Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2019

Yəmən ordusu: Raketlərimiz sionist rejimini vura bilər

Yəmən hava qüvvələrinin mətbuat katibi Abdullah əl-Cofri deyib: “Yəmənin təcavüzkarlar əleyhinə əməliyyatları şiddətlənəcək.”
“Muratu əl-Cəzirə”-yə müsahibə verən mətbuat katibi əlavə edib: “Biz Ərəbistanın ən böyük, ən mühüm və sionist mütəxəssislərinin yerləşdiyi hava limanını vurduq. Yaxın günlərdə bu əməliyyatlar şiddətlənəcək.”
Daha müasir raket və dronların mövcudluğundan xəbər verən mətbuat katibi deyib ki, bu raketlər Babul-məndəb və ondan uzaq olan yerlərə, hətta Süveyş kanalına çatır. Hər gün Qırmızı dəniz vasitəsilə 4,7 barell neft nəql olmasına diqqət etməklə, Ərəbistan Yəmənə qarşı müharibəni dayandırmadığı surətdə bu beynəlxalq gəmi yolu amanda qalmayacaq. Bunun isə çox mühüm siyasi ismarışı vardır və dünya bu ismarışa tamamilə diqqət yetirməlidir.
Abdullah əl-Cofri açıqlamasının davamında ötən il Riyadda Əl-Məyamə sarayının Bədr H-2 raketi ilə vurulmasına işarə edərək deyib: “Riyad dövləti raketin qalıqlarını Amerikaya apardı ki, orada bunu araşdırıb raketin Yəmən, yaxud İran istehsalı olduğunu öyrənsin. Bundan sonra Abu Dabidə Barake nüvə stansiyası da həmin raketlə vuruldu və stansiyaya ağır ziyan dəydi. Onlar əvvəl bunu inkar etməyə səy etdilər. Amma sonra buna etiraf etməyə məcbur oldular və 24 milyard dollar xərclənmiş stansiyanın açılışı təxirə salındı.”
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.09.19, 12:07
Qubaya güclü qar yağdı
21.09.19, 08:22
Yumurta bahalaşdı
20.09.19, 20:26
Maduro Rusiyaya gedir
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP