Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2019

Ənsarullah: Ərəbistanın daxilində böyük müharibə baş verəcək

Yəmən ordusunun Ərəbistanın təcavüzünə cavab olaraq düşmən mövqelərinə qarşı raket və PUA hücumlarını artırması ilə yanaşı Ənsarullah Hərəkatının Siyasi Ofisinin üzvü Məhəmməd Nasir əl-Buxəyti öz feyzbuk səhifəsində yazıb: “Daha böyük müharibə baş verəcək.”

Məhəmməd əl-Buxəyti əlavə edib: “Yəmən xalqının haqqı vardır ki, düşmənə öz ərazisində hücum etsin və öz maddi ziyanlarının əvəzini çıxsın.”
Siyasi ofisin üzvü yəmənli qəbilələrdən istəyib ki, hücum başladığı surətdə ümumi və xüsusi əmlak arasında fərq qoysunlar. 

“Əl-Quds əl-ərəbi” qəzetinin yazdığına görə, Əl-Buxəytinin bu sözləri müharibə balansının husilərin xeyrinə dəyişdiyini və onun müdafiə mövqeindən hücum mövqeinə keçməsini göstərir. 4 ildən sonra hücumçu Ərəbistan indi müdafiə mövqeində dayanıb.
Hərbi mənbələrdən biri deyib ki, husilərin hərbi gücünün artmasının və Yəmən böhranının bu mərhələsində Ərəbistanın təhqir olmasının səbəbi müharibənin uzanımasıdır. Hərbi mənbə əlavə edib ki, husilər müharibə və mühasirənin uzanımasından istifadə edərək öz hərbi güclərini genişləndirdilər. Ərəbistan bütün imkanlarını imtahan etdi, amma indiyə kimi uğur qazana bilməyib. Əksinə öz üzünə cəhənnəm qapılarını açıb.
Yəmən hava qüvvələrinin mətbuat katibi Abdullah Cəfəri öz açıqlamasında bildirib: “Yəmən raketləri və PUA-ları Yəmən əleyhinə müharibənin balansını dəyişə bildi və Ərəbistan-BƏƏ koalisiyasını tezliklə müharibəni dayandırmağa məcbur edəcək.

Koalisiya ölkələri Yəmənə qarşı mühasirə və təcavüzünə davam etdikcə, Yəmən raket və dronları Riyad və ondan uzağı (işğal edilmiş Fələstin əraziləri) da vuracaq.”
255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP