Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2020

Məmuru tərəfindən sayılmayan, əzadarlığı saymayan dövləti əzadar niyə saymalıdır?

Məscidlərin qapalı qalması məsələsi Məhərrəm ayında meydana çıxmadı. Ondan qabaq hələ andıra qalmış Operativ Qərargah artıq məlumat yaymışdı ki, məscidləri aça bilmərik. Çünki bu cür insanlar şərəf və ləyaqət məktəbi olan İmam Hüseyni (ə) dərk edə bilmədikləri üçün kişilikləri də çatmır ki, İmam Hüseynin (ə) adı çəkilən yerləri açsınlar. Bu cür alçaq, bivec insanlar ancaq çimərliyi, barları, diskotekaları açmağa layiq alçaq insanlardır.

Təbii ki, qorxurlar... Həyatı boyu yezidliyi öz üzərilərinə götürmüş bu insanlar hər cür çirkin plan qururlar ki, din-iman, mənəviyyat əldən getsin, xalq tam bir manqurt kimi yetişsin. Amma bütün xəbis və yezidi planlarını iki ay – Məhərrəm-Səfər ayları alt-üst edir. Ona görə də bu cür məclislərin keçirilməsi bunlara sərf eləmir.

Operativ Qərargah qabaqcadan xəbər vermişdi ki, məscidlər açılmayacaq. Allah Quranda buyurur ki, onlar Allaha qarşı tədbir tökdülər, Allah da onların əleyhinə tədbir tökdü. Allah tədbirlilərin ən yaxşısıdır. Belə ki, heç Məhərrəm ayı girməmiş məlum oldu ki, bu xəbis hakimiyyət heç özü dövləti saymır, qanunları tapdalayır. Çünki Məhərrəm ayı girməzdən qabaq Ramiz Mehdiyev nəvəsinə toy elədi, orada bir sıra yapçılar da iştirak elədi. Beləcə Allah bunların başına qapaz çəkib onları öz adamlarının əliylə rüsvay elədi.
İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə buyurulur ki, həqiqətən Hüseynin (ə) qətlindən ötrü möminlərin qəlblərində daimi olaraq heç zaman söynməyən bir hərarət vardır.

Bu hədisin bir nümunəsini də bu il Məhərrəm ayı başlar-başlamaz bir daha gördük. Məscidlər qapalı olsa da, İmam Hüseyn (ə) əzadarlığına imkan verilməsə də, insanlar küçələrə çıxdılar, ehsan verdilər, mərsiyə dedilər, şəhərdə sinə vurdular. Bunu da şücaət ayında mərdlik nümayiş etdirib açıq-aşkar internet resurslarında paylaşdılar. Dövlət İmam Hüseyn (ə) əzadarlığını saymırsa əzadar dövləti niyə saymalıdır?

Sən şərəfsizlik edib çimərlikləri, sair fəsad yuvalarına icazə ver, məscidi bağla, sonra gəl dindardan dövlətə sədaqət tələb elə. Sizi Allah vurmuşdu. Zatən Allah vurub... elə günə qalmısız ki, öz məmurlarınız sizi it yerinə qoymur. Siz isə eşq karvanına hürdükcə eşq karvanı “it hürər karvan keçər” deyib keçir, sizi vecə almır.


246 بازدید
در حال ارسال اطلاعات...