14 Dekabr 2013

Bir gün Lev Tolstoy...

Bir gün Lev Tolstoy küçədə yol yeriyərkən qəfil bir qadına toxunur. Qadın dayanmadan onu söyməyə başlayır.

Qadın Tolstoyu yaxşıca söydükdən sonra Tolstoy başından papağını çıxarır və alicənablıqla üzrxahlıq edib, deyir: Madmazel, mən Lev Tolstoyam.

Çox utanan qadın üzrxahlıq edib, deyir: Nə üçün siz özünüzü daha tez tanıtdırmadınız? Tolstoy cavab verir: Siz özünüzü tanıtdırmağa elə aludə olmuşdunuz ki, mənə bu iş üçün fürsət vermədiniz.

***

Bir uşaq küçədən 1 sent sikkə tapır. O heç bir zəhmətsiz bu pulu tapmağından çox sevinir. Bu təcrübəsi səbəb olur ki, başqa günlər də gözlərini açıb, başı aşağı yol yerisin (pul tapmaq məqsədi ilə)!!! O öz həyatı boyu 296 ədəd 1 sentlik, 48 ədəd 5 sentlik, 19 ədəd 10 sentlik, 16 ədəd 25 sentlik sikkə, 2 yarım dollar sikkə və bir dollar əskinas tapır. Yəni toplam olaraq 13 dollar, 26 sent.

O bu 13 dollar 26 senti tapması müqabilində 31369 dəfə günəşin doğuşunun gözəlliyini, 157 göy qurşağının parıltısını, payız soyuğunda təbiətin mənzərəsini əldən verdi. O heç zaman səmada bir haldan başqa hala keçən ağ buludların hərəkətini görmədi. Uçan quşlar, günəşin parıltısı və yoldan ötən minlərlə insanın təbəssümü heç zaman onun xatirələrinə çevrilmədi!

***

Sərçə tələsik, bütün qüvvəsi ilə alışmış oda yaxınlaşır və geri qayıdırdı!

Soruşdular: Nə edirsən?

Cavab verdi: Yaxınlıqda su bulağı var və mən ağzımı həmin bulağın suyu ilə doldurub, aparıb alova tökürəm?

Dedilər: Alovun həcmi sənin ağzında apardığın sudan olduqca çoxdur, bu suyun o oda heç bir təsiri ola bilməz.

Dedi: Ola bilsin alovu söndürə bilməyəm, lakin o zaman ki, vicdanım soruşacaq: Dostun alovda yananda nə edirdin, cavab verəcəyəm: Əlimdən gələn hər bir şeyi!!

***

Təpənin üstündə bir şəxs günəşin qürubuna tamaşa edirdi. Uzaq yol gələn bir yolçu ona yaxınlaşıb qəlbini açır və öz qəribliyindən, qürbətdən danışır. Kimsəsizliyin, qürbətin böyük dərd olduğunu deyir.

Deyir ki, vətənsizlik çox çətindir.

Təpədə ibadət edib, fikrə dalmış şəxs gülümsəyib deyir: Get və xoşhal ol. Sənin qürbətin, sənin çətinliyin asandır. Bizim qürbətimiz, qəribliyimiz yanında səninki çətin deyil.

Çünki qərib o şəxs deyil ki, bu dünyada bədəni qürbətdədir. Qərib o kəsdir ki, qəlbi öz bədənində qürbətdədir. Və biz beləyik öz bədənində qəlbi qürbətdə olanıq...

Nur-az.com
M. Əhməd


6587 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP