Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2019

İmam Hüseyn (ə) zülmlə barışmırdı, azadlıq aşiqi idi, qul olmağa, təhqir edilməyə dözmürdü

İmam Hüseyn (ə) dövrünün ən nüfuzlu siyasi lideri idi və Kufə inqilabına başçılıq edirdi. O, hakimiyyət dəyişikliyini vacib sayır, Yezidin dərhal taxtdan enməsini tələb edirdi.

İmam Hüseyn (ə) zülmlə barışmır, ləyaqətli həyat uğrunda amansız mübarizə aparırdı, azadlıq aşiqi idi, qul olmağa, təhqir edilməyə dözmürdü.

İmam Hüseyn (ə) ailə rejiminə, hakimiyyətin atadan oğula ötürülməsinə etiraz edirdi, demokratiya tərəfdarı idi, istədikləri adamı seçməyi kufəlilərin haqqı bilirdi.

İmam Hüseyn (ə) məzlum xalqın yanında idi, zalımlara heç bir dəstək vermir, harın məmurların süfrəsində oturmur, yaltaqlara nifrət edir, ətrafına ən saf və mübariz adamları toplayırdı.

İmam Hüseyni (ə) tanı, dövrününü hüseynini tanı və sonra istəsən, beyətini təzələ.
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP