Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2019

Sudan 10 min hərbi qüvvəsini Yəməndən çıxarmağa başladı

Sudan mediaları bu ölkənin 10 min hərbi qüvvəsini Yəməndən çıxarmağa başladığını xəbər verib.
Sudan hərbi keçid şurasının rəis müavini general-leytenant Məhəmməd Həmdan Daqalu bu ölkənin 10 min hərbi qüvvəsinin Yəməndən çıxmağa başlamasını elan edib.
Keçid Şurası, Nazirlər Heyəti və Azad Qüvvələrin Prezident sarayında keçirdiyi üçtərəfli görüşündə Daqalu bildirib ki, Sudanın 10 min hərbi qüvvəsinin Yəməndəki vəzifəsi başa çatmışdır və onlar ölkəyə qayıdır.
O, həmçinin deyib ki, bu qüvvələrin yerinə heç bir qüvvə göndərilməyəcək və onların tədrici çıxarılması artıq başlamışdır.
Qeyd edək ki, oktyabr ayından başlayaraq BƏƏ hərbi qüvvələri də Ədəndə yerləşən qərargahlarını tərk ediblər.
131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP