Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2019

ABŞ ordusu Qərbi Asiyada səhvə yol versə, onlara qətiyyətli cavab verəcəyik

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Amerikanın SEPAH əleyhinə hərəkətini pisləyərək deyib: “Şübhəsiz, İran İslam Respublikasının müqəddəs və müqtədir sistemi bu ağılsız qərara qarşı sakit dayanmayacaq.”
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İmam Hüseynin (ə) mövludu və Pasdar (Keşikçi) günü münasibətilə silahlı qüvvələrin komandirləri, idarə heyəti və əməkdaşları ilə görüşündə Şəban ayının bayramlarını təbrik edərək İmam Xomeyninin (r) bu sözünə işarə edib: “İmam (r) deyirdi ki, əgər düşmən sizi tərifləyirsə, görün hansı səhvə yol vermisiniz. Amma sizə qarşı hiddətlənirsə, deməli yolu düzgün getmisiniz.”
M. Baqiri əlavə edib: “İslam İnqilabı Keşikçiləri Qvardiyası “Keşikçilər” günü cinayətkar Amerikanın hiddətinə tuş gəlirsə və öz zəifliyi üzündən qanuni, inqilabçı və xalqın sevimlisi olan bir təşkilatı terrorçu adlandırırsa, buna sevinmək lazımdır. Çünki bu göstərdi ki, SEPAH ötən 40 ildə İslam inqilabının ideyalarını həyata keçirmək, məzlumları dəstəkləmək istiqamətində addım atmışdır və Amerikanın yaratdığı İŞİD, Ən-Nüsrə kimi terrorçu qruplarla mübarizə yolunda dəyərli şəhidlər qurban vermişdir ki, İran İslam Respublikasının terrorçuluq əleyhinə olduğunu bütün dünyaya sübut etsin.”
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Amerikanın SEPAH əleyhinə hərəkətini pisləyərək deyib: “Şübhəsiz, İranın İslam Respublikasının müqəddəs və müqtədir sistemi Amerikanın bu ağılsız qərarına qarşı sakit dayanmayacaq və qarşılıqlı olaraq Amerikanın Cənub-qərbi Asiyadakı CENTCOM (ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı) adlanan ordu qüvvələrini terrorçu bilir. Əgər bu qüvvələr səhvə yol versə, onlara qətiyyətli cavab verəcəyik.”
329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP