Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2017

"Var oxşarı Peyğəmbərə xəlqən, həmi xülqən" - Şeir

Həzrət Əli Əkbərə (ə) həsr olunur

İnsu - cini heyrətdə qoyubdur Əli Əkbər,
Tərif eləyir şəninə, göylərdə mələklər!

Var oxşarı Peyğəmbərə xəlqən, həmi xülqən,
Əxlaq da gözəl, nur da saçır nurlu üzündən
Hətta onu gördükdə belə söylədi düşmən:
"Yoxsa dirilib, cəngə gəlib bizlə Peyəmbər?"

Peyğəmbəri hər kəs darıxıb, arzu edərkən,
Eylərdi Əli Əkbərə diqqət, keçirərlərdi nəzərdən.
Sevmiş onu haqq əhli, seçilmiş o bəşərdən,
Yer əhli də məftun, Ona heyrandı çiçəklər.

Məcbur qalaraq düşdü qərib, el-obasından,
Səbr eyləməyi irs aparıbdır babasından.
Vəfalı Zeynəbindən, vəfalı Abbasından,
Qundaqda da bir qardaşı vardır, Əli Əsğər.

Hazır idi etsin canını Allaha qurban,
Bu niyyət ilə etdi təmənna atasından.
"Haqq yolunda ölmək bizə izzətdi pedərcan,
Biz haqda ikən cəngidə ölmək bizə neylər?"

Düşmən onu gördükdə qaçıb tez səpələndi,
Namərdlik ilə qətl olunub, qanə bələndi.
Dünya qəmə batdı, başına küllər ələndi,
Qan ağladı Zəhra, buna həm ağladı Heydər.

Dözsün buna Zeynəb necə səbr eyləsin indi?
Gördükdə Hüseynə bunu görmək nə çətindi.
Tez qaçdı ora, söylədi : "Qurban, bu, bibindi!",
Öz oğlu öləndə, onu heç görmədi gözlər.

Rəngi saralıbdır bunu görcək Rübabın da,
Göz yaşlarını hey axıdıbdır niqabında.
Zeynəb kimi göstərdi dəyanət cavabında,
Qol bağlı ikən qalib idi orda əsirlər.

Hər əsgəri bir orduya nisbətdi Hüseynin,
Salmışdı Əli Əkbərə, bir ayrıca meylin.
Bir xatirəsi idi O, Nəbiyyi-Əkrəmin
Vardı Rəsuldan Onda çox nişanələr.

Haqq əhlinə, aşiqlərə candı Əli Əkbər,
Nur saçdı cahanə, özü yandı, Əli Əkbər.
Sanma döyüşə girdi, usandı Əli Əkbər,
Namərd qoşunundan, üz-üzə qaçdı görənlər.

Zalımlara, tağutlara vurdu elə zərbə,
Həm Şərqə nüfuz etdi gücü, həm də ki, Qərbə.
Bu zərbə ilə indi qalıbdır bizə Kəbə,
Durduqca Hüseyn məktəbi, şeytan da vərəmlər.

Yetmiş iki parlaq günəşə bənzəriniz var,
Daim qələbə əldə edən xəncəriniz var.
Sahib Zamana üç yüz on üç əsgəriniz var,
Mütləq qələbə yaxında, Sərdar onu gözlər!


128 dəfə baxılıb
در حال ارسال اطلاعات...