Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

"Məni prezident seçin, xərçəngə çarə tapım" - ABŞ-da sensasiyalı seçki vədi

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Co Bayden iddialı bəyanatlar verib.

Xərçəng xəstəliyindən oğlunu itirmiş Bayden prezident olacağı təqdirdə, bu xəstəliyin müalicəsini tapacağını deyib.

Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb:

"Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq".

Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda "Cancer Moonshot" adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.
335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP