Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2020

Misir və Türkiyə arasında nə baş verir?-Sisi Ərdoğana ciddi xəbərdarlıq etdi

Misir prezidenti hərbi bazaya baxış keçirərkən Liviyaya girmək üçün orduya “hazır ol” əmri verib.

Məşriq – Liviyada Xəlifə Haftirin rəhbərliyi ilə Milli Ordu qüvvələri və Faiz Siracın rəhbərliyi ilə Razılaşma Hökuməti qüvvələri arasında toqquşmaların dayandığı, iki tərəf arasında döyüşlərin başa çatması istiqamətində qeyri-rəsmi müzakirələrin başladığı bir vaxtda, Türkiyə hava qüvvələrinin Liviyanın Mətəqiyyə və Vatiyyə hava bazalarına daxil olması barədə yayılan xəbərlər Misir hökumətini qəzəbləndirdi.
Bundan əvvəl çoxlu sayda hücum dronlarını göndərməklə Liviya Razılaşma Hökuməti qüvvələrinin geniş şəkildə irəliləməsində rol oynamış Türkiyə, deyilənlərə görə, F-16 qırıcılarını bu ölkəyə göndərmək üçün infrastrukturlar yaratmaq istəyir və Ərdoğan bu məsələni iki məqsədlə həyata keçirir: Liviyanın şərqində neft ayparasına və ölkənin mərkəzində Cufra hava bazasına sahib çıxmaq.

Əbdül-Fəttah Sisi “Sidi-Barrani” bazasında
Dünən Misir prezidenti general Haftar qüvvələrinə dəstək verən Misir və BƏƏ qüvvələrinin müştərək əməliyyat bazası sayılan Sidi-Barrani hərbi hava bazasına baxış keçirib və hərbçilərlə görüşüb. O, bu bazada mühüm çıxış edib.



Sisi çıxışında Misir hərbçilərinə müraciət edərək elan edib ki, bu ölkə hərbçiləri Misir daxilində və xaricində əməliyyat həyata keçirmək üçün tamamilə hərbi “hazır ol” vəziyyətində olmalıdır. Prezident çıxışının davamında Sert şəhərində rəqib qüvvələrin irəliləməsi və Cufra barədə qırmızı xətti açıqlayıb. Bu açıqlamalar göstərir ki, Misir ordusu ötən illərdə birbaşa döyüş meydanına daxil olmaq istəməməsinə baxmayaraq, Türkiyə və Razılaşma Hökuməti qüvvələrinin Liviyanın şərqinə doğru irəliləməsi davam etdiyi surətdə, Qahirənin hərbi reaksiyası ilə qarşılaşacaq.

Sidi-Barrani hava bazasının əhəmiyyət və qabiliyyəti
Bu hava bazası Misirin qərb sonluğunda və Liviya ilə sərhəddə yerləşir. Baza Misir ordusuna imkan yaradır ki, logistik məhdudiyyət olmadan və uzaq məsafə qət etmədən Liviya ərazisinə daxil olsun və sürətlə Türkiyə dəstəkli qüvvələrin yerləşdiyi cəbhəyə yaxınlaşsın.
Qeyd edək ki, BƏƏ-yə aid “Miraj 2000” qırıcıları da son 1 ildə Sidi-Barrani hava bazası vasitəsilə hava yanacağı dəstəyinə ehtiyac olmadan uçuşlar həyata keçirmişdir.



Sisi dünən bu bazaya baxış keçirərkən bazada geniş və diqqəti çəkən sayda hava avadanlığı və zireh təchizatı görüntüləndi. Bu görüntü Misir ordusunun Liviyanın şərqində general Haftar hökumətinin mövcudluğuna təhlükə hiss etdiyi vaxt döyüş meydanına daxil olmaq üçün ciddi əzmini göstərir.



Dünənki görüntülərdə yüzlərlə M1A1 Abrams döyüş meydanına aid əsas tank və M113 zirehli transportyor görüntüləndi. Belə bir səfərbərliyin tək səbəbi Misir ordusunun Liviya torpağına birbaşa girməsi ola bilər.
Habelə, bazada çoxlu sayda orta mənzilli Buk-M2 və qısa mənzilli Tor-M2 zenit-raket kompleksləri yerləşmişdir ki, onların Türkiyə qırıcıları və Bayraktar TB-2 silahlı dronları ilə mübarizə etməsi üçün yerləşdiyi güman edilir.



Həmçinin, Misir ordusunun heç bir məhdudiyyət olmadan hava gücündən istifadə etməsi üçün imkanları vardır və bu ölkənin hava qüvvələri Rafael, MİQ-29 və F-16 kimi qırıcılara sahibdir. Bu səbəbdən demək olar ki, kəmiyyət və texnologiya baxımından Türkiyə üzərində üstünlüyə malikdir.

Cufra bazasında Rusiyanın fəaliyyəti
Türkiyə və Liviya Razılaşma Hökumətinin iki əsas hədəfindən birinin Cufra strateji hava bazasını ələ keçirmək olduğunu nəzərə alsaq, Rusiyanın Xəlifə Haftara siyasi və hərbi dəstəyi də təyinedici olacaq. Hal-hazırda Türkiyə dəstəkli qüvvələr Cufra bazasının təqribən 150 km-dədir və bu baza Rusiyanın Suriyadan göndərdiyi MİQ-29 və Suxoy-24 təyyarələrinin yerləşdiyi yerdir.



Bu yaxınlarda Rusiya təyyarələrinin Cufra bazasında yerləşməsi və fəaliyyəti barədə yeni peyk görüntülər yayılmışdır.



Rusiya və Misir orduları Türkiyə və Razılaşma Hökuməti qüvvələrinin Liviyanın şərqinə doğru irəliləməsinin qarşısını almaq istəsələr, bu ölkənin döyüş meydanı tam miqyaslı və misli görünməyən müharibənin şahidi olacaq.
215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP