Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2019

BMT şiə uşağın faciəli şəkildə qətlə yetirilməsinə susur

Dünya Səudiyyənin bu cinayətləri qarşısında sükut etməsin

İran Sistemin Məsləhətini Müəyyənləşdirici Şuranın üzvü Ayətullah Müctehid Şəbüstəri dünyaya və İslam Əməkdaşlıq Təşkilatına səslənərək 6 yaşlı uşağın qatilinin cəzalandırılmasını istəyib.
Ayətullah Şəbüstəri altı yaşlı şiə uşağın öz anasının gözü qarşısında faciəli şəkildə şəhid edilməsinə reaksiya verərək deyib: “Yaşanmış faciə Ali-Səud rejiminin şiələrə qarşı düşmənçiliyinin yalnız bir nümunəsidir.

Şiə uşağın şəhid edilməsi vəhabilərin qəlbinin daşlaşmasını və sonsuz həddə xəbisliyini, rəzalətini sübut edən digər bir sənəddir. Ananın gözləri önündə körpə övladının başını kəsmək və onu şəhid etmək hadisəsi hiss baxımından da bütün insanlar üçün çox acı və kədərlidir.”
Mübariz Ruhanilər Cəmiyyəyinin sədr müavini bütün dünyaya səslənərək günahsız uşağın barəsində edilən cinayətin pislənməsini istəyib. O, əlavə edib: “Belə düşünürəm ki, BMT-nin sionistlərlə və Ali-Səudla dostluğu onuin bu cinayət qarşısında susmasına səbəb olmuşdur.
BMT və insan haqları təşkilatları bir tərəfdən insan hüquqlarından danışırlar, digər tərəfdən isə cinayətləri görüb susurlar. Bu ölüm sükutu çox təəssüflüdür.
Ümid edirik ki, BMT o uşağın məzlumcasına şəhid edilməsi cinayətinə dünyanın sərt reaksiyasını görməklə qəflət yuxusundan oyansın. Əgər BMT də bu işə bir reaksiya verməsə, ən azından İslam Əməkdaşlıq Təşkilatı bu cinayəti pisləsin, bəlkə bu hərkət digər cinayətlərin baş verməsinin qarşısını ala bildi.”

Məsləhət Şurasının üzvü daha sonra deyib: “Ali-Səud rejimi o qədər cinayətlərə mürtəkib olub ki, artıq günahsız uşağın vəhşicəsinə öldürlüməsi onlar üçün mühüm deyil. Amma dünya və daxili medialardan, xüsusilə də İran Radio-Televiziya Şirkətindən, habelə sosial şəbəkələrdən intizarımız budur ki, bu məsələ üzərində daha çox işləsinlər, beləliklə Ali-Səudun iç üzü hamıya məlum olsun.”

Ayətullah Şəbüstəri vurğulayıb ki, fiqhi baxımdan o uşağın qatili həmin faciəli şəkildə hamının gözünün qarşısında edam olunmalıdır. Əlbəttə, insan haqları təşkilatları və BMT-nin bu məsələni ciddiyə alması o qədər də ağılabatan deyil. Amma bu kimi cinayətkarlara şiddətli cəza verilməlidir ki, digərləri üçün ibrət olsun. Çünki günahsız uşağın məzlumcasına şəhid edilməsi dünya ictimaiyyətinin hislərini yaralamışdır.
Ayətullah Şəbüstəri daha sonra deyib: “Günahsız uşağın qatilinin qisas olunması üçün bəzi işlər həyata keçirilməlidir. Amma Səudiyyə Ərəbistanı məhkəməsinin qatilə şiddətli cəza verməsinə inanmıram. Necə ki, Kaşikçi hadisəsində bu işin günahkarının Ali-Səud olması sübuta yetməsinə baxmayaraq hələ də onun qatilləri cəzalandırılmayıb.”
348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.04.19, 18:28
İranda güclü qar yağıb
Go to TOP