Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2020

Allahşükür Paşazadə və QMİ “qaziləri” fətva verə bilərmi?

Saytların birində QMİ-nin fətva verməklə, daha doğrusu fətva verməməklə bağlı bir məsələsinə rast gəlindi. Məsələ budur ki, bu il QMİ “qaziləri” “fətva” verməyib, Qurban və Həcc mərasimləriylə bağlı nəsə deməyiblər. Bu yerdə zehnlərə belə bir sual gəlir: Məgər QMİ nə vaxt fətva verib ki? Əgər fətva dediyiniz ildə iki dəfə - filan gün Məhərrəm ayının biridir, bəhmən gün Ramazan ayının biridir – cümlələrini hər il təkrarlamaqdırsa, bunu – necə deyərlər – nənəm də bacarar. Burda nə var ki? Gəlin mən sizə hər il bu məsələləri İrana, Türkiyəyə, Misirə baxıb deyim.

İndisə gəlin görək ümumiyyətlə QMİ fətva vermək səlahiyyətinə malikdir, yoxsa yox? Ümumiyyətlə, fətvanı kimlər verə bilər? Bundan qabaq deyək ki, QMİ-də bir nəfər də olsun belə fətva vermək səlahiyyətinə malik insan hal-hazırda yoxdur. Çünki QMİ-də bulunan şəxslərin elmi rütbələri o həddə deyil ki, durub fətva versinlər.

Bəs fətvanı kimlər verə bilər? Fətva verən şəxs, yəni müfti fətva vermək üçün müctəhid olmalıdır. Müctəhid olmayanın fətva vermək səlahiyyəti yoxdur. Müctəhid isə ictihada çatan, şəri məsələləri təqlid etmədən öz bacarıq və qabiliyyəti ilə şəri mənbələrdən ələ gətirən şəxsdir. Bunun üçün də ən azı ömrünün 10-15 ilini bir insan ali təhsil ocaqları olan hövzələrdə ali rütbəli ustadlardan dərs almağa sərf etməli, dərsi-xaricdə iştirak etməli, müqəddimat, səth dərslərini dərsi-xaricdən qabaq mükəmməl öyrənməlidir. Azərbaycanda, QMİ-də belə bir rütbəyə çatan şəxs varmı?

QMİ-nin başı, “müfti” və “qazilərin” böyüyü Allahşükür Paşazadədir, o da etiraf etdiyinə görə müctəhid deyil, müqəlliddir, yəni hansısa müctəhidə təqlid edir. Bir qurumun başı müctəhid deyilsə o qurumda müctəhid tapmaq olarmı? Əgər olarsa o şəxs həm də QMİ sədri olmağa layiq olmalıdır. QMİ sədri isə müctəhid deyil.

Müctəhid olan şəxsin ictihadını özündən rütbəcə böyük olan hansısa bir müctəhid (ustad) təsdiqləməlidir. Ya da ən azından illərlə onun xaric dərslərində elm və xibrə əhli (mütəxəssislər) oturmalı, istifadə etməli, təsdiqləməlidirlər ki, bəli, bu adam ictihada çatıb. Allahşükür və onun adamları arasında belə bir insan varmı?

Müctəhidin bir neçə şərtləri vardır ki, onlardan ikisi ictihad və ədalətdir. İctihad (elm) məsələsini qeyd etdik, QMİ-də sədr qarışıq heç kimdə bu nemət hələ ki, yoxdur. Ədalətə gəlincə, bir qurumun sədrinə ki, Allahşükür əvəzinə şeytanşükür deyilir, o insanın ali savadı, istinbat bacarığı olsa belə ona müraciət edib fətva öyrənməzlər. Çünki onların savadı fərz eləsək ki, vardır, yenə də bu gedişlə Şureyh qazidən o tərəfə ola bilməzlər. Hakimiyyətin qorxusundan, yaxud var-dövlətə olan məhəbbətdən dolayı belələri İmam Hüseynin (ə) ölümünə fətva verərlər. Ona görə də əziz azərbaycanlımız aldanmasın, bilsin ki, Azərbaycanda, xüsusilə QMİ-də müctəhid, müfti, qazi yoxdur.


86 بازدید
در حال ارسال اطلاعات...