Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2020

HALAL BALIQLAR

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Dost və tanışların balıq barəsində bizə ünvanladığı sualları nəzərə alaraq kiçik bir təhqiq edib bu məqaləni hazırlamğı qərara aldıq.
Bildiyimiz kimi Qurani-Kərimdə bir çox hökmlər ümumi surətdə bəyan edilmişdir. Onların cüziyyatı (açıqlaması və ya incəlikləri) isə bizə Əhli-beyt (ələyhimussalam) tərəfindən bildirilmişdir. Məsələn, namazların neçə rükət olması Qurani-Kərimdə yoxdur. Lakin onların sayı hədislərdən məlum olur.
Həmçinin balıq barəsində Müqəddəs Kitabımız ümumi surətdə xatırladır. Amma onun və ya dəniz heyvanlarının hansının haram, yaxud halal olması isə bizə Məsumlar (ələyhimussalam) tərəfindən çatır. “Fatir surəsinin 12-cü ayəsində oxuyuruq:

وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُون


«İki dəniz (göllər, çaylar, dənizlər və okeanlar) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara-yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)»

Başqa bir ayədə belə buyurulur:

وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُواْ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُواْ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ


«Və təzə ət yeməyiniz, taxdığınız bəzəkləri (inci, sədəf, mərcan və s.) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan!) Sən gəmilərin orada (suları) yara-yara üzüb getdiklərini görürsən. (Bütün bunlar) Onun lütfündən ruzi diləyib axtarmanız və (Ona) şükür etməniz üçündür.» (“Nəhl” surəsi, ayə 14.)
Hər iki ayədə zikr olunan لَحْمًا طَرِيًّا (ləhmən tariyyə) “təzə ət” mənasındadır. Bu da həm pulcuqlu balıqlara, həm də dənizə aid olan halal quşlara (məs; qağayılara) işarədir.
Ustad Möhsin Qiraəti bu ayənin təfsirini belə açıqlayır:

Nöqtələr

İnsanın həyatında dənizin mühüm rolu var. Dənizin suyu buxar, bulud və yağış qaynağıdır. Dənizin dibi insanı ən ləziz balıqlarla təmin edir, onun səthi isə ən ucuz nəqliyyat vasitəsidir. Bütün bunlar Allahın tədbir və qüdrəti sayəsində başa gəlir və insanın bu sahədə heç bir rolu yoxdur.

Bildirişlər

1. Dənizlər bütün əzəmət və coşqunluğu ilə ram edilmiş və insanın xidmətinə verilmişdir.
2. Dəniz təzə və sağlam ətlə təmin edən ən mühüm mənbədir.
3. Allah insanın təkcə su və qida kimi ilkin ehtiyaclarını yox, həm də zinət istəklərini belə təmin etmişdir.
4. Dəniz ən üstün təbii zinətləri insana hədiyyə edir.
5. Ümumi qanuna əsasən, haramlığına xüsusi dəlil olmayan dəniz heyvanı halal sayılır.
6. Ətin təzəliyi də bir dəyərdir.
7. İnsan çalışmalı olsa da, ruzi verən Allahdır.
8. Ləzzətlər də məqsədli olmalıdır. (“Nur” təfsiri, c. 6.)

İran İslam inqilabına kimi heç bir müctehidin dilindən və onun ofisindən hansı balığın halal, yaxud haram olmasını eşitməmişdik. Fətva həmişə belə olmuşdu: Pulcuqlu balıqlar halal, pulcuğu olmayanlar isə haramdır. Çünki hər bir sahənin öz mütəxəssisi vardır. Müctehid balıq üzrə mütəxəssis olmadığı üçün onun buyurduğu cavab da ümumi surətdə bəyan edilir. Yəni hansı balığın halal, yaxud haram olması müqəllidin öz ixtiyarına qoyulur.

İslam inqilabından sonra isə mərhum Ayətullahul-uzma seyyid Ruhullah Musəvi Xomeyni necə deyərlər, balıq barəsində olan məsələni daha da asanlaşdırdı. O, 1983-cü ildə balıq mütəxəssislərinə təhqiq aparmağı və pulcuqlu balıqların adlarını tanıtdırmaq üçün göstəriş verdi. “Risaleye novin” kitabının 3-cü cildində balıq barəsində bəhs olunan məsələlərin tərcüməsini qeyd edirik:

-Dəniz heyvanları arasında təkcə balıq və bəzi dəniz quşları yeməlidir. Digər növ dəniz heyvanları hətta, quruda yaşayan və yeyilməsi caiz olan heyvanlara oxşasa da – lamantin (Ламантины (rus.). Manatee (ing.).) kimi əqvaya (Üstün nəzərə görə.) əsasən, haramdır.

-Balıqlar arasında təkcə əsl yaradılışında pulcuqlu olan balıqlar yeməlidir. Baxmayaraq ki, onların pulcuğu sonradan hər hansı səbəbdən tökülmüş olsun. Məsələn, somon (Cёмга (rus.). Salmon (ing.). Sombalığı (türk.)) (sombalığı) kimi. Rəvayətdə gəlmişdir ki, somon bir növ bədxasiyyət balıqdır, özünü hər şeyə çırpdığı üçün pulcuqları tökülür. Əgər onun qulağının dibinə baxsanız, onda pulcuğun olduğunu görərsiniz.
-Pulcuqlu balıqların növləri arasında heç bir fərq yoxdur və onların hamısı istər kiçik olsun, yaxud böyük, istər erkək olsun, yaxud dişi, istər dəniz balığı olsun, yaxud çay balığı, istər çəki (Карп (rus.). Cyprinus (ing.)) olsun, yaxud əlin içi boyda olan fitən (Анчоусы (rus.). Engraulis (ing.).) balığı, istər buğlu balıq (Налим (rus.). Lota lota balığı. Burbot (ing.)) olsun, istər ançous (Анчоусы (rus.). Engraulis (ing.)) olsun, istərsə də uçan balıq (Летучие рыбы (rus.). Flying fish (ing.)) halaldır. Xülasə, ilanbalığı kimi pulcuqlu olmayan bütün balıqların əti yeməli deyil.

-Balığın kürüsü halal və haram olmaqda balığın özünə tabedir. Yeyilməsi halal olan hər növ balığın kürüsü, hətta çox yumşaq və yapışqan olsa belə halaldır. Yeyilməsi haram olan hər növ balığın kürüsü, hətta bərk olsa da haramdır. Əgər kürünün halal, yaxud haram qəbildən olmasını ayırd etmək mümkün olmasa, ehtiyat budur ki, yumşaq və yapışqan olduğu surətdə onu yeməkdən çəkinsinlər. Amma bərk və onun kimi olsa, yeyilməsi halaldır.

İstifta

Sual: Nərə (Осетры (rus.). Acipenser (ing.)) balıqları (kürülü balıqlar) pulcuqlu balıqlar növündəndirmi? (Nərələr (lat. Acipenseridae) – Nərəkimilər dəstəsinə aid balıq fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iyşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin (nərələrin) 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır.)
Cavab: Sualda qeyd olunan balıq barədə etimad edilən mütəxəssislərin nəzəri etibarlı sayılır və onların nəzərinə uyğun əməl etmək olar.

1983-cü ilin ortalarında nərə, ağ balıq (Белуга (rus.). Beluga (sturgeon) (ing.)) (bölgə), uzunburun (Севрюга (rus.). Starry sturgeon (ing.)) balıqlarının halal, yaxud haram olmasının araşdırılması məqsədilə Gilan əyalətində yerləşən Ənzəli şəhərində mərhum İmam Xomeyninin nümayəndəsi, həmçinin Gilan, Mazandaran, Qum və mərhum İmam Xomeyninin ofisinin ruhanilərindən bir qrupu, habelə balıq tanıyanlar, ətraf mühit elmləri üzrə ustadlar və etimad olunan balıq mütəxəssislərinin iştirakı ilə seminar keçirildi. Seminarda mütəxəssislər öz əlləri ilə aşağıdakı cümləni yazdılar və imza etdilər:
“Xəzər dənizində yaşayan müxtəlif növ nərə, uzunburun, kələmo (Шип (rus.). Bastard sturgeon (ing.)) və ağ balıqlarının bədənlərinin bəzi hissələrində, xüsusilə də quyruq finunun üst kökündə badamvari pulcuqlar vardır.”

İmza edən mütəxəssislərin adları bunlardır:

1-Doktor Qulamhüseyn Vusuqi - Hamburq Universiteti balıqşünaslıq fakültəsinin doktoru;
2-Doktor Baba Muxəyyər -Tehran Universiteti, Baytarlıq İnstitutunun dosenti;
3-Doktor Qubad Azəri Takami - Tibb İnstitutunun dosenti;
4-Huşəng Qiyasi - Suda yaşayanlar, balıqların yetişdirilməsi, artırılması və balıqşünaslıq üzrə mütəxəssis, İngiltərə Universitetinin məzunu;
5-Doktor Behyar Cəlali Cəfəri - Su heyvanları üzrə mütəxəssis;
6-Əlirza Firdosi - Su Heyvanları Bölməsinin rəhbəri;
7-Mehdi Yusifyan - Balıq yetişdirilməsi və artırılması üzrə mütəxəssis;
8-Muhəmməd Səid - Ətraf mühit üzrə mütəxəssis və Ətraf Mühitin Qorunması Təşkilatının Su Heyvanları üzrə Bölməsinin rəhbəri;
9-Mehdi Gülsoxən - Balıqşünaslıq, balıq artırılması və yetişdirilməsi üzrə mütəxəssis, Balıq Artırma Akvakultura Təsərrüfatları Təşkilatının rəhbəri;
10-Əbulqasim Şəriəti Feyzabadi - Balıqşünaslıq, balıq artırılması və yetişdirilməsi üzrə mütəxəssis. (Səh. 158-160.)

Deməli, yuxarıda zikr olunan balıqlar halaldır və müsəlmanlar çəkinmədən Allahın bu nemətlərindən istifadə vedə bilərlər. Amma görəsən, nə üçün müsəlmanlar indiyə kimi bu balıqların haram olmasını hesab edir və onları yeməkdən çəkinirdilər. Görəsən səbəb nə idi? Bunu müsəlmanların öhdəsinə buraxır və bu barədə araşdırmağı xahiş edirik.

İndi isə balıq barəsində bir neçə sual-cavabı diqqətinizə çatdırmaq istərdik:

1. Sual: Xaricdən idxal edilmiş balıqların şəri baxımdan hökmü nədir? Balığın təzkiyəsində onu ovlayanın müsəlman olması lazımdırmı? Cavab: Balığın haradan gətirilməsi məlum olmasa halaldır. Habelə müsəlman ölkəsindən gətirilməsi məlum olsa, halaldır. Lakin küfr ölkəsindən gətirilibsə, o surətdə halaldır ki, idxal edən müsəlman üçün onun təzkiyə olunmasının sübuta yetdiyini və bundan sonra müsəlmanlara verməsini güman etsin. Balığı ovlayan şəxsin müsəlman olması lazım deyil və balığı sudan diri çıxartması və quruda ölməsi kifayətdir.
2. Sual: Hansı balıqlar halaldır? Balığın halal olması üçün hansı şərtlər olmalıdır? Cavab: İlk yaranışdan pulcuqlu yaranmış balıqlar – hər hansı səbəbdən sonradan pulcuqları tökülsə də - sudan diri tutulsa və sudan kənarda can versə, pakdır və onu yemək halaldır. Suda (misal üçün, zəhər vasitəsilə) ölsə, pakdır, amma onu yemək haramdır. Lakin balıqçının toruna ilişib suda ölsə, onu yemək halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də onu yemək haramdır.
3. Sual: Krevet və xərçəng yemək olarmı? Cavab: Meyqu (krevet) sudan diri tutularsa, halaldır. Digər dəniz heyvanları, o cümlədən xərçəng növləri isə halal deyil.
4. Sual: Bir balığın pulcuqlu olub-olmaması ilə bağlı şəkkimiz varsa, onu yemək olarmı? Həmçinin bir heyvanın krevet yaxud xərçəng olmasında şəkk etsək, vəzifəmiz nədir? Cavab: Qeyd olunanların heç birini yemək olmaz.
5. Sual: Xarici ölkələrdən idxal olunmuş balıq və konservləri hansı şərtlərlə yemək olar? Cavab: Balıq iki şərtlə halaldır: Pullu növdən olsun və sudan diri halda çıxarılsın, yaxud torda və s. ölmüş olsun.
Qeyri-müsəlman ölkələrdən idxal olunan və müsəlman bazarında satılan və yaxud müsəlman satıcıdan alınan balıqlarla əlaqədar ikinci şərtlə bağlı arxayınlıq əldə etmək olar. Bu formada ki, satışa çıxarılan balıqlar balıqçı gəmilərlə tutulur. Onlar balığı diri-diri sudan çıxarırlar. Onların arasında ölü balığın olması nadir halda baş verir. Amma birinci şərt baxımından əgər balığın dərisi soyulmamış olsa, baxmaq lazımdır ki, pulu var, yoxsa yox. Dərisi olmasa (misal üçün konserv balığı kimi), amma növü - misal üçün tuna və sardin balıqlarının konservi kimi məlum olsa və onu istehsal edən ölkə qutunun üzərindəki etiketlə içindəki malın eyni olmasına diqqət edirsə, arxayınlıq əldə etmək olar ki, bu balıq halal növdəndir. Əks halda əgər satıcı dindardırsa, eləcə də pulsuz balığı haram bilən məzhəbdəndirsə və onun balığın növünə diqqət etməsi ilə bağlı güclü ehtimal varsa, ona inanmaq olar.
Sonda isə aparılan təhqiqatlara əsasən bəzi pulcuqlu balıqların siyahısını nəzərinizə çatdırmaq istərdik. Fars dilində təhqiq apardığımız üçün bəzi balıqların adı Azərbaycan dilində internetdə olmadığı üçün tapa bilmədik. Buna görə də həmin balığı ya rusca, ya ingiliscə, ya da türkcə qeyd etdik.

1-Sardina: Европейская сардина (rus.). European pilchard (ing.)
2-Sayda: Сайда (rus.). Pollachius virens (ing.)
3-Çəkilər: Карпы (rus.). Cyprinus (ing.)
4-Adi çəki: Сазан (rus.). Common carp (ing.)
5-Uzunüzgəc tunes: Длиннопёрый тунец (rus.). Albacore (ing.)
6-Tunes: Тунцы (rus.). Thunnus (ing.)
7-Alabalıq: Форель (rus.). Trout (ing.)
8-Dəniz dili: Европейская солея (rus.). Common sole (ing.)
9-Siyənək: Сельди (rus.). Clupea (ing.)
10-Xanı balığı: Речной окунь (rus.). European perch (ing.)
11-Treska: Трески (rus.). Gadus (ing.)
12-Adi durna balıq: Щука (rus.). Northern pike (ing.)
13-Alosa: Алозы (rus.). Alosa (ing.)
14-Lilbalıq: Линь (rus.). Tench (ing.)
15-Şirbit: Обыкновенный усач (rus.). Common barbel (ing.)
16-Qızılüzgəc: Краснопёрка (rus.). Common rudd (ing.)
17-Adi şəmayi: Уклейка (rus.). Common bleak (ing.)
18-Qılıncbalıq: Чехонь (rus.). Pelecus cultratus (ing.)
19-Göy balıq: Синец (rus.). Ballerus ballerus (ing.)
20-Dəniz kambalası: Морская камбала (rus.). European plaice (ing.)
21-Xəşəm: Жерех (rus.). Asp (fish) (ing.)
22-Qara xanı balığı: Чёрные окуни (rus.). Micropterus (ing.)
23-Qafqaz enlibaşı: Голавль (rus.). Squalius cephalus (ing.)
24-Adi külmə: Обыкновенная плотва (rus.). Common roach (ing.)
25-Enlibaş: Язь (rus.). Ide (fish) (ing.)
26-Qarasol: Рыбец (rus.). Vimba vimba (ing.)
27-Qolyan: Обыкновенный гольян (rus.). Common minnow (ing.)
28-Skumbriyalar: Скумбрии (rus.). Scomber (ing.)
29-Çapaq: Лещ (rus.). Common bream (ing.)
30-Daban balıq: Караси (rus.). Carassius (ing.)
31-Kefalkimilər: Кефалёвые (rus.). Mulet (ing.)
32-Kütüm (ziyad): Кутум (rus.). Caspian kutum (ing.).
33-Qızılı balıqcıq: Золотая рыбка (rus.). Goldfish (ing.)
34-Qızılbalıqlar: Лососёвые (rus.). Salmonidae (ing.)
35-Lavrak: Обыкновенный лаврак (rus.). European bass (ing.)
36-Ağ amur: Белый амур (rus.). Grass carp (ing.)
37-Yaşıl qılınclı: Зелёный меченосец (rus.). Green swordtail (ing.)
38-Kərgə: Горчаки (rus.). Rhodeus (ing.)
39-Qafqaz üstüzəni: Верховка (rus.). Leucaspius delineatus (ing.)
40-Mercan balığı (türk.). Золотистый пагр (rus.). Red porgy (ing.)
41-Dil balığı (türk.). Flounder (ing.)
42-Вьюны (rus.). Misgurnus (ing.)
43-Европейская корюшка (rus.). European smelt (ing.)
44-Европейский хариус (rus.). Grayling (species) (ing.)
45-Хариусы (rus.). Thymallus (ing.)
46-Бычеглазы (rus.). Catalufa (bigeye)
47- Быстрянка (rus.). Alburnoides bipunctatus (ing.)
48-Плотвы (rus.). Rutilus (ing.)
49-Золотистый спар (rus.). Gilt-head bream (ing.)
50-Гладкий ромб (rus.). Brill (fish) (ing.)
51-Обыкновенный подуст (rus.). Common nase (ing.)
52-Елец (rus.). Common dace (ing.)
53-Пагры (rus.). Pagrus (ing.)
54-Белый сарг (rus.). Sargo (ing.)
55-Луциановые (rus.) Lutjanidae (ing.)
56-Серебристый памп (rus.). Pampus argenteus (ing.)
57-Узкополосая макрель (rus.). Narrow-barred Spanish mackerel (ing.).
58-Желтопёрый каранкс (rus.). Giant trevally (ing.)
59-Барракуды (rus.). Barracuda (ing.)
60-Ставридовые (rus.). Carangidae (ing.)
61-Torpedo scad (ing.)
62-Рыбы-попугаи (rus.). Parrotfish (ing.)
63-Black pomfret (ing.)
64-Серебристый памп (rus.). Pampus argenteus (ing.)
65-Спаровые (rus.). Sparidae (ing.)
66-Длиннохвостый тунец (rus.). Thunnus tonggol (ing.)
67-Малый восточный тунец (rus.). Euthynnus affinis (ing.)
68-Большая корифена (rus.). Mahi-mahi (ing.)
69-Индийский алект (rus.) Indian threadfish (ing.)
70-Redmouth grouper (ing.)


863 dəfə baxılıb
در حال ارسال اطلاعات...