Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2016

Obamanın “gedər ayaq”da verdiyi antiterror əmri...

Suriyada terrorçu liderlərin məhv edilməsi əmrinin arxasında yatan amillər; Pentaqon Suriyada terrorçu ovuna başlayır
Prezident Barak Obama Pentaqona "Fəth əş-Şam" terror təşkilatının (köhnə adla "ən-Nusra") liderlərini öldürmək barədə əmr verib. Bu barədə “Vaşinqton Post” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, Obamanın əmrinə əsasən Pentaqona məxsus pilotsuz aparatlar Suriya ərazisindəki terror təşkilatı liderlərini izləyib məhv edəcək. Qəzetə məlumat verən mənbə bu əmrin səbəbinin "əl-Qaidə"nin Avropanın cənubunda terror aktları planlaşdırması haqda məlumatlar olduğunu deyib. Ancaq bunun indi, ABŞ-da prezident seçkisindən bir gün sonra verilməsi suallar doğurub.

Qeyd edək ki, ABŞ hökuməti “ən-Nusra”nı terror təşkilatı kimi tanısa da, bir sıra Yaxın Şərq ölkələri, o cümlədən Türkiyə Suriyada Bəşər Əsədə qarşı vuruşan əsas silahlı qüvvə olduğu üçün “ən-Nusra” ilə əməkdaşlıq edir. Hətta zaman-zaman bir sıra ərəb ölkələrinin “ən-Nusra”ya silah və maddi yardım etməsi barədə xəbərlər yayılıb. Fakt odur ki, bu qruplaşma İŞİD-dən sonra Suriyada ən güclü və böyük silahlı təşkilatdır.

Eyni zamanda Rusiya bu qruplaşmanı birmənalı olaraq terror təşkilatı hesab edir və Amerikanı Hələbdəki bu qruplaşmaya qarşı kampaniyanı dəstəkləməyə çağırıb. Məhz bu mübahisələr nəticəsində bu ilin yayında "ən-Nusra" adını dəyişərək Şamın Fəth Ordusu edib və "əl-Qaidə" ilə bağlarını qopard