Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2020

Eşq karvanına hürən itlərin ABŞ-da etirazlara susub quyruq bulamaları onu göstərir ki...

İranda insan hüquqlarının tapdandığını deyib hayqıran dırnaqarası hüquq müdafiəçiləri haradadır? Niyə çıxıb Amerikada tapdanan insanlar haqqında danışmırlar. Niyə susurlar, səfirlikdən ciddi təlimatlar alıblar ona görə...?!

Biz əvvəllər də dəfələrlə şiə düşməni, sionist İsrailin ölkəmizdə təsir agenti olan bəzi saytlar haqqında məlumat vermişdik. Bu saytlar arasında axar və publika saytları xüsusi diqqət çəkir. Eyni holdinqə məxsus olan bu iki sayt ötən illərdə Ərbəin ziyarətinə gedən eşq karvanına əleyhinə danışıb bizə “it hürər karvan keçər” məsəlini dəfələrlə xatırlatmışdılar.
Bu saytların bütün günü əleyhinə danışdığı İranın Ali Məqamlı Dini Lideri demişkən, biz gedirik, bəli, biz gedirik, heç bir maneəyə, hürən itlərə məhəl qoymuruq.

Ərbəin ziyarəti, şəaire huseyniyyəyə ilişən, İranı gözü götürməyən, şiəliyi zəiflətmək istəyən sionistlərin ölkəmizdəki təsir agentləri İranda bir nəfərin başı yanlışlıqla divara dəyib qanayanda bir şüvən qoparır, həyasız arvadlar kimi səsini başına atıb başlayır ki, İranda molla rejimi xalqa zülm edir.

İndi həmin xalqlardan birinə də ABŞ-da zülmlər edilir.

Amerika çalxalanır. Ştatlarda iğtişaşlar baş qaldırıb. Polis amansız rəftar edir, konqresin binasına qədər zərər vurublar, qan su yerinə axır. Amma ərbəinə hürən, şiəyə ilişən Axar və Publika saytlar, həmçinin digər qərbyönümlü saytların isə cınqırı da çıxmır.

Bu saytların böyükləri saytlarını həmin günlərdə yeniləməklə bərabər ABŞ-İsrail səfirliklərinə də qorxa-qorxa zəng vurub məlumat alırlar, görəsən orda pis bir hadisə baş verməyib. Deməli, Eşq karvanına hürən itlərin ABŞ-da etirazlara susub quyruq bulamaları onu göstərir ki, onlar sionist nökərləridir...
Özləri isə bir xəbər belə dərc etmirlər. Hətta əksinə, Axar saytı məsələni ört-basdır etmək üçün “ABŞ konqresində Azərbaycanla bağlı – Mühüm bəyanat” adlı məqalə dərc edir. Güya demək istəyir ki, konqresə heç nə olmayıb, sakitcə oturublar və nəinki oturublar, hətta durub Azərbaycan haqqında mühüm qərar da çıxarırlar. Təki, belə etməklə Azərbaycanda ABŞ haqda müsbət fikir formalaşdırsınlar. Qoy Azərbaycanda desinlər ki, konqres binasına olan hücumların video lentlərini İranda təxribat məqsədiylə hazırlayıblar, əslində isə konqresdə salamatçılıqdır, salamatçılıqdır ki, hələ bir durub başqa ölkə haqqında bəyanat da verirlər.

Publika saytı da, “Yəhudilər nə üçün ağıllı və uzunömürlü olurlar” adlı məqalə dərc etmişdi. Onlar da demək istəyirlər ki, ağıllı olun, sionistlərə ilişməyin, ilişməyin ki, sizə də uzunömürlü olmanın yollarını öyrətsinlər.
Bəli, bütün bunlar onu göstərir ki, bizim ifşa etdiyimiz kimi Axar və Publika saytları, ümumiyyətlə bu holdinq sionistlərdən yal alıb İran, şiəlik, Ərbəin əleyhinə yazan digər medialar kimi sionizmin ölkəmizdəki təsir agentləridir.

Hüquq Mühafizə Orqanları bunlar barədə ciddi və tez şəkildə tədbir görməlidir.


340 بازدید
در حال ارسال اطلاعات...