Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2020

Ramiz Mehdiyevi indi vuranlar İlham Əliyev vurulanda onu da vuracaqlar

Biz dəfələrlə demişik ki, Zahid Oruc, Fazil+ab Qəzənfər, axar saytı və bu kimi yüzlərlə insanlar, qəzetlər, qurumlar çox namərddirlər. Namərdlikləri budur ki, bir məmur vurulan kimi başlayırlar təpikləməyə. Bu cür qorxaq məxluqlarda bir qram mərdlik, kişilik olsaydı Ramiz Mehdiyevi vurulandan qabaq vurardılar. Kim hakimiyyətdən vurulur, başlayırlar təpikləməyə.

Qoy təpikləsinlər, bunun özü bir mənada yaxşı haldır. Nəinki ramizlər, eldarlar, əlihəsənovlar, hacıbalalar... bütövlükdə Azərbaycanda oğurluq edən, ailəsinə sənin-mənim pulumla (rüşvətlə) paltar, yemək alan o..aş yığını bütün məmurlar əslində təpiklənməyi haqq edir. Sadəcə xalqımız uzun illərdir ki, qış yuxusuna getdiyi üçün bunları layiq olduqları yerə sala bilmirlər.

Ramiz Mehdiyev 25 ildir işlədiyi vəzifədən götürülüb AMEA-ya prezident kimi göndərildi. Əvvəllər başladılar ki, bu, iki klanın savaşmasıdır. Bir çox media qurumlarını bildik, alçaqdırlar, xalqın başını bu cür işlərlə qatırlar. Hərə bir klanın eşşək palanı olub klanları belində gəzdirir və o biri klanı vurmağa çalışır. Yazıq xalq da, avamcasına oturub bunların dava-dalaşına tamaşa edib dillərdə bunların adlarını gəzdirir. Halbuki xalq bu cür işləri boşlamalı, Azərbaycanın ziyanına işləyən bütün klan-mlanları layiq olduqları yerə gömməlidir.

Ramiz Mehdiyev indi vəzifədən vurulmuş bir şeydir. Keçən dəfə də nəvəsinin toyunda iştirak etməsini dövlətə meydan oxuması kimi qiymətləndiriblər. Deyəsən neçə gündür dalbadal olaraq da məqalələr yazır. Əlbəttə, Ramiz kimi bir məxluqun məqalələrini oxumaq kimi bir marağımız və halımız yoxdur. Ona görə ki, əgər dövləti, ölkəni pis günə qoyan, ölkədə demokratiyanı boğan, rüşvətxorluğu ölkədə yayan, o..raş məmurları xalqın başına mindirən, ölkədə dini qadağan edib o..aşlığı, fahişəliyi yayan, insanları həbs etdirən, dini, hicabı, əzadarlığı qadağan etdirən, torpaqları ermənilərə peşkeş edən, sirki zillət vəkilləriylə dolduran... alçaq, xəbis bir hakimiyyəti tərifləyirsə deməli xalqın düşmənidir. Yox əgər bu cür cındır bir hakimiyyəti pisləyirsə bilsin ki, bu şəraitə səbəb olan beş-on nəfər varsa biri də Ramiz Mehdiyevin özüdür.
İndi qartımış, yararsız hala gələn, bir vaxtlar dövləti bədbəxt günə qoymaq üçün yaxşıca istifadə edilib sonra tullanmış, rusun əlaltısı olan bir qocanı bu gün təpikləyənlər onun nə yuvanın quşu olduğunu bilirdilər, sadəcə susub heç kimə demirdilər. Xüsusilə zillət vəkilləri xalqın yox, Ramizin səsiylə seçildiklərini gözəl bilirdilər. Deməli əslində bunlar vətən xainləridir. Xalq bunların layiqli cavabını verməlidir.


192 بازدید
در حال ارسال اطلاعات...