20 Fevral 2015
Peyğəmbərə bənzəmək üçün 3 saat qrim!!
Təsəvvür et ki, çox günahkarsan və İmam Əli (ə) sənə şəfaət üçün gəlib. Nə edərdin?
İran istehsalı olan Həzrət Yusif peyğəmbər seriyalında tamaşaçılar üçün səhnəarxası maraqlı mövzulardan biri həzrət Yusifin (ə) roluna kimin çəkilməsidir. Artıq filmin çəkilməsindən müəyyən müddət ötüb və bu mövzuda qısa məlumat verilib. Mustafa Zamani – Yusif roluna çəkilmiş aktyor barədə daha geniş məlumat almaq istəyənlər üçün...
Adı: Mustafa
Famili: Zamani
Region: Şimal (İran)
Vətəndaşlığı: İran
Təhsili: Texnologiya və idarəetmə üzrə mütəxəssis
Sükunət yeri: Tehran
Bir müddət müxbirlərlə söhbətdən sıxılır, eyni sualları cavablandırmaqdan yorulurdu. Əvvəlcədən bilirdi ki, bu rol səs-küy yaradacaq. Tanışlarının əksəriyyəti onun mətbuata maraq göstərmədiyini düşünür. Amma uşaq yaşından aktyorluğu sevib. Universitetə daxil olandan sonra teatrda fəaliyyətə başlayıb. Mustafa düşünür ki, əyalətdə gənclərin inkişafı üçün şərait şəhərdəki kimi deyil. Məşhur aktyor Məhəmmədriza Furutəni çox sevir. Öz karyerasında Furutəni təsirli sayır. Həzrət Yusif peyğəmbər seriyalında Yusif roluna aktyor axtarışı barədə də Furutəndən eşidib. Ümidi olmasa da test üçün komissiyaya müraciət edib və özünü itirdiyindən bütün dialoqları unudub. İkinci test üçün “Yusif tarixin güzgüsündə” kitabını diqqətlə oxuyub və testdən sonra 6 aylıq müqavilə imzalanıb. Rola hazırlıq üçün atçılıq, kulturizm dərslərinə gedib. Bu arada iki dəfə yorulub və müqavilədən imtina edib. Amma rejissor Sələhşur ona ruhiyyə verib və Mustafa yenidən çalışmağa başlayıb. Mustafa bu məqsədə çatdığı üçün özünü Sələhşura borclu sayır. İlk çəkiliş şəmsi 1383-cü il (hazırda 1393), 8 bəhməndə baş tutub. Filmdə Yusifin uşaqlığını Mustafanın bibisi oğlu yaradıb. Mustafa Züleyxa roluna Kətayun Reyhaninin seçilməsini uğurlu sayır. Qrimsiz vəziyyətdə onu tanıyan olmur.
Mustafa kulturizm salonunda Furutənlə tanış olub. Arzu edirdi ki, mərhum Xosrov Şəkibayi ilə eyni filmə çəkilsin. Olduqca hissiyyatlıdır. Məşhur “Kolahi-Pəhləvi” filmində rol ala bilməyib. Hələ də subaydır. Müqaviləyə əsasən seriyal başa çatana qədər heç bir filmə çəkilməyib. Məhəmmədriza Golzarın məşhurluğunu onun haqqı sayır. Parsa Firuzfəri savadlı sənətkar adlandırır. Hamid Behdadın aktyorluğunu xoşlayır. Azəri futbol ulduzu Əli Dayini iradə simvolu sayır.
Mustafa Zamani haqqında 40 nöqtə:
1.Ona Mustafa adını anası seçib.
2.”Zamani” familindən çox razıdır.
3.1361-ci il (1983), 30 xordadda dünyaya gəlib.
4.İranın şimalı, Xəzərin cənub sahilində, düyünün vətəni sayılan Fereydun-Kənarda (Mazandaran) dünyaya gəlib.
5.Uşaq yaşından gözlərinin rəngi qohum-əqrəba arasında maraqlı mövzu olub.
6.Dostbaz deyil, az admla yaxın ünsiyyət saxlayır.
7.Bəziləri onu lovğa sayır.
8.Əksər əyalət gəncləri kimi Tehrana gəlmək arzusunda olub və bu addımı atıb.
9.Yusif roluna 3 min namizəd arasından seçilib. Buna görə tənqidçiləri onu “Cənab şans” adlandırır.
10.Yusif roluna namizədlər arasında xarici aktyorlar da olub.
11.Yusif roluna müqavilənin bir qəribəliyi olub: Çəkiliş başlayana qədər daha cazibədar aktyor tapılsa, müqavilə ləğv edilir!!
12.Bütün müasir gənclər kimi dəbə uyğun geyinir.
13.Valideynləri doğma şəhərlərində yaşayır və Mustafa bu ayrılıqdan əziyyət çəkir.
14.Bəziləri onun oyununu bəyənmir, əyalət aktyoru adlandırır. Amma Mustafa deyir ki, mən uğurlara görə Allaha borcluyam.
15.Mustafa hər çəkliş üçün 3 saat qrimdə olub.
16.Mustafa cəmiyyət arasında zahiri görkəmindən tanınmayan azsaylı aktyorlardandır. Kimsə onun Yusif roluna çəkilən aktyor olduğunu hiss etmir.
17. Mustafa kinonu sevsə də hər rola razılıq vermir.
18.Deyir ki, Həzrət Yusif peyğəmbər seriyalında çəkilmək üçün mənəvi arxam Məhəmriza Furutən oldu.
19.Mərhum Xosrov Şəkibayi qarşısında çıxış etmək arzusu qəlbində qalıb.
20. Deyir ki, Məhəmmədreza Gülzarın çatdığı məqam onun haqqıdır.
21.Əli Dayinin tərəfdarlarındandır.
22.Məhəmməd İsfahaninin ifasını dinləməyi sevir.
23.İranda iki məşhur futbol komandasından birinə tərəfdar olmaq ənənədir. Mustafa kimə tərəfdar olduğunu bu günə qədər bildirməyib.
24.Həmişə dua edir ki, İranın futbol millisi qalib gəlsin, dünya çempionatına getsin.
25.Tanımayanlara göstərib deyəndə ki, Yusif rolunu bu gənc yaradıb, kimsə inanmır. Çünki qrim onu çox dəyişib.
26.Yusif rolunda çəkilmək üçün atçılıq və qılıncoynatmanı yaxşı öyrənib.
27.Yusif roluna çəkildiyi üçün rəqiblər arasında xeyli düşmən qazanıb.
28.Onu bibisi oğlunu filmə gətirdiyi üçün qohumbazlıqda ittiham edirlər.
29.Texnologiya üzrə təhsil alıb.
30.Xüsusi bir şirkətdə mühasib işləyir, dolanışıq xərclərini bu yolla təmin edir.
31.Kinodan çox televiziyanı sevir. Deyir ki, bu vaxta qədər cəmi 4 dəfə kinoya gedib.
32.Kişi aktyorlardan Furutəni, qadın aktyorlardan Hədiyyə Tehranini bəyənir.
33.Seriyal başlayandan sona qədər Mustafanın aylıq maaşı 500 min tümən (o zaman üçün 500-1000 dollar) olub.
34.Çəkilişdə psixoloji gərginlik o qədər ağır olub ki, iki dəfə istefa vermək istəyib.
35.Züleyxanın əmri ilə işgəncə verilən səhnəni ən ağır səhnə kimi xatırlayır.
36.Həzrət Yusif peyğəmbər filminə tək baxmağı xoşlayır.
37.Mətbuatdan qorxur. Cəmi iki müsahibədə orijinal fotosu var. Digər müsahibələr təkrardır. Bir jurnala isə telefonla müsahibə verib.
38.Purya Pursorx (məşhur aktyor) haqqında heç vaxt fikir bildirməyib.
39.Deyirlər subaydır və ailə qurmaq fikri yoxdur.
40.Həzrət Əliyə (ə) xüsusi sevgisi var. Sələhşur onun bu sevgisindən ustalıqla istifadə edərək Mustafa mələklərin əhatəsində səhnəni yarada bilməyəndə deyib: “Təsəvvür et ki, çox günahkarsan və İmam Əli (ə) sənə şəfaət üçün gəlib. Nə edərdin?” Mustafa deyir ki, yalnız bu təlqindən sonra çəkiliş alındı.
Nur-az.com