Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2020

Dövləti donuz hesab edən donuzlar (190 manata qarpız alıb əzən gənc mövzusuna sözardı)

Sosial şəbəkədə həyətə qarpızları qoyub bir-bir tapdalayan bir gəncin videosu yayılıb. Xəbərdə deyilir: “Sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etdiyi əksini tapıb.“ Bundan daha maraqlısı ƏƏSMN İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözləridir. O deyir: “R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə e-sistem tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib. Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub.” Deməli, güya bunlar 190 manat vətəndaş üçün adambaşı ayırıblar, amma əmlakı, avtomobili, torpağı olanlara verilmir. Başa düşmək olmur... Vətəndaşı həm evdən bayıra çıxmağa qoyma, həm də ona de ki, sənin torpağın var, otur torpağını ye, ya da maşını “zapçast” elə başla yeməyə.

Bu səfehlik bir yana, hələ görün Talıbov nə deyir: “Bununla belə, R.Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq.” Aha yaxşı nöqtə tutub Talıbov müəllim. Biz təbii ki, ən azından israfçılıq və nemətə naşükürlük dinimizdə haram olduğu üçün gəncin əməllərinə bəraət qazandırmırıq. Amma onun bu cür nadürüst əməlinə görə dövləti günahkar bilirik. Dövlət birinci növbədə bu işdə qınanmalıdır. Çünki dövlət tərbiyə verməlidir. Bütün günü telekanalizasiyada şərəfsizlik, azğınlıq, oğ..şlıq təlqin edilirsə təbii ki, gənclər düzgün istiqamətə yox, əyri yollara yönələcəkdir.

Deməli, dövlət 190 manat pulu minnətlə-zillətlə vətəndaşa verib, halbuki neft ölkəsində o pulun on qatını vətəndaş heç nədən hər ay almalıdır. Hərdən GÖZƏGİRƏNLİK edənlər Azərbaycanı Amerika ilə müqayisə edir, yaxud ondan üstün olduqlarını deyirlər. Halbuki Amerikada koronavirusdan ötrü vətəndaşa adam başı 1000 dollardan çox pul verdilər.

Gələk məsələnin harınlama tərfinə. Necə olur ki, Əli Həsənovun harın nəvəsinin harınlığı heç kimin gözünə girmir. Bu gənc qarpızları tapdalayıb əzirdisə, o harın babasının qaçqınlardan, dövlətdən oğurladığı pullar hesabına özünə maşınlar alırdı, onlardan biri ilə də camaatın balasını vurub bədbəxt elədi. Qayınatası gömrük rəisi, babası baş nazirin birinci müavini olduğu üçün cəmisi iki il həbsdə “şelləndi”.

Görün 190 manatı ehtiyacı olmadan alıb qarpıza verib sonra tapdalamaq dövlətə necə yer edibsə başlayıblar donquldanmağa. Bəs siz xalqdan oğurlayanda niyə danışmırsız. İnanmırsınızsa bu xəbəri oxuyun: “Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun böyük varidatı ilə bağlı mətbuatda məlumat yayılıb”. Oxucunu yorub varidatını burada yazmırıq, amma maraqlanmaq istəyənlər “Google”də “Prezidentin işdən çıxardığı icra başçısının varidatı açıqlandı” başlığını yazıb öyrənə bilərlər.

Bəli, bunlar hələ kilkə balıqlarıdır, Allah bilir hansı akula məmurların adamlarıdır ki, onlarda talan daha çoxdur. Yuxarılar bunları qaz kimi yolur, lazım gələndə istifadə edilmiş salfetka kimi tullayıb boş qalan yerlərə rüşvətlə, “dolya” çatdırmaq şərtiylə yenilərini gətirirlər. Ona görə də DTX-nın saxta görüntüləri bir dərdə dəymir və dövlət özünü rüşvətxor olduğu üçün rüşvəti ”təmizləyə” bilmir.

Bizim el içində bir məsəl var, deyirlər ki, donuzdan bir tük qoparsan da qənimətdir. İndi bu gənc müvafiq qurumları donuz hesab edib 190 manatı hətta ehtiyacı olmadan belə qoparıbsa bütün günü akulalar dövlətin büdcəsini dövləti donuz yerinə qoyub talayırlar. Qonşu Türkiyədə də belə bir məsəl var: “Dövlətin malı dəniz, yeməyən donuz.” Bu iki türkün məsəli arasında bir ortaq məxrəcə bu cür gəlirik: “Dövləti donuz hesab edən donuzlar.” Düzdür, türklər yeməyənə donuz deyir, amma bizdə yeyən məmurlara demək lazımdır. Çünki onlar yeyəndə donuz kimi yeyirlr. Bu sözü haqq edirlər. Hətta bəlkə bu söz donuza təhqir olar.


277 بازدید
در حال ارسال اطلاعات...