Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2019

Allahdan başqa kimsədən qorxmayan demokrat rəhbəri nadanımıza necə tanıtdıraq?

Bizdə hər şey, bütün postlar bir diktatorun əlində cəmləşdiyi üçün prezidentin seçdiyi adam öz başınadır ki, istefa versin?
Ali Məqamlı Rəhbər Ayətullah Xamenei dünyanın supergüclərinin (əlbəttə İran bu stereotipi ayağının altına çoxdan qoyub) diqqət mərkəzində olduğu İranın mərkəzi Tehranın düz mərkəzində həmin supergüclər tərəfindən təklənən Suriya prezidenti Bəşar Əsədi qəbul edir. Onu bağrına basır, təbrik edir, Suriya ordusunun qələbəsindən ötrü sevindiyini açıq aşkar bildirir.

Bəşar Əsəd digər ərəb dövlətləri kimi bir dövlət olan Suriyanın faktiki prezidentidir. Hələ də adı "Suriya prezidenti Bəşar Əsəd" deyə anılır. Bu işdə Allahın sonsuz lütfü sayəsində İran İslam Respublikasının, şəxsən Ayətullah Xameneinin əvəzolunmaz rolu vardır.

Ayətullah Xamenei Allahdan başqa heç kimdən qorxmayan insandır. Dəlili də elə Bəşar Əsədin Tehrana gəlməsidir. Bütün dünyada Əsəd terrorçu, xain, devrilmiş prezident kimi qəbul edildiyi halda İran lideri bu adamı bağrına basmaqdan çəkinmir. Bütün dünyada Bəşar Əsədin adının çəkilməsi təhlükəli olduğu halda Ali Dini Lider bütün dünyaya (şər qüvvələrə) meydan oxuyur.
Digər Ərəb dövlətlərinin liderlərindən olan Qəzzafini, ondan əvvəl Səddamı yerin deşiyindən tapıb çıxardıb məhv eləmişdilər. Amma Bəşar Əsəd bu gün Tehrana açıq-aşkar gəlir, kimsədən çəkinmir.

Ali Məqamlı Rəhbərin Suriya prezidentinə söylədiyi iki kəlmə sözün dünyada misli yoxdur. Bu sözə söz ola bilməz. Onu təbrik edərkən buyurur ki, Suriyanın qələbəsi Qərbin və amerikalıların planlarına sarsıdıcı zərbə endirib. Amma yenə ehtiyatlı olmaq lazımdır. Çünki onlar yeni planlar quracaqlar. Trampı, Amerika siyasətini, ordusunu, gücünü, müttəfiqlərini ayaqlarının altında əzən Ali Məqamlı Rəhbər həm qələbə münasibətilə təbrik edir, həm də bundan sonra da Allaha təvəkkül edib irəliləməyi tövsiyə edir.

Eyni gündə İranın XİN başçısı Cavad Zərifin istefa verməsi xəbərləri yayılır. Mən isə Bəşar Əsəd söhbətindən sonra İran XİN başçısının istefa xəbərinə sevinən, bunu dövlətin güya çöküş astanasında olması kimi dəyərləndirən nadanımızla bu haqda danışıram. Nadanımız deyir ki, XİN başçısının istefası o deməkdir ki, dövlətin sonu çatıb. Mən isə deyirəm ki, Ali Məqamlı Rəhbərə vəzifədə qalıb kömək etməyən insan barədə nə deyə bilərik. Ali Məqamlı Rəhbər ona deyil, Allaha təvəkkül edirdi. Onun yerini isə tutan tapılar.

Üstəlik nadanımız öz ölkəmizdə geniş yayılmış - hansısa nazirin həddi nədir öz xoşuyla istefa versin – fikrini ikiəlli dəstəkləyən adamdır. Cavad Zərifin istefası ona qəribə gəlib. Xeyr, burada "evdə bişməyib, qonşudan gəlməyib" misalı tam olaraq dəqiq deyil. Bir hissəsi doğrudur, özündə həqiqəti əks etdirir. Çünki həqiqətən də evdə (öz ölkəmizdə) belə bir şey bişməyib. Çünki bizdə hər şey, bütün postlar bir diktatorun əlində cəmləşdiyi üçün prezidentin seçdiyi adam öz başınadır ki, istefa versin? Amma bu təcrübə qonşudan (İran İslam Respublikasından) gəldiyi üçün misalın "qonşudan gəlməyib" hissəsi ilə razılaşmaq olmur.

İran İslam Respublikasının rəhbərləri demokratdır. Ürəyin istəmir, işləmək istəmirsən, dini dövlətə fayda vermək istəmirsən? Qapı açıqdır. Gələndə də xoş qarşılamışdıq, gedəndə də xoş getdin.

Həmin gündə - 26 Fevralda başq abir hadisə baş verib. Xocalı qətliamı. Nadanımız isə belə inanır ki, İran İslam Respublikası bu mövzuda Azərbaycana kömək etmir. Halbuki Ali Məqmalı Rəhbərin öz sözüdür, deyir ki, Qarabağ İslam məntəqəsidir, orada ölən şəhiddir. Ali Məqamlı Rəhbərin Ərdəbil nümayəndəsi, imam Cümə, həmyerlimiz, həmşəhrimiz olan Ayətullah Həsən Amili tez-tez çıxıb Ermənistanın işğalçı olmasından danışır, Azərbaycana və azərbaycanlılara yardım etməyə hazır olduğunu bildirir. Dəfələrlə İran hərbçilərinin Azərbaycana yardım üçün gəldiklərinin şahidi olmuşuq. Bütün bu deyilənlərdən sonra yenə də qalırsan öz nadanımıza Ayətullah Xameneini necə tanıtdırasan.


615 dəfə baxılıb
در حال ارسال اطلاعات...