Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2020

Hacı Əhlimanın istefası ölkəmizdə qadağan olunmuş Aşura mərasimlərini diriltdi

QMİ-də bir molla tapılmayan vaxt

Neçə gündür ki, Azərbaycanın dəyərli ruhanilərindən olan Hacı Əhliman Rüstəmovun QMİ-dən yazılı şəkildə ərizə yazıb istefa verməsi mövzusu müzakirə edilir. Baxın, adamlar elə bildilər ki, bəzi mollalar, zahiri ilahiyyatçıların vasitəsilə Məhərrəm ayında məclisləri qadağan edə biləcəklər. Amma qadağan edə bilmədilər. İmam Hüseynə (ə) aid olan məclislər davam elədi, bayraqlar asıldı, hərə bacardığı qədər İmam Hüseyn (ə) şüarlarını yaşatmağa çalışdı.

Bu insanlar içində özünəməxsus bir şəkildə Aşura qeyd eləyən bir nəfər də oldu. O, küçədə polislər xəbər tutub gələnə qədər çay süfrəsi vermədi. O, qara rəngli şarları bir-birinə bağlayıb göyə buraxmadı. O, küçəyə çıxıb sinə vurmadı. O, “Şəhidlər xiyabanı”na yürüş eləmədi. Onun bu ilki Aşurası hamıdan fərqli oldu. Bu insan Hacı Əhliman Rüstəmov idi ki, onun istefası ölkəmizdə qadağan olunmuş Aşura mərasimlərini diriltdi. Allah elə elədi ki, bu il, digər illərə baxanda daha çox İmam Hüseyn (ə) əzası ilə yadda qaldı. Çünki Hacı Əhlimanın bu hərəkəti zalımın İmam Hüseyn (ə) məclislərini qadağan etməsini və saray mollalarının da buna don geyindirməsini ifşa etdi, bunun yanlış və zülm olduğunu göstərdi. Vaxt gələcək QMİ görəcək ki, ətrafında heç kim qalmayıb, saraylaşdırdıqları mollalar, ilahiyyatçılar da onları tərk edib haqqa gəliblər.

QMİ-də bir molla tapılmayan vaxt çox uzaq deyil. Onda görək yezidlər öz şər əməllərini hansı “molla” vasitəsilə icra edəcək və xalqa din kimi göstərəcəkdir.


129 بازدید
در حال ارسال اطلاعات...