Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

İsrailin məhsullarına qadağa təklifi

Xalqın qadağaları dövlətlərin qadağalarından həmişə təsirli olub. Təbii ki bu gün İran xalqının qadağaları da İslam Cümhuriyyətinin qadağalarından təsirlidir. Xalqın, cəmiyyətin İsrail istehsalı olan məhsullardan imtina etməsi beynəlxalq sanksiyaların ləğvinə aparan bir yoldur.
Azğın İsrail rejiminin Qəzzədə törətdiyi hərbi cinayətlər bir daha göstərdi ki bu saxta rejimin məhvindən başqa çıxış yolu yoxdur. Mövcud mübarizə imkanlarını düzgün dəyərləndirdikdə aydın olur ki təsirli tədbirlərdən biri İsraildə istehsal olunan məhsullara qadağa qoyulması, bu məhsulların istifadəsindən imtina edilməsidir. Sual yaranır ki, bu günə qədər təqlid mərcələri İsrail mallarından istifadəni qadağan etsələr də qadağalar sahəsində bu fitvalar qədərincə nəzərə alınmayıb. Xüsusilə xalq kütlələri arasında belə qadağalara müsbət reaksiya qeydə alınmayıb.
İran İslam Cümhuriyyəti və İran xalqı məzlum Fələstin xalqının himayəsində öndə gedir. İran xalqı bu günə qədər məzlum Fələstin xalqına öz maddi və mənəvi köməyini əsirgəməyib. Bəs necə olub ki bu günə qədər çox təsirli yollardan olan iqtisadi sanksiyalara əhəmiyyət verilməyib? Bu gün İran xalqı dünya imperializminin İslam Cümhuriyyətinə qarşı iqtisadi sanksiyalara nə qədər əhəmiyyət verdiyinə şahiddir. Demək bu sanksiyalar təsirlidir və müsəlmanlar da düşmənə eyni tərzdə cavab verməlidir. Bu gün Amerika, Asiya, Afrikada sırf humanist qayələr əsasında İsrail mallarına qadağa qoyulur. İspaniya, Fransa, Çin kimi qeyri-müsəlman ölkələrdə məzlum Fələstin xalqına dəstək olaraq İsrail istehsalı olan mallardan imtina kampaniyaları güclənməkdədir. Bunun səbəbi bir neçə nöqtəyə nəzər salmaqla aydınlaşır.
Səbəblərdən biri budur ki, müsəlman xalqlar sionist rejim istehsalı olan malların keyfiyyətindən xəbərsizdirlər. Əgər İsraildə məhsulun hansı ölkəyə gedəcəyi məlumdursa burada istənilən bir təxribata yol açılır. Biz İsrail malları almaqla İsrail büdcəsinə kömək etmiş oluruq. Bəzi şirkətlərdə sionizmin dayağı olan şəxslər böyük səhmə malikdir. Onlar öz qazanclarının böyük bir hissəsini işğalçı rejimin təcavüzkar siyasətlərinə xərcləyirlər. Bəzən adı müsəlman olan şəxslərin sahib olduğu şirkətlər İsrail mallarının qadağasına qarşı çıxır. Öz qazancına görə ümmətin mənafelərini ayaq altına alanlar bu qadağaları maddi zərər kimi qarşılayır. Əgər müsəlman ölkələrində İsrail malların qadağasına mənfi münasibət görürüksə bu münasibətin arxasında maddi mənafeyi olan şirkətlər dayanır. Hansı ki xalq kütlələri, agah müsəlmanlar, başda müctəhidlər və Böyük Rəhbər olmaqla İsrail mallarının qadağasına tərəfdardır.
Əgər İsrailə qarşı sanksiyalar elmi şəkildə həyata keçirilsə dünya müsəlmanları böyük mənfəət əldə edər. Eyni zamanda İsrail iqtisadiyyatı böhran keçirər. Əgər işğalçı rejimin iqtisadiyyatı məhz Qəzzə məsələsindən dolayı zərbə alsa sionistlər bütün sahələrdə güzəştə getməyə məcbur olarlar. Bu məqsədlə işğalçı rejimə qarşı geniş sanksiyalar həyata keçirilməlidir. Bu sanksiyaların həyata keçirilməsi üçün elmi araşdırmalara əsaslanan 7 təklif gündəmdədir:

1.Sionist rejimə bağlı olan, bu rejimlə alış-veriş