Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2020

Sionist KİV-ləri: Hizbullah reaksiyasını başlayıb

Bir neçə gün öncə sionist rejimi qırıcıları Suriyada terrorçularla mübarizə aparan müqavimət qüvvələrinin mövqelərinə hücum etmişdir və bu hücum nəticəsində Hizbullah Hərəkatının üzvlərindən bir nəfər şəhid olmuşdur. Sionist rejimi Hizbullah Hərəkatının buna görə intiqam alacağına əmindir. Bu üzdən artıq neçə gündür ki, işğal edilmiş Fələstinin Livanla sərhədlərində hərbi qüvvələrini geri çəkmiş, sərhəd ərazilərdə zirehli texnikalar və müdafiə qurğuları yerləşdirmişdir. Lakin intiqamın necə və nə vaxt olacağını bilməyən sionist rejimi 7 gündür ki, qorxusundan ayaq üstədir. Bu istiqamətdə Hizbullah Hərəkatının bəyanatı onu lap vahimələndirib.

“Əl-Əhd” Xəbər Agentliyinin sionist rejimi KİV-lərinə istinadla verdiyi məlumata görə, dünən Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim Suriyada sionistlər tərəfindən şəhid edilmiş Əli Kamil Möhsinin şəhadəti ilə bağlı çıxışında deyib: “Biz məsələni araşdırdıq və qisas hərəkətinin nədən ibarət olacağını elan etməməyi qərara aldıq. İsrail tərəfi bundan istədiyi təhlili edə bilər. Ona görə də mən bu andan sizə deyirəm ki, bu təcavüzə hansı reaksiya veriləcəyi barədə sualınız cavabsız qalacaq və gələcək hadisələrin gedişatını gözləmək lazımdır.”

Sionist rejimi KİV-ləri Hizbullah müavininin çıxışını təhlil ediblər. O cümlədən bu rejimin “Kanal 13” telekanalı öz təhlilində deyib: “Hizbullah hazırkı qeyri-müəyyən vəziyyətin qorunmasını istəyir. Hizbullah öz qüvvəsinin (Əli Kamil Möhsin) həlak olmasına reaksiyanı artıq başlamışdır və gəlinən nəticələrə əsasən, Hizbullah dinc hədəflər deyil, hərbi hədəflər tapmaq ardıncadır.
Sionist rejimi belə nəticəyə gəlmişdir ki, bu reaksiya gələn günlərdə həyata keçəcək.”
Sionist rejimi mediaları bildiriblər ki, bu rejim ötən günlərdə Hizbullahın reaksiyası qorxusundan Livan sərhədlərində bir sıra tədbirlər həyata keçirib və məntəqədə “dəmir günbəz” müdafiə qurğuları yerləşdirib, habelə Hizbullahın hədəfinə çevrilməsin deyə, sərhəddə hərbçilərin sayını azaldıb.
KİV-lər vurğulayıblar ki, sionist rejimi ordusu bütün zəif nöqtələri gücləndirirlər ki, Hizbullah öz hədəfini tapa bilməsin, tank əleyhinə raket, bomba partlatması, yaxud snayperçiləri vasitəsilə öz reaksiyasını həyata keçirə bilməsin.

Sionist rejimi televiziyasının 12-ci kanalı da bu məsələni təsdiqləyərək bildirib ki, Livan sərhədlərndə “dəmir günbəz” havadan müdafiə sistemi yerləşdirilib.
“Yedioth Ahronth” qəzetinin təhlilçisi Yuvaf Zitun qeyd edib ki, “İsrail” ordusu Hizbullahın qorxusundan işğal edilmiş Fələstinlə Livan sərhədində artilleriya yerləşdirib.
Habelə “Maariv” qəzeti bildirib ki, sionist rejimi ordusunun gəldiyi nəticəyə görə, Livan və Suriya sərhədində “hazır ol” vəziyyəti uzunmüddətli olacaq.
Qəzet bu rejimin kəşfiyyat hərəkətinin artdığına da işarə edib.
Sionistlər silahlı qüvvələrin baş qərargah rəisi Aviv Kuxavinin işğal edilmiş Fələstinin şimal sərhədlərinə baxış keçirməsindən sonra belə nəticəyə gəliblər.

“Maariv” bildirib ki, sionist rejimi ordusu Hizbullahın onlara qarşı tank əleyhinə raketlər, yaxud Hizbullah snayperçiləri vasitəsilə reaksiya verəcəyini güman edir.
Qəzet əlavə edib: “İsrail Hizbullahın intiqam hərəkəti barədə çoxlu senariləri təxmin edir. Təhlükəsizlik mərkəzlərinin fikrincə, Hizbullahın rekasiyası mütləq baş tutacaq, lakin onun nə vaxt həyata keçəcəyi məlum deyil. İsrail təhlükəsizlik mənbələri Hizbullahın hərbi obyektləri hədəfə alacağını da istisna etmirlər.”

Sionist rejimi radiosu bildirib ki, Əli Kamil Möhsinin Suriyada şəhid olmasına görə Hizbullahın qisas alacağını bilən “İsrail” bərk qorxuya düşmüşdür. Radio əlavə edib: “Hamı bilir ki, Nəsrullah “İsrail” əleyhinə qisas əməliyyatı həyata keçirəcək. Ona görə də bu əməliyyatın necə və nə vaxt baş tutacağını gözləyirlər.” 

Radio vurğulayıb: “Seyid Həsən Nəsrullah heç bir hücum etmədən, bütün “İsrail” ordusunu ayaq üstə saxlayıb. Hamı baş verəcək əməliyyatı gözləyir. Bunun səbəbi odur ki, hamı Hizbullahın reaksiya verəcəyinə əmindir. Hizbullahın 150 min raketi, onlarla hədəf vuran raketi vardır və müharibə baş verəcəyi surətdə bu raketlər bizim və təsisatlarımızın başına yağacaq.
Nəsrullahın 50 minlik müharibələrdən çıxmış və təcrübəli döyüşçüsü vardır, onlar müasir silahlara və zireh əleyhinə raketlərə sahibdirlər. Hizbullah 2006-cı il müharibəsi başa çatdıqdan sonra öz gücünü daha da artırıb və son illərdə güc və hazırlıq baxımından “İsrailin” bir nömrəli düşməninə çevrilib.
Vəziyyət partlamaq üzrədir. Müharibə hər an alovlana bilər. Lakin “İsrail” Livanla döyüşə hazır deyil. Biz bilirik ki, müharibə necə başlayır, lakin onun sonunu proqnozlaşdırmaq mümkün deyil.”
Bir neçə gün bundan əvvəl sionist rejimi qırıcıları Suriyada terrorçularla mübarizə aparan müqavimət qüvvələrinin mövqelərinə hücumu etdi. Bu hücumun ardınca ötən çərşənbə axşamı Hizbullah, Əli Kamil Möhsin adlı bir üzvünün şəhid olduğunu xəbər verdi.
Sionist KİV-ləri bildirdilər ki, Hizbullahın öz qüvvəsinin şəhid olmasını mediaya çıxarmasının mənası odur ki, buna cavab veriləcək.

Ötən il sionist rejimi hava qüvvələrinin Dəməşq ətrafında Hizbullahın qüvvələrinin yerləşdiyi mövqelərə hücumu nəticəsində bu təşkilatın iki üzvü şəhid oldu. Bunun ardınca Hizbullah intiqam alacağını vəd etdi və sionist rejiminin bu terrorçu əməliyyatına reaksiya olaraq işğal edilmiş Fələstin ərazilərinin daxilində onların hərbi avtomobilini məhv etdi.
153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP