Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2020

İmam Xomeyninin (r) vəfat, ABŞ-ın isə məhv olduğu gün

Bu günlər İran İslam İnqilabının banisi mərhum İmam Xomeyninin (r) vəfat günləridir. İmam Xomeyni (r) barədə bütün dünya məlumatlıdır. Bu barədə xüsusi tanıtıma ehtiyac yoxdur.

Bu günlərdə həm də Amerikanın öldüyünü qeyd edə bilərik. O Amerika ki, dünyada özünü demokratiyanın keşikçisi kimi tanıtdırır. Amma bütün dünyaya məlumdur ki, bu dövlət açıqca terroru dəstəkləyən bir dövlətdir. Əvvəllər öz ətrafı ilə müharibəyə başlayan bu dövlət sonra digər ərazilərdə yerləşən dövlətlərə də hücumlar etdi. Soyuq müharibə desən, bu ölkədə, iki ölkəyə silah satıb bir-birin qırdırmaq, o da bu dövlətdə, ölkələrdə inqlab edib öz adamlarını hakimiyyətə gətirmək, o da bu terror dövlətinə məxsusdur. Elə mərhum İmamın (r) diliylə desək – Amerika böyük şeytandır.

Amerikanı bütün dünyada bu adla məşhur edən mərhum İmam Xomeynidir (r).
Bütün dünyada ABŞ önündə susub qalındığı bir zamanda İmam Xomeyni (r) sükutu pozdu, Amerika heç bir qələt ed bilməz dedi. Bundan başqa mərhum İmamın (r) çox gözəl bir cümləsi də vardır ki, deyərdi ki, əgər düşmən nə vaxtsa sizdən razı olsa bilin ki, sizdə problem var.

Amerikanın İranla bağlı 40 illik problem (blokadalardan) başqa son olaraq çıxardığı problem də başqa bir ölkədə iranlı general Şəhid Hacı Qasim Süleymanini vurması oldu. Düzdür, bu alçaqcasına edilmiş hərəkətin cavabı olaraq İran ABŞ-a məxsus olan və İraqın Eynul-Əsəd adlı məntqəsindəki hərbi bazasını məhv elədi. Bundan başqa Ərbildəki bazasını da vurdu.

Amma, bu İnqilab Rəhbəri Ayətullah Xameneinin (h) diliylə desək intiqam yox sillə idi. İntiqam isə ABŞ-ın regiondan cəhənnəm olub getməsidir. Görünənsə odur ki, ABŞ regiondan, Şərqdən deyil, belə getsə ümumiyyətlə xəritədən silinib gedəcək. Çünki artıq ABŞ-da hökümət əleyhinə mitinqlər baş qaldırıb. Yerli, sionistlərə nökər olan, media, kanallarımız bu barədə məlumat verməsə də yayılan məlumatlarda deyilir ki, Tramp artıq öz sələfi Hitler kimi bunkerlərdə gizlənir. Artıq Ağ evdə o, qara günlərini yaşayır. Artıq oun binasının qarşısında fars dilində mərsiyələr deyilir, Ayətullah Xameneiyə həsr edilən nəğmələr oxuyurlar.
Başqa sözlə desək Trampın prezident olduğu ölkə onun xaincəsinə şəhid etdiyi Şəhid Hacı Qasim Süleymaninin qanında boğulmaq üzrədir.


323 بازدید
در حال ارسال اطلاعات...