Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2018

Kefli İsgəndərlə kefli Abel və şeyx Nəsrullahla, Şeyx Allahşükür Paşazadə

BDU-nin rektoru, guya akademik Abel Məhərrəmovun çaxır söhbətini eşitməyən qalmadı. Özü də iyirmi ildir soyub qurtara bilmədiyi bir universitet (o universitet ki, qabaqlar "Azərbaycan Dövlət Universiteti" idi, bir nömrə idi Azərbaycanda) indi bəzilərinin yadına düşüb. Nədənsə iyirmi ildə heç zad etmirdilər, indi bir çaxıra görə Universitetdə araşdırmalar başladılıb. Əslində balaca iş deyil, bu çaxır şeytan nəcisidir, evləri dağıdır, necə ki, Abel Məhərrəmovun "evini" də dağıtdı.
Sözüm bu deyil. Bilirsiz ki, Abel Məhərrəmov Şeyxülislamın təyyarəsinə iki tonluq çaxır yükləyib (hər halda "Xəzər" TV belə deyib) sonra da içib açarını itirib. Başlayıb Allahşükür Paşazadə ilə də dalaşmağa. Mən bilirəm ki, Abel sevilmədiyi kimi Şeyxülislam da bir çoxları tərəfindən sevilmir. Məsələn Abel alkaşdırsa Şeyxülislama da çoxu şeyx Nəsrullah kimi baxıla bilər. Deyəsən ikinci "Ölülər" çəkiləcək. Burada Mirzə Cəlilə rəhmət oxumaq olmaz, elə bu bəs edər ki, "gorun çatlasın Mirzə" deyək. Ona görə ki, bir əsr sonra bir daha sübut oldu ki, kefli İsgəndərlər ancaq Mirzə Cəlillə eyni ağılda olan insanlar tərəfindən Şeyx Nəsrullahlara qalib ola bilər. Baxın, "Xəzər" TV kimi FETÖ-çü kanallar və onların təbliğatı ilə gedənlər yuxarılardan "dabro" alıb Abeli çaxır dənizində boğdular. Mirzə Cəlil də xalqa sırımaq istəyirdi ki, kefli İsgəndər yaxşıdır, maarifçidir, oxumuş adamdır, fransızca danışır və xalqın dərdi, cəhaləti onu içməyə vadar edir. Abel ki dərddən içmirdi. Adamın bir dərdi var idi, o da prezident olmaq. Qalanı isə boğaza qədər varı idi. Oğul vəzifədə, qardaş, kürəkən iş sahibi, özü rektor (rüşvət) özü də çaxırları gətirib öz restoranlarında satdırmalı idi. Ən əsası isə kefli İsgəndərdən də savadlı idi – kişi akademik idi. Amma görürsüz ki, cəmiyyət də yaxşı reaksiya vermədi. Ola bilər deyəsiniz ki, axı kefli İsgəndər xalqı soymurdu. Olsun, Abelin də xalqı soymağı bu həddə aşkar deyil idi. Amma çaxır onun bütün "zibillərinin" üstünü açdı. Şeyx Nəsrullah adlandırılan Allahşükür Paşazadə isə heç qınanmadı. Budur bax, Mirzə Cəlil və cəlilçilər burada "nakauta" düşüblər. (Müasir oğlanlar demişkən, təkərə düşüblər) Bir daha sübut olur ki, çaxırdır, araqdır bütün bunlar şeytan nəcisidir. İçən bu günə düşür. Mirzə Cəlilin qəhrəmanı olan kefli İsgəndər də yüz faiz "it günündə" idi, amma Mirzə Cəlil camaata sırımağa çalışırdı ki, yoxe, elmli olmaq lazımdır, din, dindar, şeyx bunlar saxtadır. Bu da sizə yeni tema, buyurun kinonu təzədən çəkin. Amma orda "Mirzə Cəlil deyən tərəfə gedək" cümləsini işlətməyin.


164 dəfə baxılıb
در حال ارسال اطلاعات...