Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Lənkəranda İmam Hüseyn (ə) məscidində tədbir

Şəvval ayının 8-zi Bəqi Qəbristanlığının vəhhabi ünsürləri tərəfindən dağıdılmasının ildönümü və Qarabağ və işğal olunmuş ərazilərimizdə baş verən erməni qəddarlığını məhkum etmək məqsədi ilə Lənkəran şəhərində toplantı keçirdilib. Toplantıda Hacı Nəsimi vəhhabilikdən və onların cinayətkarçılıqlarından, habelə Bəqi Qəbiristanlığını və Kərbala məzarlarını viran etməklərindən söhbət açaraq bu azğın firqənin fitnəkar və saxta olduğunu, birbaşa imperialist qüvvələr tərəfindən dəstəkləndiyini vurğulayıb. O, daha sonra bu (imperialist və sionist) qüvvələrinin Azərbaycan Respublikasına qarşıda məlum mövqe sərgilədiklərini və erməni vandalizimi ilə onların cinayətkarlığına göz yumduqlarını bildirərək şəhidlərimizin ruhlarına dualar oxuyub. Sonda bəyanat oxunub, Məclis sona bitib.
Qeyd edək ki, toplantı 6 Avqust 2014 tarixdə, Lənkəran şəhəri İmam Hüseyn (əleyhissəlam) Məscidində keçirilib.

Bəyanat
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

Surə Həcc, Ayə 32.

Hicri Qəməri tarixi ilə Şəvval ayının 8-zi hidayət çırağları olan Məsum İmamların (əleyhimussəlam) mələkuti hərəm və türbələrinin azğın vəhhabi ünsürləri tərəfindən dağıdılmasının ildönümüdür. Artıq 98 il bu faciənin üzərindən keçməkdədir. 1926-cı ildə baş verən 20-ci əsrin ən dəhşətli vandalizimi bəşəriyyət tarixinə “Yovmul Hədm” – Viran Olunmuş Gün kimi yazıldı. O, gün özlərini “Müsəlman” adlandıran Peyğəmbərin (səlləllahu əleyhi və alih) yalançı ardıcılları Mədinə şəhərində yerləşən Bəqi Qəbiristanlığına silahlı basqın edərək, başda 4 Məsum İmamların, İmam Həsən Müctəbanın, İmam Zeynul Abidinin, İmam Muhəmməd Baqirin, İmam Sadiqin, habelə Ümmül Möminin Xədicəi Kübra və Aişəni çıxmaqla İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) xanımlarının və böyük səhabələrinin məzarlarını viran etmişlər.
Bu gün məlum olan qorxulu və murtəce məfkürə sahibi olan vəhhabilər İslam Ümməti sıralarında təfriqə salmaqla, İslam Dünyası daxilində daxili müharibənin yaradılmasına səy göstərirlər...
Məlum olduğu kimi Yaxın Şərqdə Müsəlman və qeyriMüsəlmanlara qarşı aparılan genişmiqyaslı terror aktları ümümdünya imperialist qüvvələrinin, habelə beynəlxalq masson və sionist təşkilatının mənfur planları çərçivəsi daxilində irəli aparılır.
Fələstin, Suriya, İraqdan sonra indi də, Azərbaycan Respublikasının erməni daşnaksütün ünsürləri tərəfindən 20%-dən çox işğal olunmuş ərazilərində, Azərbaycan Şiələrinin növbəti qırğınına start verilib. Bütün bunlar isə beynəlxalq aləmin gözləri qarşısında baş verir!
Qarabağ, Qəzzə, İraq və Suriyanın məzlum Şiə və Müsəlmanlarına qarşı aparılan cinayətlər qarşısında susan bəzi İslam ölkələrinin rəhbərlərinin soyuqqanlı rəftarları isə, bizə onların daim ABŞ və sionizimə qul olduqlarını xatırladır...
Muhəmmədin (səlləllahu əleyhi və alih) Maarifi İşığında Elmi İcması və bir qrup Lənkəran rayon dindarları bu ürəkağrıdıcı hadisələri – Bəqi Qəbiristanlığının dağıdılması, Fələstin, Qarabağ və s. İslam ölkələrinin işğal olunmalarını başda İmam Zaman (Allah Onun Şərafətli Zühurunu tezləşdirsin) həzrətlərinə, Ayətullah Xameneiyə, Ali Təqlid Mərcələrinə, bütün dünya Müsəlmanlarına dərin hüzn ilə baş sağlığı verir. Eləcə də İslam Ümmətindən, İslam simvollarını xüsusən Bəqi Qəbiristanlığının, o cümlədən dünyanın bütün yerlərindəki İslami ziyarətgahların azğın vəhhabi ünsürləri tərəfindən dağıdılmasını kəskin sürətdə pisləyərək məhkum etməklərini təmənna edirik.

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

Sürə Saff, Ayə 8.

E.Ağayev

Nur-az.com


1886 بازدید