Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2020

Ağdərədə, Şuşada, Bakıda açılmayan məscidlər və 10 yaşlı hamilə qız söhbəti

Ağdərənin işğalından 27 il də ötdü. O, Ağdərədir, biz üzüqara insanlar. Hər il işğal olunmuş ərazilərin ildönümü gələndə artıq dediyimiz bu olur ki, filan ərazinin işğalından filan qədər il ötdü. Telekanalizasiya adına layiq görülmüş kanallarımız da bütün günü üfunət iyi verən alçaq, əxlaqsız məxluqları telekanalizasiyaya doldurur ki, bir xalqın mənəviyyatını əlindən ala bildikləri qədər alsınlar. Bu şou-biznes də abırsız-həyasız insanlardan ibarətdir, ANCAQ İKİ ŞEY BİLİRLƏR: GÖZƏGİRƏNLİK VƏ TƏRBİYƏSİZLİK. Azərbaycanda məmur, zillət vəkili tayfasına da elə bu lazımdır.

Yazıçılardan biri qəşəng bir söz deyib, deyir ki, bir xalqı yatırtmaq üçün onun elmini əlindən alarlar. Çox doğrudur, bizim xalqın cahil, mənəviyyatsız yetişdirilməsi, gənclərin narkomaniyaya, üzüqara Bayramlara meyllənməsi, əxlaqsız şou-biznesə meydan verən telekanalizasiyalar önündə martlayıb qalması buna bariz nümunədir.

Biz ar tutmamışıq. Yalan sözdür deyirlər ki, Şuşada vaxt gələcək məscidlər açılacaq. Əlbəttə heç bunu deyən də yoxdur. Desə-desə bunu ancaq mömin deyər. Təbii ki, torpaqlar nə zamansa lazım gələndə azad olunacaqsa orada da məscid tikib saray mollalarına tapşıracaqlar. Amma bunu etmək istəmirlər. Bu cür yaramaz insanlara qalsa bilsələr ki, Şuşa, Ağdərə və s. ərazilər işğaldan azad olunsa orada məscidlər açılacaq heç işğaldan azad etməzlər. Çünki bunlar mənəviyyatlı, dindar, imanlı, şəhadətpərvər və haqtələb bir xalq görmək istəmirlər. Bunun bariz sübutu isə Bakıda məscidlərin açılmamasıdır. Hələ də məscidlər açılmayıb. Korona səbəbiylə ölü sayı çox olan qonşu İran belə buna bir çarə tapıb məscidlərdə camaat, Cümə namazlarını bərpa etdilər. Azərbaycanda isə üzüqara, nursuz bayramların burcutması icazəlidir, haramxor, rüşvərxor məmurların, xalqın puluyla ailəsinə paltar, çörək alan zillət vəkillərinin, məmurların istirahət mərkəzləri işləyir, hətta pozğunlar belə açıq-aşkar rahat fəaliyyət göstərir, amma məscidə növbə çatanda deyirlər ki, təhlükəlidir.

Elə bu səbəblərdən də neçə müddətdir söhbəti gedən 10 yaşında öldürülmüş bir qızın güya hamilə olması haqqında yazırlar. Güya Baş Prokurorluq da deyib ki, bu cür dezinformasiya yayan insanlar cinayətə cəlb ediləcək. Bəli, alçaq, reytinq qazamaq üçün min cür yalanlar uyduran KİV-i anladıq ki, şərəfli vəzifəsini şərəfsizcə yerinə yetirir, güya Baş Prokurorluq bilmir ki, üzüqara, nursuz bayrmların telekanalizasiyada at oynatdığı bir ölkədə zatən zorlama, təcavüz halları artıb çoxalır. Buna da dövlət özü birbaşa göz yumur. Belə qeyrət dərdi çəkənsinizsə, xalqın qeydinə qalansınızsa telekanalizasiyaları nəcasətdən təmizləyin, onda deyərik ki, Şuşanı, Ağdərəni almaq fikriniz həqiqətən də vardır.


328 بازدید
در حال ارسال اطلاعات...