Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2020

İngiltərdə rüsvayçılıq: 10000 ingilis “adam it” olub

Son illərdə İngiltərə “adam it” adlı sosial problemi genişlənir. Adam it tulaları itə oxşar qiymətli dəri geyimlər geyinir və homoseksual partnyorunun yanında dörd əl-ayaqlı yeriyirlər.

Artıq bir müddətdir ki, qərb cəmiyyətində, xüsusilə də İngiltərədə “Human Pups” (adam it) adlı fenomen genişlənməkdədir və diqqəti çəkən həddə cəmiyyət bu fenomenə üz tutmaqdadır.
Bu qrup özünü itə oxşadan geyimlər geyinir və it kimi davranırlar. Bu adam itlər homoseksual kişilərdir və öz cinsi istəklərini it formasında İngiltərə cəmiyyətində nümayiş etdirirlər.

2016-cı ildə İngiltərənin 4-cü telakanalında “Secret Life Of The Human Pups” adlı sənədli film ekrana çıxdı. Bu film it geyimləri geymiş homoseksualları nümayiş etdirdi. Flmdə səy edilmişdi ki, onların davranışları araşdırılsın və İngiltərə cəmiyyətində bu fenomenin yayılmasının səbəbi məlum olsun.
“Quardien” qəzeti 2016-cı ildə öz xəbərlərinin birində adam it fenomeninin İnfiltərədə son 15 ildə homoseksual qruplardan doğulduğunu və internet vasitəsilə cəmiyyətdə yayılmadığını yazmışdı.
Adam itlər it formasında dəridən qiymətli geyimlər geyinirlər və, öz homoseksual partnyorunun yanında dörd əl-ayaqlı yeriyirlər. Habelə, itlərə məxsus qablarda yemək yeməyi xoşlayırlar və öz cinsi istəklərini itlər kimi yerinə yetirirlər.

Adam itlərin partnyorları onların boğazına xalta taxır və küçədə özləri ilə gəzdirirlər.
“Christiantoday” informasiya agentliyinin təhlilinə görə, 10000 İngiltərə vətəndaşı “adam it”ə çevrilib, onların geyim və davranışları it kimi olmuşdur.

İllərdir ki, hədsiz azadlıqlar və insan şənindən uzaq istəklər qərb cəmiyyətində bu və qul olmaq kimi ictimai-mədəni anomaliyaların üzə çıxmasına səbəb olmuşdur. Bir çox təhlilçilərin fikrincə, bu kimi anomaliyalar insan kəramətinə diqqətsizliyin genişlənməsi üzündən ortaya çıxmışdır.
180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP