Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2019

Ayətullah Xameneinin hacılara mesajı: “Əsrin müqaviləsi hiyləsi məğlubiyyətə düçar olacaq”

Ali Dini Rəhbər Ayətulluhul-üzma Seyyid Əli Xamenei hər il olduğu kimi həcc mərasimi ilə bağlı bu il nəşr etdiyi mesajında, Amerikanın qurduğu “Əsrin müqaviləsi” hiyləsinin müqavimət cəbhəsinin inancı və səyiylə məğlubiyyətə düçar olacağını bildirib.

Ali Dini Rəhbərin 2019-cu ilin həcc mesajının tam mətni:

“Rəhman və Rəhim olan Allahın adı ilə. Həcc mövsümü, hər il İslam cəmiyyətinə mərhəmət təqdim etmək üçün Allahu Təalanın diqqət mərkəzindədir. “İnsanlar daxilində həcci hiss edir!” şəklində Quranın mesajı, tarix boyunca kütlələri bu rəhbmət süfrəsinə dəvət edərək, Allah aşiq qəlblər ilə bilik və hikmətə söykənən düşüncə və mövqe sahiblərinin ilahi bərəkətdən faydalanmasını təmin edir və hər il həccin verdiyi azuqə və dərslər ümmətin bir hissəsini təşkil edən bu camaat vasitəsilə İslam dünyasının ən ucqar künclərinə qədər gedib çatmaqdadır. Həcdə cəmiyyət və fərdlərin yetişdirilməsi, inkişafı və yüksəlişində əsas faktor sayılan zikr və ubudiyyət məlhəmi var.

Ümmətin bütövlüyünün simvolu olan ittihad və tək bir mərkəz ətrafındakı hərəkət sayəsində aralarında koordinasiya və uyğunlaşma təmin edən ümmətin tövhid təməli üzərindəki səy və hərəkətlərinin parolu mövqeyindədir. Həcc birgə bir hədəf istiqamətində hərəkət edən hacıların hər birinin eyni şərtlər altında və hər hansı bir ayrı-seçkiliyin yol aça biləcək bir iz və fərqliliyə yer vermədən bütün bərabər imkanların vurğulandığı və İslam cəmiyyətinin bütün təməllərinin bir bütöv halında kiçik bir təsvirdə əks olunduğu yerdir. Həcc əməlləri arasındakı hər bir hərəkət, ehram, təvaf, səy, vəqf, daşlama və sükun İslamın arzulayıb bəyəndiyi cəmiyyət haqqındakı təsvirlərin bəzi hissələrini əks etdirir.

Bir-birindən uzaq ölkələr və bölgələrə mənsub xalqlar arasındakı məlumat və təcrübə ötürülməsi, mövcud elm və təcrübələrin mübadiləsi, bir-birlərinin vəziyyəti haqqında xəbər əldə etmə, səhv fikirlərin aradan aparılması, könüllərin yaxınlaşdırılması və ortaq düşmənlərə qarşı çıxmaq məqsədiylə güclərin birləşdirilməsi, həccin öyrəşilmiş yüzlərlə toplantıda təmin edilməsi mümkün olmayan - çox böyük və həyati qazancları arasındadır.

Bütün zamanlardakı tağutların zülm və mərhəmətsizliyi ilə çirkin hərəkətləri və fəsadını rədd etmə və müxtəlif dövrlərdə imperialistlər və müstəkbir zülmlər və şantajlar qarşısında dayanma mənasındakı uzaqlaşmaq və müşriklərdən uzaq durmaq ənənəsi, həccin böyük bərəkətlərindən biridir və məzlum müsəlman xalqlar üçün mühüm bir fürsətdir. Bu gün başda Amerika olmaqla imperialistlərin şirk və küfr cəbhəsindən uzaqlaşmaq, məzlumların qətlinə və müharibə hərisliyinə qarşı çıxmaq deməkdir, Amerikamın “Black Water” və İŞİD kimi terror mərkəzlərinin qınanması deməkdir, İslam ümmətinin, uşaq qatili sionist rejim və dəstəkçilərinə qarşı yüksək hayqırtısı deməkdir.

Xalqların əziyyətlərini zirvəsinə qaldıran və hər gün onların üzərinə ağır müsibətlər yağdıran Amerika ilə həssas Qərbi Asiya və Şimali Afrika bölgələrindəki tərəfdaşlarının müharibə hərisliyinə etiraz etmək deməkdir. Coğrafiya və ya dəri rənginə əsaslanan irqçilik və ayrı-seçkiliyə qarşı çıxmaq deməkdir. İslamın hər kəsi dəvət etdiyi şərəfli, nəcib və ədalətli davranış formasına zidd olan təcavüzkar və fitnəçi qüdrət sahiblərinin çirkin hərəkətləri və imperialist davranışları qarşısında dayanma aktıdır.

Bütün bunlar, xalis İslamın bizi ona çağırdığı İbrahimi həccin bərəkətlərindən yalnız bir neçəsidir. Bu hər il müsəlman xalqlara mənsub fərdlər vasitəsiylə və həccin rəhbərliyində zəngin bir məzmunla təqdim edilən və dəqiq bir sözlə bütün kütlələri belə bir cəmiyyətin inşası üçün səy göstərməyə çağıran görkəmli bir nümayişdir və İslam cəmiyyətinin ideallarının mühüm bir hissəsini simvollaşdırır.

Bir hissəsi hal-hazırda həcc mərasiminə qatılmış olan İslam dünyasına mənsub elit təbəqənin çiyinlərində çox əhəmiyyətli və ağır bir yük var. Bu dərslər onların səyi və liderliyi sayəsində müsəlman xalqlara və dünya ictimaiyyətinə çatdırılmalı və düşüncə, hədəf, təcrübə və şüur mübadiləsi bir mənəvi alış-veriş formasında həyata keçirilməlidir.

Bu gün İslam dünyasının ən böyük məsələlərindən biri Fələstin məsələsidir ki, hansı məzhəb, irq və dilə sahib olsalar olsunlar bütün müsəlmanların siyasi problemlərinin başında dayanmaqdadır. Son əsrlərin ən böyük zülmü, Fələstində yaşanmışdır. Bu dərdli hadisədə bir xalqın demək olar hər şeyi, torpaqları, malik olduqları evlər və tarlalar, hörmət və şəxsiyyətləri əlindən alınmışdır. Bu xalq Allahın köməyi sayəsində məğlubiyyəti qəbul etməmiş və usanmamışdır və bu gün dünənə nisbətən daha cəsur və daha həyəcanlı bir şəkildə meydandadır. Ancaq bu hərəkətlərin nəticə verməsi üçün bütün müsəlmanların töhfəsinə ehtiyac var.

Zalim Amerika və xain tərəfdarları vasitəsilə mühiti yaradılan “Əsrin müqaviləsi” intriqası, təkcə Fələstin xalqı üçün yox, bütün bəşər cəmiyyəti üçün bir cinayət sayılmalıdır. Biz hər kəsi düşmənin bu hiyləsini pozmaq üçün aktiv səy göstərməyə dəvət edir və Allahın izni ilə bu oyunun və imperialist cəbhənin digər intriqalarının müqavimət cəbhəsinin imanı və himməti qarşısında məğlubiyyətə məhkum olduğuna inanırıq.

Allahu Təala buyurur: “Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiyləyə məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır)”.
Bütün möhtərəm hacıların ibadətlərinin qəbul olunmasını diləyir, Allahu Təaladan onlar üçün rəhmət, afiyət və müvəffəqiyyət niyaz edirəm./deyerler/
150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP