Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2020

Yəmən Ərəbistan qırıcılarının hücumunu dəf etdi

Yəmən hava hücumundan müdafiə sistemi bu gün (şənbə) təcavüzkar Ərəbistan qırıcılarının Sənaya hücumunu dəf edib.
“Əl-Məsirə” telekanalının saytı bildirib ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii öz Tvitter səhifəsində bu haqda yazıb: “Allahın köməyi ilə hava hücumundan müdafiə sistemi Səudiyyə-BƏƏ bombardmançı təyyarələrinin Sənanın şərqində yerləşən Nehəm şəhərinə hücumunu Fatir-1 tipli raketlə dəf etdi.”
Mətbuat katibi əlavə edib: “Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrinin hər hansı düşmənçilik əməliyyatı həyata keçirməsindən qabaq onları Yəmən hava məkanını tərk etməyə məcbur etdi.”
232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP