Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2018

Cəddinə Sadiq

Dinin bəşərə çatmasına xidmətin olmuş,
Elmin yayılıb artmasına himmətin olmuş.
Ey Şeyxül-Әimmə, nə qədər zəhmətin olmuş,
Vacibdi məhəbbət Sizə, əmr etmədə Xaliq.

Fürsət ələ düşdükdə, Üməyyə çəkişərkən,
Abbasi ilə bir-birini qanə bələrkən.
Din maarifini eyliədin əhya, Sənə əhsən!
Oldun dininə, məktəbinə, Cəddinə Sadiq.

İndi Ağacan məzhəbimiz bağlı adınla,
Zinət veririk məclisə zikrinlə, yadınla.
Bir eylə şəfaət bizə rəhmət qanadınla,
Sənsən Qurana Hafız olan, həm də ki, Natiq.

Allah yolunda çəkmisiniz çoxlu əziyyət,
Abbasi ilə Bəni-Üməyyə elədi xeyli cinayət.
Düzgün dini çatdırdı bizə ancaq İmamət,
Allah buyurubdur: Bu xilafət sizə layiq.

Sәndәn Ağa can çoxlu hәdislәr bizә çatmış,
Allah Sizә xatir bizi, bu xalqı yaratmış.
Allah Özü seçmiş Sizi alәmdә ucaltmış,
Hәr kәs tanıdı Sizlәri, oldu Sizә aşiq.

Dörd min tәlәbәn dörd tәrәfә elmini yaymış,
Gördüklәri әxlaqını, hәm helmini yaymış.
Mәnsurtәki o qan içәnin zülmünü yaymış,
Batdı әli Mәsum qanına azdı o zındıq.

Bir şәxs ki, adı Süfyan idi, oldu iradı:
"Cәddin Әli tәk bәs niyә sәn geymәdin adi?"
Dәrviş libası altda zәrif paltarı vardı,
Hәzrәt ona çatdırdı ki, gәl olma münafiq.

Dostluq adı ilә biri dә get-gәl edәrdi,
Bir zәnci qulu vardı ki, yolda lәngiyәrdi.
Söydü anasın zәnci qulun, soydü o mәrdi,
Hәzrәt onu tez qovdu : "Uzaq ol mәndәn, a fasiq!"

Vardır neçә amil saxlayıb dini, imanı,
Bir Hәzrәt Hüseyndir ki, axıb sәhrada qanı.
Bir dә О, İmam Sadiq olub, elmi, bәyanı,
Hәr Mәsum edib işlәrini dövrә müvafiq.

Hәr dövrә münasib verilib insana mәrcan,
Bәzәn duadır, bir dövrdә sülh, bәzәn olub qan.
İndi bizә elm әsri vеrir hәr cürә imkan,
Hәr bir hәdisin var sәnәdi, olmada tәhqiq.

Lakin o biri Əimmәdә fәrqlidi dövran,
Nadan sürüsü qoymadı maariflәnә insan.
Lakin Әmәvi sülalәsi büdrәyәn zaman,
Mәsum İmamın elminә, dirçәldi hәqaiq.

Vardırsa zülm, Kərbü-bəla meydanı vardır,
Həmçin İmamın, Ali-Rəsul heyranı vardır.
Onlarla müxaliflər olan şeytanı vardır,
Lakin yolumuz varsa da O, Cəfəri Sadiq.

Kərbəla məktəbi aləmdə gərək məşhur ola,
Tanısa hər kim onu, bir daha dönməz, o qula.
Bu səbəbdən Şeytan mane olur hey bu yola,
Zəlil olmuş sonda, hər kim olubdursa rəqib.

İndi Axirəzzəman əsridir, hər kəs ələnir,
Kimi Allaha tutur üz kimi şərdən dilənir.
Kimi haqqa, kimi də batili rəngə bələnir,
Ağıl söyləyir bizə gəl, əğyarə olma rəfiq.

Hər dövrə baxırsan, dayazı, yüngülü çoxdur,
Bundan belə biganələrin müşkülü çoxdur.
Cismən yaşayan, batıni bərbad, ölü çoxdur,
Sərdar, yolu göstərdi sənə çoxlu mühəqqiq.


37 dəfə baxılıb
در حال ارسال اطلاعات...