiyyətdə olurduq. İran İslam İnqilabını, xüsusi ilə İmam Xomeyninin şəxsiyyətini araşdırmağa başladım. İranla tanışlığımda bu ilk addımlar idi. Tanışlığım artdıqca qəlbimdə iman nuru şölələndi və İslamı qəbul edib, Əhli-beyt (ə) ardıcıllarına qoşuldum. Əgər İslam İnqilabı olmasaydı bu hadisə baş verməzdi.
Sual: İmam Xomeyninin hansı xüsusiyyəti sizi cəzb edir?
Cavab: İmam Xomeyni İrana qayıdarkən müxbirlərlə söhbətində ona sual verildi: “Hansı hisləri keçirirsiniz?” İmam buyurdu: “Xüsusi bir hiss keçirmirəm!” Bu cavab məni təsirləndirdi. O zamana qədər gördüyüm əksər siyasi liderlər, tanınmış şəxsiyyətlər qürurla danışardılar. İmam isə çox sadə şəkildə bildirdi ki, xüsusi bir hiss keçirmir. Bu mənə təsir etdi.
İslamı qəbul edəndən sonra İranla daha yaxından tanış oldum. İmamın adətən xalqla görüşərkən əyləşdiyi Cəmaranın şəkillərini görəndə heyrətlənməmək olmurdu. İmamı görən kimi salondakıları ağlamaq tuturdu. Mən özüm İmamı sevsəm də onu görəndə insanların nə üçün ağladığını başa düşmürdüm. Nəhayət Cəmaranda olmaq nəsibim oldu. İmam Cəmaranda səhnəyə çıxanda gözümdən yaş sellənməyə başladı. O zaman anladım ki, bu göz yaşlarının səbəbi İmamın əzəmətidir. Cənab Rəhbər Ayətullah Xamenei də belədir. Onların arasında fərq görmürəm. Bu gün Ayətullah Xameneinin çiynində olduqca ağır bir yük var. O bu işin öhdəsindən layiqincə gəlir. Allah onu hifz etsin. İmam Zamanın zühuruna qədər cənab Rəhbər iş başında olsun.
Sual: Siz radio-televiziya mütəxəssisisiniz və təhsilinizi uğurla başa vurmusunuz. Siz təhsildən sonra tanınmış şirkətlərdən birində çalışmısınız. İslamı qəbul edib hicab taxdığınız üçün sizi işdən çıxarıblar. Buna necə baxırsınız?
Cavab: Universitetin son kursunda idim. Şəbəkədə işə başladım. Məndən razı idilər. Müsəlman olandan sonra özüm həmin şəbəkədən uzaqlaşdım. Amma İslamı qəbul edib hicab taxandan sonra artıq başqa şəbəkələr də məni işə götürmədilər. Bunu açıq demirdilər. Bir bəhanə ilə rədd cavabı verirdilər. Amerikada Avropa ölkələrinə nisbətən siyasətlə rəftar edirlər. Avropa ölkələrində hicablı xanımlara deyirlər ki, məhz hicab taxdıqları üçün onları işə götürmür və ya universitetə qəbul etmirlər. Amma Amerikada belə deyil. Amerika bu işi görür, amma başqa bir ad qoyur.
Məni müxtəlif bəhanələrlə işə götürmədilər. Hazırda Amerikada hicab taxıb hansısa şəbəkədə çalışanlar vəzifədə yüksələ bilmir. Onlar ya kiçik vəzifə tuturlar, ya da bir bəhanə ilə işdən uzaqlaşdırılırlar. 11 sentyabr hadisəsindən sonra bir çox müsəlman qadınlar hicablarını atdılar. Çünki onlar hicabla cəmiyyətə çıxa bilmirdilər. Hicablı xanımlara güclü təzyiq var idi. Zaman ötdükcə təzyiqlər zəiflədi. Amma son dövrlərdə təziqlər yenidən güclənib. Amerikada qəribə bir siyasət hakimdir. Əgər müsəlmanlarla qeyri-müsəlmanlar arasında münasibətlər yaxşılığa doğru gedirsə 11 sentyabr hadisəsi kimi bir hadisə baş verir və münasibətlər yenidən gərginləşir. Hazırda İŞİD-in fəaliyyətlərinə görə müsəlmanların durumu gərgindir. Çünki, İŞİD bütün cinayətləri İslam adı altında həyata keçirir.
Sual: Müsəlman qadınlar bu təzyiqlərdən nə qədər əziyyət çəkir?
Cavab: Müsəlman qadın öz hicabı ilə cəmiyyətdə İslamın bayraqdarıdır. Buna görə də ən çox təzyiqə qalan da hicablı qadındır. Amerikadakı dostlarımdan biri deyir ki, qonşumuzun böyük bir iti vardı və bizim evə itlə gələndə körpə uşağımız olduğundan narahatçılıq keçirirdik. Biz narazı olsaq da etiraz edə bilmirdik. Hətta polisə hər hansı mövzuda etiraz edəndə o sənin hicablı olduğunu gördükdə itdən də qorxulu olur.
Sual: Başqa din ardıcılı olan qadınlara da təzyiq var?
Cavab: Şübhəsiz ki, başqa dindən olan qadınlara qarşıda təziq var. Ümumiyyətlə Qərb qadını təzyiqlərə məruzdur. Maddiyatçı ölkələrdə qadın hücuma məruzdur. Bu cəmiyyətlərdə qadına bir əmtəə kimi baxılır. Qadın kişinin əylənməsin üçün vasitədən başqa bir şey deyil. Bütün Qərb qadınlarına belə bir münasibət var.
Sual: Qərbdə qadına qarşı ayrı-seçkiliyi nədə görürsünüz?
Cavab: Bu gün dünya ciddi şəkildə informasiya vasitələrinin təsiri altındadır. Gündüz vaxtı informasiya cəmiyyətə təlqin edə bilər ki, indi gecədir. Qərbdə mətbuat istədiyini cəmiyyətə təlqin edir. Dəyərlər dəyərsizlik, dəyərsizliklər dəyər kimi göstərilir. Kütləvi informasiya vasitələrində, televiziyada, kinoda qadın vasitədən başqa bir şey deyil. Amma onun istismarını qadın azadlığı kimi təqdim edirlər. Biz bilməliyik ki, azadlıq nədir. İnformasiya vasitələri də qadınların istismarı ilə məşğuldur. Qərbdə qəbul olunub ki, qadın işləməlidir. Ailə quran qadın deyə bilməz ki, mən evdə qalmaq istəyirəm. Həm ər həm də qadın işləməyə məcburdur. Yalnız hamilə olduğu zaman qadına altı həftə evdə qalmaq icazəsi verilir. Həmin altı həftədən sonra dünyaya gəlmiş uşağı başqa biri böyütməlidir. Qadın öz övladını böyütmək imkanına malik deyil. O pul qazanmalı, övladını isə başqa biri saxlamalıdır. Fikri körpəsinin yanında qalan qadının psixikasına böyük zərbə dəyir. Bəli, Qərbdə ana ilə bir qul kimi rəftar olunur.
Buna görə də Avropa və Amerikada işdən evə qayıdan ana heç bir məsuliyyətini yerinə yetirə bilmir. Onlar özləri işlə məşğul olduqlarından bu məsuliyyəti öz üzərlərindən atırlar. Amerikalı anaların yaşadığı reallıq budur. Amerikaya gedəndə qadınlarla ünsiyyətdə oluram. İki ay olar Amerikadan qayıdmışam. Onların çoxu müsəlman qadın haqqında xoş sözlər danışır, hətta müsəlman qadına həsəd aparırlar. Müsəlman qadının işləməyə borclu olmaması onları heyrətləndirir. Onlar da müsəlman qadın kimi iş məsuliyyəti daşımamağı arzu edirlər.
Sual: Sizcə bütün bu problemlərin kökü nədədir?
Cavab: Problemin kökü dünyaya, həyata maddiyyatçı baxışdadır. Qərbin istismarçı siyasəti bu problemləri yaradır. Onlar hər şeydən mənafe gözləyirlər. Əgər 100-150 il keçmişə qayıdsaq görərik ki, Avropa və Amerikada qadınların geyimi və həyat tərzi tam dəyişib. 100-150 il qabaq Amerikada qadınlar geniş libaslardan istifadə edib, başlarına papaq qoyub, örpək bağlayıblar. Bu gün həmin geyimdən əsər-əlamət qalmayıb. Bunun əsas səbəbi dindən uzaqlaşmaqdır. Artıq həyata sekulyarizm hakim olub. İkinci səbəb sionist düşüncənin təbliğidir. Bu düşüncə artıq Amerika və Avropanı ağuşuna alıb. Sionizmə görə qadın məqsədə çatmaq üçün vasitədən başqa bir şey deyil.
Sual: Cənab Rəhbər Ayətullah Xamenei öz söhbətlərində dəfələrlə vurğulayıb ki, Qərb əxlaqi və ictimai süqut yaşayır. Siz Amerikalı bir qadın kimi bu süqutun nümunələrini nədə görürsünüz?
Cavab: Bir ailə dağılanda, din cəmiyyətdə ikinci plana keçəndə biz çox şey itiririk. Təəssüf ki, bu gün Qərbdə bütün qadınlar işləyir. Övladına görə evdə qalıb ona qulluq edən qadına yuxarıdan aşağı baxılır. Qərbdə belə bir baxış var. Çox təəssüf edirəm ki, İranda da bəzi qadınlarda belə münasibət yaranıb. Bir qrup qadınlar evdarlığa gerilik kimi baxırlar. Belələrinə deməliyəm ki, Qərbdə əksər qadınlar işə məşğul olub analıq vəzifələrini yaddan çıxarsalar da bunun səhv olduğunu başa düşürlər. Sadəcə onların başqa çıxış yolu yoxdur.
Sual: Sosiologiyada ən aktual mövzulardan biri budur ki, qadının cəmiyyətdə mövqeyi nədir? Qərbdə qadın azadlıqları şüarları artıq feminizmi səhnəyə gətirib. Qərb qəbul edib ki, ailə institutu dağılıb. Amma bunu inkişaf, azadlıq kimi qələmə verməyə çalışırlar. Sizin nəzərinizcə qadın azadlığı budur?
Cavab: Biz əvvəlcə azadlığa tərif verməliyik. Azadlığı kim təyin edir? Qərbdə azadlığa belə tərif verilib ki, onun nəticəsi qadınların hətta kişilərin istismarıdır. Azadlıq o deməkdir ki, insan ağlına gələn işi görsün? Belə azadlığın heyvanlıqdan fərqi nədir? Belə münasibət insanın özünə zülmüdür. Narkotik maddələrdən, spirtli içkilərdən istifadə, iffətsiz həyat tərzi azadlıq sayıla bilərmi?! Qərbdə insan haqları deyilən bir söz də oyundan başqa şey deyil. Baxın görün onlar öz qadınları ilə necə rəftar edirlər. Təəssüf ki, bəzi ölkələrdə onların sözü qəbul edilir. Mən elə qadınlar tanıyıram ki, 30 ildir Amerikada tək adamlı kamerada həbsdədir. Bu barədə kimsə danışmağa cürət etmir. Belə bir vəziyyətdə onların insan haqlarını dərk etdiyini demək olarmı?! Bu gün mənim əksər dostlarım Amerikadakı şiələrdir. Amma oradakı qonşuların əksəriyyəti böhranlı bir həyat yaşıyır. Amerikada xoşbəxt ailə tapmaq çətindir. İnsanlar təsadüfən ailə qurduğu kimi bir anda da boşanır. Buna görə də əksər qadınlar tək yaşayır. Çox vaxt atası bilinməyən övladlarını və özlərini dolandırmaq üçün müxtəlif işlərlə məşğul olurlar.
Sual: Bir mətbuat işçisi olaraq Qərb mətbuatında qadının həqiqi simasının hansı həddə işıqlandırıldığını düşünürsünüz?
Cavab: Hollivud filmləri, eləcə də televizorda nümayiş olunan serialların bir məqsədi var. Təbliğatın son məqsədi qadının bütün uğurlara çatdığını göstərməkdir. Guya bu ölkələrdə qadın rifahın zirvə nöqtəsindədir. Qadınları kişilərdən ziyalı, düşüncəli göstərirlər. Reallıq isə başqa söz deyir. Məsələn, “Amerikalı snayper” filmində görürük ki, bir qatil dünyanın o biri başından gəlib yüzlərlə insanı qətlə yetirir. Onun öz qadını ilə son həddə mehriban və nəzakətli davrandığını göstərirlər. Bu qatil yalnız həyat yoldaşının xatirinə qətllərdən əl çəkir. Bu böyük bir yalandır. Çünki amerikalı kişilər qadınlara belə münasibət bəsləmir. Bir qatilin öz həyat yoldaşına xatir qətldən əl çəkməsi uydurmadan başqa bir şey deyil. Amerika filmlərində qadının ictimai mövqeyi yüksək təqdim olunur. Onun siyasi xadim, bacarıqlı müdir kimi göstərirlər. Hansı ki qadınlara çox aşağı vəzifələr həvalə olunur. Yuxarı vəzifə tutan qadınların sayı olduqca azdır. Amerikada rəsmi statistikaya görə amerikalı kişinin qazandığı 1 dollar müqabilində amerikalı qadın 67 sent qazanır. Bu ağdərili qadınlara aiddir. Qara dərili, rəngli dərili qadınlara münasibətdə böyük ayrı-seçkilik var. Ekrandakı amerikalı qadınla həyatdakı amerikalı qadın arasında böyük fasilə var.
Sual: Bütün bu problemləri İslam cəmiyyətində necə görürsünüz? Biz müsəlman qadını düzgün təqdim edə bilirikmi?
Cavab: Mən özüm informasiya sahəsində çalışsam da, düşünürəm ki, bu işin öhdəsindən gələ bilməmişik. İranda bəzi idarə və müəssisələrdə qadınlar və kişilərin iş yeri ayrıdır. Bunu Qərbdə mənfi hal kimi göstərirlər. Mən isə həmin mühitdə bir qadın olaraq özümü daha rahat hiss edirəm. Biz bütün bu zərif nöqtələri işimizdə səhnəyə çıxara bilmirik. Misal olaraq, uşaq proqramlarını yada sala bilərəm. Doğrudanmı biz övladlarımıza oxumaq və oynamaq öyrətmək istəyirik? Bir müsəlman qadın hansı məqsədlə övladına belə proqramları təbliğ etməlidir? Mən kiçik övladım və nəvəmə belə proqramlara baxmağa icazə vermərəm. Bunu da qeyd edim ki, Qərbdə uşaq verlişləri bərbad vəziyyətdədir. Onlar böyük məharətlə uşaq verlişlərindən başlayaraq qadını əmtəə kimi göstərirlər. Təəssüf ki bu gün dünya boyu təsirli vasitə olan kinoda etiqadlı kişi və qadın həyatda qeyri-müvəffəq fərd kimi göstərilir. Onlar müsəlman ölkələrində həyat şəraitini aşağı, Qərbdə yüksək göstərirlər. Hətta öz filmlərimizdə belə kadrlarla rastlaşırıq ki, Qərbdən gəlmiş bir şəxs mövcud müsəlman cəmiyyətinə yuxarıdan aşağı baxır.
Sual: Bu vəziyyətdən çıxış yolu nədədir?
Cavab: Biz öncə İmam Xomeyninin buyuruqlarına təbliğatda önəm verməliyik. İnformasiya vasitələrində əhəmiyyətli dəyişiklik üçün bu iş görülməlidir. Bundan əlavə, işdə canıyanan, haqq sorağında olan insanlardan faydalanmalıyıq. Problemləri aradan qaldırmaq üçün onların kökünü tapmaq lazımdır.
Vilayet.nur-az.com