Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2020

Azərbaycan ruhaniləri Fransa jurnalının Peyğəmbərə (s) qarşı hörmətsizliyinə etiraz etdilər-Foto

Qum şəhərində yaşayan azərbaycanlı ruhanilər Fransa jurnalının mənfur hərəkətini pisləyiblər.
Fransanın “Charlie Hebdo” jurnalının İslam Peyğəmbərinə (s) aid etdiyi karikatura çap etməsi, İslamın uca dəyərlərinə və dünyanın bir milyarddan çox müsəlmanının etiqadına hörmətsizlik göstərməsi dünya müsəlmanlarının qəlbini ağrıtmışdır. Jurnalın bu hərəkət söz, yaxud etiqad azadlığı deyil, onun İslam və müsəlmanlara qarşı kin-küdurətini göstərir.
Azərbaycanın Qum şəhərində yaşayan ruhaniləri İran və dünyanın digər müsəlmanları kimi 12 sentyabrda Fransa jurnalının rəzil hərəkətinə etiraz olaraq aksiya keçirmişdir.
Etiraz aksiyasının sonunda bəyanat oxunmuşdur. Bəyanada deyilir:
“İslam dininə hörmətsizlik, müsəlmanlara qarşı irqçi davranışlar və təhrikedici hərəkətlər sionist xristianlar tərəfindən proqramlaşdırılır, daha sonra media və mətbuatda yayılaraq ictimailəşdirilir. Bu da radikal qruplar tərəfindən dünyada terror aktlarının genişləndirilməsinə səbəb olur. Biz Azərbaycanlı ruhanilər bildiririk ki, müsəlmanlar əleyhinə nifrətamiz təbliğatın aparılmasını din və söz azadlığı adlandırmaq olmaz. Bunu tamamilə səhv və ağılsız hərəkət hesab edirik.
Bəyanatda daha sonra deyilir: “Beynəlxalq sionizm və imperializmin başlıca məqsədi ictimai diqqəti Qərbi Asiya məsələlərindən, xüsusilə də İraq, Suriya, Yəmən, Livan və Fələstində baş verən hadisələrdən yayındırmaqdır.
Bəyanatın sonunda Dünya Müsəlmanlarının Vəliyyi-əmri həzrət Ayətullah Xameneinin sözlərinə təkid edilir: “İslam ümməti hadisələr qarşısında ayıq olmalıdır, İslam düşmənləri və qərbin hiyləgər siyasətçilərinin əziz İslam və müsəlmanlar əleyhinə fitnəkar və məkirli planlarını unutmtmalıdır.”
Qeyd edək ki, Fransanın “Charlie Hebdo” jurnalının qərb dövlətləri və sionist müəssisələrinin dəstəyi ilə təhqiramiz karikatura dərc edərək, İslam Peyğəmbərinə (s) hörmətsizlik edib. Bəzi qərb ölkələri də bu mənfur hərəkəti söz azadlığı bəhanəsi ilə müdafiə edirlər. Onların bu hərəkəti dünyanın bütün azadlıqsevərləri tərəfindən pislənilir.




123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP