Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2020

Sionist nökəri “Axar”, xeyri yoxdur, şiənin, ərbəinin inkişafını görüb acığınızdan öləcəksiniz

(Bir həqiqəti anlamadınızmı? Bəs haradadır sünni qardaşlarınız (Türkiyə), sionist ağalarınız (İsrail)???)

Məhərrəm ayına bir aydan az bir vaxt qalıb. Deyəsən şiənin, ərbəin zəvvarlarının əzəmətindən qorxuya düşən İsrail səfirliyinin ölkəmizdəki agenturası olan “axar” saytı yenə fəallaşıb. Ötən illərdə ərbəin, şiə əleyhinə ağzını şeytan yolunda qoymuşdu, layiqli cavabını verib susdurduq. Bu il də yaman fəallaşıb. Özü də görün bu agentura İsrailin yallarına necə möhtacdırsa, eşq karvanı – korona səbəbiylə böyük ehtimalla – bu il hərəkətə keçməyəcəyi halda belə, fürsəti fövtə verməyib sionist nökərləri hərəkətə keçiblər.
Saytlarında “İrəvanın Tehrana zərbəsi və “şiə qardaş”ın cavabı” başlıqla yazı gedib. Elə adını oxuyan kimi, məqalənin oxunaqlı olmadığı məlum olur. Çünki məlum olur ki, İsrailin ölkəmizdəki təsir agentləri yenə şiəni vurmağa başlayıblar.

Biz dəfələrlə bunlara demişik ki, şiəyə dil uzatma, ölkədə məzhəb ayrıseçkiliyi salma. Amma xeyri yoxdur. Dövlət siyasətinin ziddinə gedən İsrail agenturasının bu yazısını STM əməkdaşı kimi qələmə verdikləri biri yazıb. Ölkəmizdə, ümumiyyətlə haradasa Sionist Tulalığı Mərkəzi (STM) adlı bir qurumun mövcudluğunu bilmirik, amma bəlkə də mövcuddur. Hər halda.

Yazının elə ilk cümlələrində bədbəxt əməkdaşın gülməli bir vəziyyəti ortaya çıxıb. Yazır: “İranın Yaxın Şərqdəki vuran qolu, şiələrin obrazlaşdırıb qəhrəmana çevirdiyi Qasım Süleymaninin öldürülməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampa yazdığı rüsvayçı təbrik mesajı (baxmayaraq ki, sonra təkzib edildi – red.) şimala tərəf Tehrandan isti baxan molla hakimiyyətini şoka saldı.” “Şiələrin qəhrəmana çevirdiyi”? Yoxsa hətta israilli araşdırmaçıların heyran qaldığı, sünnilərin bağrına basdığı şəhid Süleymani?

Gülməli vəziyyətləri budur ki, Paşinyanın təbriki haqqında mötərizənin içində “baxmayaraq ki, sonra təkzib edildi” yazıblar. Bədbəxtlər, heç olmasa bu cümləni yazmayaydınız. Bu o deməkdir ki, şiələrin erməniyə yardım etdiyini iddia edirsiniz, əgər Paşinyanın təbriki doğrudursa, deməli İranı ermənilər sevmir. Bu da o deməkdir ki, İran erməni əleyhinə iş görüb ki, erməni onu sevmir. Yox əgər təkzib edilibsə deməli, sizin dediyiniz kimi İran hər nə qədər erməniyə “yardım” etsə də erməni onu arxadan bıçaqlayır kimi bir xülyanız gerçək deyil. Hər halda bu da maraqlı deyil.

Sionist nökərindən haqqımız var ki, bir məsələni soruşaq; Bir həqiqəti anladınızmı? Bütün günü şiəni İranın üzərindən vurursunuz. Yaxşı, bəs haradadır sünni qardaşlarınız olan Türkiyə? Niyə bir dəfə demirsiniz ki, ay sünni qardaşlar, Suriyaya basa-basa gedirsiz, Liviyaya, Əfqanistana, İraqa... Nə üçün bir dəfə şiə qardaşlarınız olan Azərbaycandan ötrü bir iş görmürsünüz? Ancaq ultimatumlar kifayət etmir axı? Axı sizin məntiqinizlə İran Ermənistanla dostluq edirsə, deməli, münafiqlik etmir. Amma Türkiyə üzdə erməni əleyhinə ultimatum verir, o tərəfdən erməni lehinə işlər görür. Bu isə münafiqlik, ikiüzlülükdür. Bəs haradadır sionist ağalarınız? Niyə demirsiniz ki, Livan əsgərini Suriyada şəhid edirsiniz, Fələstini işğal etmisiniz, bəs niyə bir dəfə erməni əsgərini Qarabağda vurmur, Qarabağı alıb bizə vermirsiniz? Soruşun, hörmətsiz Axar saytı, şiə ilə uğraşmaqdan başınız ayılanda soruşun...

Sionist nökəri “Axar”, xeyri yoxdur, şiənin, ərbəinin inkişafını görüb acığınızdan öləcəksiniz.


4630 بازدید
در حال ارسال اطلاعات...