Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Bundan sonra daha neçə il Cocuq Mərcanlıyla öyünəcəyik?

Günnüt günləri

Həqiqətən də dəhşətli reallıqdı. 25 ildir yalançı Qarabağ danışıqları gedir. Axırda da Günnütlə, Cocuq Mərcanlıyla bizə müjdə verirlər. Bu rüsvayçı məğlubiyyətin əvəzində Cocuq Mərcanlıyla, Cünnütlə öyünmək ayıb deyilmi? Düşmən ölkəmizin 20 faizini işğal edib, biz isə “lazım”ın Cocuq Mərcanlıya qədər irəliləməsini hökumətin uğurlu siyasəti kimi təqdim edirik. Bir neçə gündür növbəti düşük təbliğata start verilib. Guya Naxçıvanda döyüş olub, filan qədər ərazini ələ keçirmişik və.s
Bu xalqı bu qədər avam hesab edirlər. 25 illik yarıtmazlığı, qətiyyətsizliyi belə imitasiyalarla ört-basdır etmək mümkün deyil. Aprel döyüşlərində zəfərə doğru gedən ordunu Ermənistanın xahişi ilə durduran zehniyyət, heç bir uğur əldə edə bilməz.
Şuşanı, Laçını, Ağdamı unutdurub, əvəzində xalqa “Cocuq Mərcanlıyla, Cünnütlə təsəlli tap” mesajı verirlər. İndi aylarla bu “uğur”un təbliğatı aparılacaq, AzTv-də erməniləri gülləbaran edəcəklər.
Cənablar, belə düşük təbliğata qarnımız toxdur. Ölkənin 80 faizini işğal etmiş komanda, 20 faizlik işğala son qoya bilməz.
Bir suala cavab verin. Bundan sonra daha neçə il Cocuq Mərcanlıyla öyünəcəyik?

İlham Hüseyn

Qeyd:
Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir. Sadəcə olaraq ön mövqelərimiz boş ərazilər hesabına irəli çəkilib. Ermənistan postları ilə bizim postlar arasındakı 5 kilometrlik məsafə 750 metrə qədər qısaldılıb. Suallar var. Əvvəla, nəyə görə uzun illər ərzində bizim mövqelər bu qədər geri çəkilmişdi? Ermənistan ordusunun ön mövqelərindən düz 5 km Naxçıvanın içərilərinə doğru geri çəkilib, postları orada qurmaq hansı starateji ağlın məhsulu imiş?
443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.18, 10:24
Zərdab sakini intihar edib
Go to TOP