02 Mart 2015
Etiqadi azğınlığa qarşı İmam Sadiqin (ə) 5 üsulu
İmam Sadiqin (ə) dövründəki qeyri-münasib ictimai-siyasi durum səbəb olmuşdu ki, imamət öz həqiqi məqamında deyildi

İmam Sadiqin (ə) dövründəki qeyri-münasib ictimai-siyasi durum səbəb olmuşdu ki, imamət öz həqiqi məqamında deyildi. Cəmiyyət əsil ilahi mənbə, həqiqi irfan çeşməsindən məhrum olmuşdu. Bu dövrdə cəmiyyətdə müxtəlif firqələr, cərəyanlar yaranmışdı. Mövzu ilə bağlı sualları Mənəvi Sağlamlıq Müəssisəsinin rəisi höccətülislam vəlmüslimin Həmid Riza Məzahiri Seyf cavablandırır.
Sual: İmam Sadiqin (ə) dövründə ideoloji durum necə olub?
Cavab: İmam Sadiqin (ə) dövründə ideoloji durum böhranlı olub. Bir tərəfdən Bəni-Üməyyə hökuməti süquta uğramaqda idi, digər tərəfdən coğrafi baxımdan genişlənmiş İslam ərazisinə müxtəlif mədəniyyət və düşüncələr nüfuz edirdi. Belə bir şəraitdə imamət öz həqiqi mövqeyində deyildi. Əhli-Beyt (ə) hakimiyyət məsələlərinə müdaxilə edə bilmirdi. Elə bir şərait yaranmışdı ki, cəmiyyətdə saysız-hesabsız cərəyanlar fəaliyyətdə idi. Sufilik, müxtəlif yönlü irfançılıq səhnədə idi.
Sual: Sufi cərəyanların, irfani yönlərin yaranması səbəbi nə idi?
Cavab: Firqə təsəvvüfü formalaşmışdı. Həsən Bəsri və Süfyan Surinin təsiri ilə sufi firqələr ortaya çıxmışdı. Murciə firqəsi də bir növ irfani yönlü idi. Deyirdilər ki, kimin qəlbi paksa, Allaha imanı varsa onun əməli mühüm deyil, sonda nicat tapacaq.
Belə cərəyanların yaranmasının əsil səbəbi xalqın Əhli-Beyt (ə) maarifindən məhrum qalması idi. İslam coğrafiyasının genişlənməsindən yaranan əsas problem müsəlmanların qeyri-müsəlmanlarla kontaktda olması deyildi. Belə cərəyanların yaranmasının əsas səbəbi güc mərkəzinin Əhli-Beytdən (ə) hakimlərə keçməsi idi. Bəni-Üməyyə və Bəni Abbas imamların cəmiyyətə təsirinə mane olurdular. Belə bir mühitdə firqələrin yaranması labüd idi.
Sual: Belə firqələr və cərəyanlar hakimiyyət tərəfindən necə qarşılanırdı?
Cavab: Bəzi firqələr hakimiyyətin mənafeyinə işləyirdi. Əyyaş hakimlərin murciə firqəsindən xoşu gəlirdi. Onlar bu firqənin genişlənməsi üçün pul xərcləyir, imkan yaradırdılar. Murciə əqidəsinə əsasən, əyyaş bir hakim asanlıqla imanlı olduğunu iddia edirdi. Çünki murciə əqidəsinə əsasən imanlı sayılmaq üçün ibadət və saleh əməl mühüm deyildi. Digər tərəfdən cəbri baxışları murciə və sufilərdə müşahidə olunurdu. Hakimlər bu baxışı da dəstəkləyirdi. Bu əqidəyə əsasən, hakimiyyətdə kimin olması Allahın istəyidir və cəmiyyət hakimlərə tabe olmalıdır. Beləcə Bəni-Üməyyə və Bəni-Abbas özünü qanuni hakim kimi tanıtdırırdı. Xalqa təlqin olunurdu ki, hakimlərə itaət Allaha itaətdir. Əslində bu əqidələr hakimiyyətə xidmət edirdi.
Sual: Onların təbliğ üsulu necə idi?
Cavab: Belə cərəyanlar adətən üzbəüz söhbətlərlə, məclislərlə yayılırdı. Bu gün də üzbəüz təbliğat üsullarından daha çox istifadə olunur. Təbii ki, keçmiş zamanda mətbuat, nəşriyyat olmadığından yazılı təbliğ imkanları məhdud olub.
Sual: İmam Sadiq (ə) bu cərəyanlara münasibətdə necə rəftar edirdi?
Cavab: İmam Sadiq (ə) bu cərəyanlara qarşı 5 üsul əsasında mübarizə aparırdı. 1-ci üsul İslam maarifinin yayılmasından ibarət olan təhsil üsulu idi. 2-ci üsul istedadlı fərdlərin tərbiyəsi və təhsili idi. Bu mərhələdə İmam (ə) şübhələri aradan qaldırmaq üçün sualları cavablandırırdı. Hişam ibn Həkəm kimi fərdlər İmamın (ə) bu üsulunun məhsullarıdır. 3-cü üsul münasibətlərdə məhdudiyyətdən ibarət idi. İmam (ə) xalqa tövsiyə edirdi ki, öz övladlarını müxtəlif firqə üzvləri ilə ünsiyyətdən qorusunlar. 4-cü üsul firqə öncülləri, daşıyıcıları ilə elmi mübahisələrdən ibarət idi. İmamın 5-ci üsulu azğınlıqda ifrata varanların küfürdə ittihamı idi. İmam (ə) belələrini kafir adlandırır, onların qətlini vacib sayırdı.
Sual: Biz İmamın (ə) üsullarından müasir dövrdəki azğın irfani cərəyanlara qarşı necə istifadə edə bilərik?
Cavab: Təbii ki, İmamın (ə) 5 üsulundan ardıcıl şəkildə, pilləli formada istifadə olunmalıdır. Biz birbaşa İmamın (ə) 5-ci üsuluna müraciət edə bilmərik. Belə olsa müsbət nəticə ala bilmərik. Bu 5 üsulu ardıcıl şəkildə yerinə yetirmək lazımdır. Hər şeydən öndə İslam maarifinin təbliği, tədris və şübhə yaradan sualların cavablandırılması dayanır. İnsanların azğın fərdlərlə ünsiyyəti məhdudlaşdırması da təsirli üsullardandır.
Sual: Hazırda müsəlman ölkələrində azğın cərəyanlarla bağlı vəziyyət necədir?
Cavab: Müxtəlif ölkələrdə müxtəlif cərəyanlar fəaliyyətdədir. Onlar müxtəlif adlar altında əsil mahiyyətlərini gizlədirlər. Bəzi firqələr tədris, bəziləri dini mərasim adı altında təbliğat aparır. Təbii ki, belə cərəyanlar məlumatsız insanları daha tez təsir altına salırlar.
Hazırkı dövrün İmam Sadiqin (ə) dövrü ilə mühüm bir fərqi var. İmamın (ə) dövründə hakimiyyətdə dinə müxalif insanlar idi. Amma indi İslam Cümhuriyyəti kimi bir ölkədə vəziyyət fərqlidir. İslam Cümhuriyyətində hakimiyyət dini qanunlara əsaslanır və təhsil sistemində dövlət postları üçün məsullar tərbiyə olunur. İstənilən bir halda cəmiyyət azğın cərəyanları tanımalıdır. Bu cərəyanlarla tanış olmayan şəxs asanlıqla onların təsiri altına düşür.
Sual: Dini hövzələr bu sahədə nə iş görür?
Cavab: Dini hövzələr həmişəki kimi öz tədris proqramı əsasında hərəkət edir. Xüsusi şəraitlər üçün nəzərdə tutulmuş proqramlar yoxdur. Amma təhsildə yüksək dərəcəyə çatanlar belə mövzularla ayrıca məşğul olur.
Vilayet.nur-az.com