Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2017

UMMU ӘBİHA - ŞEİR

Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Dinə, İslama görə canını qurban elədi,
Haqq səsin qaldıraraq zalıma üsyan elədi.
Adı mömin olanın bir çoxu küfran elədi,
Qənimi oldu neçə üzdən iraq, Fatimənin.
Yaşı az olsa da amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Hələ əvvəldə görüb zülmünü süfyanilərin,
Adı dindar, özü şeytan kimi çox canilərin.
Küfrün əvvəl yaradan bünövrəsin, banilərin,
Oldu düşmənləri "əshab" adı altında yamaq, Fatimənin.
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Yandı Peyğəmbər evi od tutaraq aşkarda,
Belə "əshablara" lənət, görünübdür harda?
Hələ var bunlara rəhmət oxuyan kor,kar da,
Cavan ikən məriz oldu, canı sağ Fatimənin.
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Dedi Peyğәmbәrimiz: "Fatimə canımdı mənim,
Onun qәzәbilә qәzәblәnәr Xudayi-Kәrim,
Ona kim zülm elәsә, içәr Cәhәnnәmdә hәmim,
Dişləyər düşməni orda əl-ayaq Fatimənin."
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Zeynəbin, həm Həsəneynin ürəyin dağladılar,
Ata qollarını rəhm eyləmədən bağladılar.
İnsu cinn, hәtta mələklər də baxıb ağladılar,
Oldu bətnində şəhid məsum uşaq Fatimənin.
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Bu xanım şəni uca on bir İmam madəridir,
Qadın olmaqla bərabər, dinin həm öndəridir.
Rəsulullahə bərabər tay olan da əridir,
Kim ola bilər rəqibi, bu sayaq Fatimənin?
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Ona Peyğəmbərimiz "Anam" xitab eylərdi,
Öpərək əllərini şəninə mədh söylərdi.
Dәrk edә bilmədi "Yer", müştərisi "Göylər"di,
Özü bir huri idi, məskəni bağ, Fatimənin.
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.

Tanrı vacib buyurub zikri ibadətdi bizə,
Atası, məsum İmamlar da şərafətdi bizə.
Etsələr gərçi şəfaət, bu səadətdi bizə,
Bil ki, Sərdar şiəsidir üzü ağ, Fatimənin.
Yaşı az olsa da, amma qəmi dağ, Fatimənin,
Vardır on bir nəfər övladı çıraq, Fatimənin.


1032 dəfə baxılıb
در حال ارسال اطلاعات...