Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2020

Təbrizdə İran İslam İnqilabı Qələbəsinin 41-ci ildönüm bayramı keçirildi

Təbrizin inqilabçı əhalisi dünya imperializmi üzərində qələbə ildönümü bayramında Azərbaycan Respublikasının islamçı məhbuslarına dəstək verməklə yanaşı bütün İslam dünyası məhbuslarının azad olunması üçün dua edib.

Təbriz və oyaq Azərbaycan ilin ən soyuq günlərində həmişəkindən daha möhkəm və ümid dolu qəlblərlə küçələrə axışdı, İran İslam İnqilabının Qələbə bayramını uca tutdu. Təbrizin müsəlman və inqilabçı əhalisi möhtəşəm 22 Bəhmən yürüşündə geniş və həyəcanlı iştirak edərək, vilayətçilik, azadlıq, İslam Peyğəmbəri (s) və məsum imamların (ə) yolunu davam etdirməyi nümayiş etdirdi.

Qonşu ölkələrdə, xüsusilə də Azərbaycan Respublikasında islamçıları dəstəkləmək bu əzəmətli mərasimin digər bir diqqətiçəkən cilvələrindən idi. Bu dəstək Təbriz inqilabçılarının ümumdünya baxışını və dünyanın uzaq yerlərində belə digər müsəlman və məzlumları unutmadığını göstərdi.

Təbrizli yürüşçülər dünyanın bütün məzlumlarının qələbəsi üçün dua etdilər.

568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP