Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2019

Hacı Mövsüm - Şeir

Zalım hakimə söyləmək haqqı, cihadi əkbərdi dində,
Hacı Mövsüm etdi bunu, durdu dinin keşiyində.
Sözün söylədi Yəzidə, bütün nəslinə, həm Hində,
Dəf etdi haqqın üzündən hicabları, məftilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

İslama sən şərəf verdin, Azərbaycanda ay Hacı!
Haqq sözünlə sındı batil, batilə haqq söz çox acı.
Tərənnüm etdiyin hizbin, sən başına qoydun tacı,
Sözlərinlə vurdun neçə hakimləri, qafilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Hər zaman İslam mövsümü, çünki hakim Allah Özü,
Nadan dərk etməyir bunu, səbəb - kor olmuşdur gözü.
Zahirdə zindan görsənən, batində Cənnətdir düzü,
Kafir xəyal edən "Cənnət", Cəhənnəmin mənzilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

İtirməkçün imkanların, kafirlər düşmüş qorxuya,
Nigarandır batil əhli, həsrət qalmışlar yuxuya.
Möminlər nura qərq olmuş, zalımlarsa pis qoxuya,
Hakimləri bərk qorxutmuş, Şeyx Sərdarı, Abgülləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Haqq səsini boğmaq olmaz, çünki, Allahın səsidir
Allaha zidd getmək olmaz, bu Şeytanın fitnəsidir
Həccacıdır, Mərvanıdır, Qeys ibni Əşəsidir
Məhv etmiş səndən betərin, Allah neçə nəsilləri
Din sahibsiz deyil əlbət, var Mövsümtək öncülləri

“Əhli-Beyt”in diyarı bu, "Əhli-Beyt"dən almış ilham,
Xain düşmən zülm etsə də, çox çəkməz bu, etməz davam.
Nəfsinə uymuş nadanlar, ağıldan kəm, ağlı natamam,
Bunların yox öz sözləri, şeytan olmuşdur dilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Arxalanma silahına, arxalanma sən qəsrinə!
Keçmişlərə bir nəzər sal, loğvalanma öz əsrinə!
Bax tarixin Romasına, bax tarixin sən Misrinə!
Sal yadına Fironları, sal yadına Qabilləri!
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Sehyonistə qul olmuşlar, Azərbaycan rəhbərləri,
Haqq deyəni həbs edirlər, həbs edirlər mərd ərləri.
Xalqa tətbiq eylədilər böhtanları, çox şərləri,
"Fil Əshabın" unutmuşlar, Allah saxladı filləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Zülmün sonu bil od olar, Cəhənnəmdə yanarsan sən,
Yaxınların yetməz dadə, öz atanı danarsan sən.
Bir gün gələr bu sözləri, doğru-düzgün sanarsan sən,
Xatırlayıb ağlayarsan, zülm etdiyin bu illəri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Fürsət vermiş kafirlərə, Allah bir azca müddəti,
Ki, odların çoxaltsınlar, budur fəlsəfə illəti.
Zülm eylədiz insanlığa, qırdız günahsız milləti,
Mənən öldürdüz insanı, manqurd etdiz nəsilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Tarix ibrətlər dərsidir, zülm eyləyən almaz ibrət,
Çünki günah edənlər də göstərməz bu fəaliyyət.
Möminlərlə Allahındır, sonda olan qalibiyyət,
Allah təmizlər yolundan maneləri, zibilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Dünya Allah məhzəridir, insan olunur imtahan,
Qəflətə düşdükdə nadan, yadından çıxır Yaradan.
Zülm də bundan başlayar, davam edər zaman-zaman,
Gələr İmam Zaman, kəsər nahaqdan vuran əlləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Haqq deyilməz, haqq nazilər, haqq aradan getməz tamam,
Hər dövrdə, hər bir zaman vardır Rəbbani bir İmam.
Allah əmrində gözləyər, münasib vaxt eylər qiyam,
Məğlub edər tağutları, məhkum edər rəzilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!

Haqq yolunda xəyanət var, haqq yolunda rəşadət var,
Haqq yolunda təcavüz var, haqq yolunda şəhadət var.
Haqqa tabe olan qullar, Yəzid kimi nəcasət var,
Sərdar, qurtar uzatma çox, bunlar qanmaz təmsilləri,
Din sahibsiz deyil, əlbət var Mövsümtək öncülləri!


975 dəfə baxılıb
در حال ارسال اطلاعات...