Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2020

İmam Həsən (ə) sarayın sözünü demirdi, Müaviyənin yazdığı məktuba bilirsizmi nə cavab vermişdi?

(Saray mollalarını İmam Həsənlə (ə) bir tutanlara!)

İndiyədək saray mollaları vasitəsilə xalqa çatdırdılar ki, koronavirusa görə dövlət məscidləri aça bilmir. Amma bu məsələlərdə saray mollalarını təlimatlandıranlar unutmuşdular ki, onlara “bəs niyə çimərliyi açırsız?”, “bəs niyə başqa fəsad mərkəzləri açıqdır?” “Bəs niyə başqa ölklərdə ictimai fasilə və lazımi tədbirlərə riayət etməklə məclislər keçirmək olur, məscidlər açıqdır?” və s. sualların da cavablarını öyrətsinlər.

Hər bir halda gözləyirdik ki, Tasua və Aşura günündə bəlkə məscidləri açdılar. Amma ciddi və rəsmi şəkildə əhalinin nəzərinə çatdırırlar ki, Tasua və Aşura günü heç kim bizim dədələrimizi lənətləməsin, buna imkan verməmək üçün də məscidləri açmırlar. Üstəlik, deyiblər ki, dini, islami atributları maşınlara belə vurmaq olmaz. Evlərdə də ehsan süfrələri qadağandır. Burda təbii ki, saray mollalarını təlimatlandırmaq lazım idi ki, axı açıq havada başqa tədbirlər olur, niyə əzadarlıq olmasın. Bundan başqa maşınlara niyə atributların vurulmasını qadağan etmisiz? İmamlardan (ə) nəql olunduğu kimidir, Allah düşmənlərimizi axmaqlardan qərar verib.

Təəssüf ki, bu axmaqlıq saraydan saray mollalarına və onların tərəfdarlarına da kobud şəkildə sirayət edib. Belə ki, bu cür saray mollalarını qınayıb deyəndə ki, niyə yalandan deyirsiz ki, İranda, İraqda, Livanda da məscidlər bağlıdır, halbuki orada lentə alınan əzadarlıq məclisləri bütün sosial şəbəkələri zinətləndirir... Qayıdıb deyirlər ki, siz İmam Həsənin (ə) dövründə olsaydınız, O Həzrətə (ə) səhv tutardınız ki, nə üçün Müaviyə ilə sülh elədin? Yazıq adamlar... Bu camaatı saray görün nə günlərə qoydu. Bunlar öz sevdikləri ruhanilər saray əlaltısı olmamışdan qabaq belə düşünmürdülər. Düşünmürdülər ki, İmam Həsən (ə) Müaviyənin sözçüsü idi. Sadəcə sevdikləri şəxslərin sarayın əlaltısı olması və buna görə də tənqid olunmalarından narahat olmaları səbəbilə belə deyirlər. Bədbəxtlər durub nöqsan tuturlar ki, İmam Həsən (ə) də Müaviyə ilə sülh bağlamışdı.

Ay zavallı insanlar, heç bilirsiz ki, Müaviyə xaricdən müsəlmanlara olan hücumu dəf etmək üçün başından yekə danışıb İmam Həsənə (ə) ordu yığıb düşmən qarşısına çıxmasını əmr edərkən İmam Həsən (ə) ona nə buyurmuşdu? Həzrət (ə) cavabında yazmışdı ki, mənim ordum olsa elə sənin əleyhinə döyüşərəm.
Heç utanırsız? Məgər İmam Həsən (ə) sarayın sözçüsü idi? Ağlınızı başınıza yığın. Saray qulbeçəsi olmusunuz, cəhənnəmə olun, amma çirkin işlərinizə İmam Həsən (ə) kimi pak insanları alət etməyin. Allahdan qorxun!


177 بازدید
در حال ارسال اطلاعات...