Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Şeyx Sərdarın həbsi ümumilikdə hüquq adına bir rəzalətdir – VƏKİL (VİDEO)

Bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin  3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılıb.


Sərdarın həbsi ümumilikdə hüquq adına bir rəzalətdir

Vəkil Cavad Cavadov məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, vəkillər bütün hüquqi addımları atıb və vəsatətləri təqdim edibdir. Lakin məhkəmə bunları qəbul etməyib. “Amma inanırıq ki, biz sonda uğur qazanacağıq və Şeyx Sərdar azad ediləcək. Çünki Şeyxin həbsi ümumilikdə hüquq adına bir rəzalətdir. Ümidvarıq ki, bu absurd ittiham onun üzərindən götürüləcək, heç olmasa cəzası yüngülləşdirilərək həbsdən azad ediləcək”.

Məhkəmə obyektiv olarsa, ona bəraət verilməlidir

Vəkil Yalçın İmanov isə hesab edir ki, apellyasiya məhkəməsi işə obyektiv baxmayacaq. “Çünki vəsatətlərin təmin edilməməsindən görünür ki, məhkəmə işə obyektiv baxmayacaq. Amma Hacı Sərdarın ittihamının hüquqi məzmunu o qədər absurddur ki, hüquqa aidiyyəti olmayan adam belə  bilir ki, burada hər hansı cinayət hadisəsindən söhbət belə gedə bilməz. Sərdar Babayev hər hansı ictimai münasibətlərə təhlükə yaratmayıb. Bu o deməkdir ki, burada cinayət tərkibi yoxdur. Əslində məhkəmə obyektiv olarsa ona bəraət verilməlidir”.

Yalçın İmanov ümumilikdə ümidli olduğunu vurğulayıb. “Ümidimiz olmasaydı biz bu işə qoşulmazdıq. Bütün hüquqi proseduraları yerinə yetiririk. Amma məhkəmənin qərarına təsir etmək imkanımız yoxdur. Gərək məhkəmə də ədalətli qərar çıxarsın”.

Sanki bir həkimi xəstəni müalicə etdiyi üçün həbs ediblər ki, sən xaricdə təhsil almısan

Hüquq müdafiəçisi, "Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı"nın sədri Rövşən Əhmədli məhkəməyə münasibət bildirərək deyib ki, ruhaninin belə ittihamla həbs edilməsi gülüncdür. “Namaza görə ruhanini həbs etməkdən absurd bir iş yoxdur. Çünki ruhani namaz qılmalı, namaza rəhbərlik etməlidir. Sanki bir həkimi xəstəni müalicə etdiyi üçün həbs ediblər ki, sən xaricdə təhsil almısan. Yaxud hər hansı bir aşpazı həbs ediblər ki, sən yemək bişirməyi xaricdə öyrənmisən”.

Hələ ki, gec deyil bu məsələni həll etmək olar

DEVVAM sədri Hacı İlqar İbarihimoğlu bildirib ki, hər kəs bilir bu absurddur. Bu gün Mehman Əliyev azadlığa çıxıb. Hesab edirik ki, bütün vicdan məhbusları xüsusi ilə Hacı Sərdar da azad ediləcək. Hələ ki, gec deyil, apellyasiya məhkəməsində bu məsələni həll etmək olar.

Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabr ayının 25-ə saat 09:30- atəyin edilib.

Xatırladaq  ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun barəsində polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib./maide/


577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
15