Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2020

Bütün ölkələrdə qaydalara riayət edib əzadarlıq keçirtmək olur, bircə Azərbaycan...

(İmam Hüseyn (ə) ziyarəti üçün qolunu verənlər və maska taxanlar)

Hər il İmam Hüseyn (ə) adına qurulan əzadarlıq məclislərində ümid edirik ki, ölkəmizdə zalımlar yezidlərin aqibətindən ibrət alarlar, bir daha zülmlərinə davam etməzlər, amma təəssüflər olsun ki, hər il zalımların zülmünün daha da artdığının şahidi oluruq.

Bu il də Allaha həmd olsun ki, Məhərrəm ayına daxil olduq, amma təəssüflər ki, zalımlar nəinki ibrət almayıb, üstəlik bu il digər illərdən fərqli olaraq məscidləri də əzadarların üzünə bağlayıblar.
Təbii ki, adını qoyublar ki, koronadır, camaat virusa yoluxar, üstəlik saray mollalarını da səfərbər ediblər ki, xalqı bu barədə “moizə” etsinlər.

Lakin bütün bunların bəhanə olduğu məlum olur. Ona görə ki, başqa vaxt ölkədə digər ölkələrə baxanda koronanın az olmasının uğurunu öz ayaqlarına yazırlar, amma növbə məscidə çatanda bəhanə edib açmırlar. Onda belə çıxır ki, əgər başqa yerlərdə sizin sayənizdə korona az olursa (təbii ki, bu, Allahın lütfüdür, bunu ancaq Allaha inamı olmayanlar öz ayaqlarına yaza bilərlər) deməli, siz bilərəkdən Allahın evində müəyyən qaydalar tətbiq edə və Allahın evini qoruya bilmirsiniz. Əlbəttə, bütün bunlar bəhanədir. Ona görə ki, bütün dünyada əzadarlıq məclislərinə icazə verilib. Hətta qonşumuz İranda çoxsayda yoluxma halları müşahidə edildiyi halda maska və əlcəyə riayət etməklə əzadarlığa imkan yaradılıb. Başqa ölkələr də onun kimi.

Bir məsələni də qeyd etmək istərdik. Deməli, bir neçə il bundan əvvələ qədər söz gəzirdi ki, o zamanlar zalım hakimiyyətlər İmam Hüseyn (ə) ziyarətinə şiələri buraxmırdılar. Kimlərsə ziyarətə getmək istəyəndə zalım hakimiyyətlər vergi ünvanında onların qolunu kəsirdilər. Hətta deyilənə görə sağ əlini verənlər sonra sol əlinin də kəsilməsinə razı olurdular ki, təki ziyarətə gedə bilsinlər. Bizdə və təbii ki, başqa ölkələrdə də camaat bu kimi işləri düzgün saymırdı, cahilanə olduğunu deyirdilər. Təbii ki, zalım hakimiyyətlərə dilləri uzana bilmirdi, deyə bilmirdilər ki, niyə ziyarəti qadağan edirsiniz, amma gücləri əliyalın camaata çatdırdı. Əlqərəz, bu işi cahillik hesab edirdilər, deyirdilər ki, adam da ziyarətə görə qolunu kəsdirər? İndi həmin insanların nəvə-nəticəsi bu gün çıxıb məscidləri, əzadarlıqları “niyə icazə vermirsiz, tibbi qaydalara riayət edib maska, əlcək taxırlar da” deyə müdafiə etmirlər. Əgər o vaxtkı hərəkətlər cahillik idisə indi ki, elmə, tibbi göstərişlərə riayət olunur, niyə bu haqda danışmırsız.

Saray mollalarına da bir-iki kəlmə demək istərdik. O da budur ki, onlara deyiləcək ən yaxşı və ən layiqli iki kəlmə elə budur: SARAY MOLLASI.


257 بازدید
در حال ارسال اطلاعات...