Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

Səna aeroportu açılmasa, düşmənin hava limanlarını vuracağıq

“Əl-Məsirə” televiziya kanalını verdiyi xəbərə görə, Ənsarullah Hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssalam Səna beynəlxalq hava limanının blokadada qalmasının cinayət olduğunu xatırladaraq deyib: “Səna aeroportunun mühasirədə qalmasının cinayət olduğuna və BMT-nin bununla bağlı heç bir iş görməməsinə, ağır xəstələrin başqa ölkəyə köçürülməsi üçün hava körpüsü yaratmaq fikrindən dönməsinə və bu üzdən yaranan humanitar faciəyə diqqət etməklə, təcavüzkar ölkələrə anlatmaq lazımdır ki, onların hava limanları bizim hədəfimiz altındadır. Onları bağlamaq, ya fəaliyyətini dayandırmaq Səna hava limanının mühasirədən çıxması üçün ən yaxın yoldur. Səna beynəlxalq hava limanının mühasirədə qalması qarşısında həmişə sükut edə bilmərik. Bu aeroportun mühasirəsi aradan qaldırılmasa, düşmənin aeroportlarını vuracağıq.”
76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP